1995-ci ilin mart hadisələri Azərbaycan dövlətçiliyinə qarşı xəyanətkarlıq idi
19.03.2021 [09:26]
Ümummilli Lider Heydər Əliyevin nüfuzu, həmçinin Azərbaycan xalqının Ulu Öndərə, qanuni hakimiyyətə birmənalı dəstəyi sayəsində silahlı qiyamın qarşısı alındı
Azərbaycanın suverenliyinə, dövlətçiliyinə qarşı yönəlmiş 1995-ci ilin mart hadisələrindən 26 il ötür. Xatırladaq ki, 1995-ci ilin 13-17 martında Rövşən və Mahir Cavadov qardaşları və onlarla birlikdə çıxış edən siyasi müxalifət dövlət çevrilişinə cəhd etdi. Belə ki, ilk olaraq 1995-ci ilin mart ayının 13-nə keçən gecə Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) Ağstafa və Qazax rayonunda yerləşən bölməsi tərəfindən dövlət idarələrinə silahlı hücum təşkil edildi və dövlət əleyhinə faktiki qiyam baş verdi. Martın 15-də Azərbaycan Ordusunun bölmələri tərəfindən qiyam yatırıldı. Lakin bu dəfə də martın 16-17-də XTPD-nin (OMON) komandiri Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda çevrilişə cəhd göstərildi. Martın 17-də Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə aldı və qiyam tamamilə yatırıldı.
1995-ci ilin mart hadisələri məhz xalqın iradəsi ilə formalaşmış konstitusion hakimiyyətə qarşı silahlı qiyam idi
Ümumiyyətlə, həmin dövrdəki hadisələri yaxından izləyənlər də yaxşı bilirlər ki, OMON-çuların məqsədi birmənalı olaraq dövlət çevrilişi etmək idi. Məhz bu səbəbdəndir ki, həmin dövrdə XTPD-yə Daxili İşlər Nazirliyinin daxilində qeydiyyatdan keçmək və bu qurumun tabeçiliyinə verilmələri ilə bağlı təkliflər olunsa da, OMON-çular hakimiyyətə müqavimət göstərmək qərarına gəldilər. Açıq şəkildə qəzetlərə verdikləri müsahibələrdə Dövlət Şurası yaradacaqlarını, orada Elçibəy və Mütəllibovun da iştirak edəcəyini bəyan edən XTPD rəhbərliyi üstəlik, iddialar irəli sürür, bəzi vəzifəli şəxslərin istefasını təkidlə tələb edirdi. Bir sözlə, xüsusi olaraq qeyd etmək lazımdır ki, konkret olaraq dövlətin himayəsi ilə yaradılmış həmin silahlı dəstə sonradan dövlətin əleyhinə olan qiyamçı dəstəyə çevrildi, dövlət başçısının çağırışlarına məhəl qoymayaraq, dövlətə tabe olmaqdan boyun qaçırdı. Bu, bir daha onu göstərir ki, 1995-ci ilin mart hadisələri məhz xalqın iradəsi ilə formalaşmış konstitusion hakimiyyətə qarşı silahlı qiyam, Azərbaycan dövlətçiliyinə qarşı xəyanətkarlıq idi. Xatırlatmaq yerinə düşər ki, dövlət çevrilişinə cəhd edən sözügedən qeyri-qanuni silahlı birləşmələrin rəhbəri Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirməkdə tam israrlı idi və ölkənin ağsaqqallarını, ziyalıları, hətta yaşlı atalarını belə dinləmədilər. Lakin onların bu məkrli niyyəti xalq tərəfindən dəstəklənmədi. Əksinə, Azərbaycan cəmiyyətində dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı. Xalq xəyanətkar və cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. R.Cavadovun adamlarının, eyni zamanda, proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin xalq arasında apardığı təbliğat işləri isə heç bir nəticə vermirdi.
Ulu Öndər Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı
Ən əsası isə, müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizi dövrün min bir çətinliklərindən xilas etmiş Ümummilli Lider Heydər Əliyevin nüfuzu bu dövlət çevrilişi cəhdinin də fiaskoya uğramasında mühüm rol oynadı. Belə ki, 1995-ci il martın 15-də Ulu Öndər Heydər Əliyev XTPD-nin dövlət çevrilişinə cəhd göstərməsi ilə əlaqədar televiziya və radio ilə xalqa müraciət etdi. Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevə, qanuni hakimiyyətə birmənalı dəstəyi qiyamın baş tutmamasında əhəmiyyətli rol oynadı. Ümummilli Liderin çağırışı ilə öz dövlətinin, seçdiyi hakimiyyətin müdafiəsinə qalxan xalqımız birmənalı şəkildə Ulu Öndərin yanında olduğunu bir daha nümayiş etdirdi. Beləliklə, Azərbaycanın bütövlüyünün qorunmasını Özünün tarixi missiyası sayan Ulu Öndər Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı. Həmin hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı və ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43

