/ / Milli Məclisin sədri Sahibə Qafarova şəhid ailələri və Vətən müharibəsində yaralanan hərbçilərlə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova şəhid ailələri və Vətən müharibəsində yaralanan hərbçilərlə görüşüb
19.03.2021 [09:34]
Milli Məclisin sədri Sahibə Qafarova deputat seçildiyi dairədən olan şəhid ailələri və Vətən müharibəsində yaralanan hərbçilərlə görüşüb.
Parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, videokonfrans formatında keçirilən görüşdə sədr Sahibə Qafarova şəhid ailələrinin üzvlərinin və yaralı hərbçilərin müraciətlərini dinləyib.
Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin ölkəmizin dövlətçilik və müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu qeyd edən sədr deyib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın apardığı 44 günlük Vətən müharibəsi Zəfərlə başa çatıb, dövlətimizin ərazi bütövlüyü təmin olunub. Azərbaycan 30 il ərzində işğal altında qalan torpaqlarını geri qaytararaq ədaləti bərpa edib. Vətən müharibəsində Qələbəni şəhidlərimizin qanı hesabına qazandığımızı vurğulayan Sahibə Qafarova qeyd edib ki, şəhidlərimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayır və yaşayacaqdır. Onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıb və biz şəhidlərimizin ruhu qarşısında baş əyirik. Eyni zamanda, qazilərimizin döyüşlərdə böyük fədakarlıq, qəhrəmanlıqlar göstərdiyini deyən Milli Məclisin sədri bildirib ki, onlar öz sağlamlıqlarını Vətənimizin və torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə itiriblər.
Bu gün ölkəmizdə şəhid ailələrinin və döyüşlərdə sağlamlıqlarını itirmiş hərbçilərimizin dövlətin qayğısı ilə əhatə olunduqlarını söyləyən Sahibə Qafarova qeyd edib ki, onlara qayğı göstərmək prioritet vəzifədir və daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhid ailələri və qazilərlə mütəmadi olaraq görüşlər keçirir, onları narahat edən məsələlər, problemlər həllini tapır.
Qeyd olunub ki, bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il şəhid ailələrinə və qazilərə 1572 mənzil verilib, bu il isə 3 minə yaxın mənzilin verilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. Bundan başqa, müharibədə sağlamlığını itirmiş qazilərimizə indiyədək, ümumilikdə 7200-ə yaxın minik avtomobili verilib, onların sağlamlıqlarının bərpası, müalicəsinin həyata keçirilməsi istiqamətində ardıcıl işlər görülüb. Həmçinin minlərlə hərbçimiz fəxri adlar, dövlətimizin yüksək orden və medalları ilə təltif edilib.
Görüşdə çıxış edənlər də onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, yaralı hərbçilərin sağlamlıqlarının bərpası və bu istiqamətdə həyata keçirilən digər tədbirlərdən razılıqlarını bildirərək, yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Görüşdə qaldırılan bir sıra məsələlərlə bağlı aidiyyəti icra orqanlarına müraciətlər ünvanlanıb, bir sıra məsələlər isə yerində həll olunub.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41

