/ / Elçin Quliyev: Azərbaycan Prezidenti beynəlxalq konfrans vasitəsilə dünyaya mühüm mesajlar verdi
Elçin Quliyev: Azərbaycan Prezidenti beynəlxalq konfrans vasitəsilə dünyaya mühüm mesajlar verdi
16.04.2021 [08:56]
“Aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxış edərək bir sıra mühüm məsələlərə toxundu. Dövlətimizin başçısı postmüharibə dövründə regionun gələcək inkişafına Azərbaycanın baxışından danışdı, eləcə də beynəlxalq təşkilatların bundan sonrakı dövrdəki fəaliyyət istiqamətlərinə dair fikirlərini ifadə etdi”. Bu fikirləri qəzetimizə açıqlamasında sabiq millət vəkili Elçin Quliyev deyib.
Elçin Quliyev Azərbaycan Prezidentinin bu konfrans vasitəsilə dünyaya mühüm mesajlar verdiyini bildirib: “Bu sırada müharibənin və münaqişənin bitməsi, Azərbaycanın yeni mərhələni inkişaf və əməkdaşlıq mərhələsi kimi görməsi və digər məsələlər xüsusi qeyd edilməlidir. Dövlətimizin başçısı Azərbaycanın hazırkı mövqeyinin yeni reallıqda əməkdaşlığın və inkişafın bərqərar olmasına, regionun kommunikasiya və iqtisadi bütövlüyünün təmin edilməsinə və bu prosesdə səmərəli əməkdaşlıq platformasının yaradılmasının vacibliyinə yönəldiyini bildirdi. Bunun üçün, ilk növbədə, Ermənistanın prosesə qoşulması və Azərbaycanafobiyadan, Türkofobiyadan qurtula bilməsi və yaranmış yeni reallığı obyektiv əsaslarda dərk edə və qiymətləndirə bilməsinin lazım olduğunu qeyd etdi”.
E.Quliyev qeyd edib ki, dövlətimizin başçısının beynəlxalq konfransdakı çıxışı dünya miqyasında böyük maraq doğurub: “Bütün bunların hamısı həm beynəlxalq hüquqa, həm mehriban qonşuluq siyasətinə, həm də Azərbaycanın maraqlarına cavab verən məsələlər idi. Cənab Prezident bir nüansı da xüsusi qeyd edərək bildirdi ki, biz Ermənistana qarşı torpaq iddiası etmirik. Amma tariximizi də bilirik. Azərbaycan xalqının Qərbi Azərbaycana - İrəvan, Zəngəzur, Göyçə mahallarına qayıtmaq hüququ mövcuddur. Bizim orada tarixi abidələrimizi axtarmaq, tariximizi öyrənmək, həmin torpaqlarda gəzmək hüququmuz var”.
“Bir vaxtlar Ermənistan Azərbaycan torpaqlarını işğal edəndən sonra bu ölkə Azərbaycana öz torpaqlarını unutdurmaq siyasəti yeridirdi. Amma Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaratdı. Bu reallıq Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, Ermənistanın öz ərazisinə çəkilməyə məcbur edilməsi idi. Artıq indi Ermənistandan növbəti addımlar gözlənilir. İndiyə qədər - torpağımız işğal altında olarkən - Ermənistanla ticari-iqtisadi əlaqələr ola bilməzdi. Azərbaycan böyük humanistlik göstərərək bu ölkə ilə normal münasibətlər qurmaq istəyini ortaya qoydu. Burada yenə də hər şey Ermənistanın özündən asılıdır. Ermənistan istəyərsə, Azərbaycanın təşəbbüskarı olduğu iqtisadi layihələrdə yer ala bilər. İstəməyəcəksə, Ermənistanın bir dövlət kimi süqutu davam edəcək”, - deyə E.Quliyev əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43

