Vüqar Rəhimzadə: Erməni yalanları tarixi faktların qarşısında acizdir
31.03.2021 [08:54]
Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Eyni zamanda, hadisələrə ən böyük dəyəri zaman özü verir. 1993-cü ilin ağır, “olum, ya ölüm” dilemmasının hökm sürdüyü dövründə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan həqiqətlərinin təbliğinə, miqyasını gündən-günə genişləndirən erməni yalanlarının ifşasına səy göstərildi, tarixi ədalətin bərpa olunması dövlətimizin həyata keçirdiyi siyasətin ana xəttini təşkil etdi. Zaman-zaman himayədarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirən ermənilər özlərini dünyaya “yazıq, məzlum, döyülən, əzilən” xalq, millət kimi təqdim etsələr də, bunun ömrünün uzun olmayacağının fərqində idilər. Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasını qarşıya prioritet məsələ kimi qoyan Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri yox idi ki, ermənilərin əsl siması faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırılmasın. Amma bütün bunlara baxmayaraq, özünü sivil adlandıran dünya dövlətləri gördüklərini görməzdən, eşitdiklərini eşitməzdən gəlir, susmağı yeganə çıxış yolu hesab edirdilər. Reallıq budur ki, tarixin müxtəlif dövrlərində ermənilər hər zaman himayədarları tərəfindən dəstəkləniblər. Azərbaycan düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində dünyaya bəyan etdi ki, ermənilər zaman-zaman özlərinə saxta tarix yazıblar, apardıqları yalan təbliğatın əksinə olaraq soyqırımına məruz qalan onlar yox, azərbaycanlılardır. Yalan üzərində qurulan təbliğat heç zaman inandırıcı və uzunömürlü ola bilməz...
AZƏRTAC xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, Azərbaycana qarşı əsassız torpaq iddiasını irəli sürən işğalçı Ermənistan, həmçinin dost, qardaş Türkiyəyə qarşı da qondarma “erməni soyqırımı” iddiası ilə çıxış edib. Siyasi mənsubiyyətindən asılı olmayaraq Ermənistanın bütün hakimiyyətləri bu niyyətlə Yerevanda ucaldılan “erməni soyqırımı” abidəsindən siyasi məqsədlər üçün istifadə etməyə çalışır. İşğalçı dövlətə səfər edən hansısa ölkənin dövlət başçısının “protokol qaydaları” adı altında həmin abidənin ziyarət etdirilməsi artıq dünyaya “erməni soyqırımı”nın tanıdılması mesajı kimi təqdim edilir. Atdıqları hər addımlarında hiyləgərliklərini nümayiş etdirən mənfur düşmən hər dəfə qondarma “erməni soyqırımı” iddiasını irəli sürəndə Türkiyə rəsmiləri tarixçilərdən ibarət Türkiyə-Ermənistan birgə komissiyasının yaradılması, dünya arxivlərinin açılması təklifi ilə çıxış edir. Belə məqamlarda Ermənistan hökuməti isə daş atıb başını tutur ki, bu işlərlə tarixçilər deyil, siyasətçilər məşğul olmalıdırlar. Bu faktın özü işğalçı dövlətin apardığı siyasətin nə qədər cılız, reallıqlardan uzaq olduğunu nümayiş etdirir. Düşünürdülər ki, belə ajiotaj yaratmaqla həqiqətləri gizlətmək, tarixi faktları ört-basdır etmək mümkün olacaq. İşğalçı Ermənistan nəhayət anlamalı idi ki, tarixi ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin öndə saxlanıldığı, informasiya mühitinin bütün dünyaya açıq olduğu bir zamanda yenə də yalan təbliğat aparmaq artıq mümkünsüzdür. Məhz 44 günlük İkinci Qarabağ müharibəsi illər boyu davam edən erməni yalanlarına birdəfəlik son qoydu. Azərbaycan Vətən müharibəsinin davam etdiyi 44 gündə həm döyüş meydanında, həm də informasiya cəbhəsində malik olduğu imkanları nümayiş etdirdi, mənfur düşmənə əsl yerini göstərdi, dünyaya sərt mesajlarını ünvanladı. 30 ilə yaxın müddətdə superdövlətlərin maraqları ucbatından dondurulan beynəlxalq hüququ Azərbaycan 44 gündə işlək vəziyyətə gətirdi. Regionda və dünyada yeni reallıqlar yarandı və beynəlxalq aləmə bu mesaj ünvanladı ki, hər kəs mövcud vəziyyətlə barışmalıdır.
Baş redaktor bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocalı soyqırımının 29-cu ildönümü günündə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirməsi ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasətinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynadı. 35-dən artıq media orqanının 50-yə yaxın sualını faktlar əsasında cavablandıran Prezident İlham Əliyev bir daha Azərbaycanın apardığı təbliğatın real faktlara, tarixi həqiqətlərə əsaslandığını bəyan etdi. Möhtərəm Prezidentimiz hər zaman ikili siyasətin yaratdığı problemlərdən bəhs edərkən bu çağırışı edirdi ki, dünyanın bu yanaşması bizi ruhdan salmamalı, daim mövqeyimizin müdafiəsi istiqamətində səylərimizi artırmalıyıq.
31 mart soyqırımı ildönümü ərəfəsində olduğumuzu qeyd edən baş redaktor bildirib ki, ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması dövlətimizin beynəlxalq hüquqa, tarixi ədalətə əsaslanan mövqeyinin bir daha təsdiqidir. Son 18 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması, bunun ardınca “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamın imzalanması tariximizin hər bir səhifəsinə ətraflı diqqət yönəltməyə geniş imkanlar açmışdır.
Vüqar Rəhimzadə bildirib ki, işğaldan azad edilmiş torpaqlarımızda ermənilərin törətdikləri vandalizm aktları 30 ilə yaxın dövrdə hansı vəhşi ilə üz-üzə olduğumuzu nümayiş etdirir. Bu reallıqlar fonunda ermənilərin yenə də yalanları ilə gündəmdə olmaq cəhdləri diqqətdən kənarda qalmır: “Görünür mənfur düşmən 44 günlük müharibənin dərslərindən nəticə çıxarmayıb. Dünya ermənilərin işğaldan azad edilmiş torpaqlarımızda törətdikləri vəhşilikləri gördüyü halda Ermənistanın guya Azərbaycanın azad edilmiş ərazilərində “mədəniyyət cinayətləri” törətmək barədə əsassız iddia ilə çıxış etməsi düşmənin nə qədər məkrli, hiyləgər olduğunu nümayiş etdirir. İşğal dövründə tikilən və Ermənistanın işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətgah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab oluna bilməz. Bəzi nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar işğal dövründə Cəbrayılda erməni hərbçiləri tərəfindən özləri üçün inşa olunan, xristian dininə heç bir aidiyyəti olmayan kilsənin sökülməsi ətrafında timsah göz yaşları axıdan erməni diasporunun və lobbi təşkilatlarının yaratdıqları ucuz şoulara inanmaqdansa, işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycana məxsus mədəni irsə qarşı törədilmiş vandallıqlara diqqət yetirsələr, daha yaxşı olar”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

