Azərbaycanın qlobal informasiya məkanında mövqeyi daha da möhkəmlənir
17.04.2021 [08:52]
Ölkəmiz informasiya siyasətində açıqdır və öz həqiqətlərinin obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılmasında maraqlıdır
Aprelin 13-də ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin qatıldıqları “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın keçirilməsi bir daha təsdiqləyir ki, ölkəmiz informasiya siyasətində açıqdır və öz həqiqətlərinin obyektiv şəkildə dünyaya çatdırılmasında maraqlıdır. Ekspertlər Prezident İlham Əliyevin bəhs olunan konfransda dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin dövlətimizin başçısına ünvanladıqları sualları əhatəli şəkildə və böyük diplomatik məharətlə cavablandırmasını yüksək dəyərləndirirlər. O da qeyd edilir ki, Azərbaycanın qlobal informasiya məkanında mövqeyi daha da möhkəmlənir.
Məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans zamanı mühüm məsələlərə toxundu. Konfransda dövlətimizin başçısı əsasən, İkinci Qarabağ müharibəsinin başlamasının səbəbləri, müharibənin gedişi və 10 noyabr razılaşmasının imzalanmasından sonra mövcud vəziyyət və regionda baş verən proseslər haqqında ətraflı şəkildə fikirlərini ifadə etdi.
Millət vəkilinin sözlərinə görə, Vətən müharibəsində qələbə ölkəmizin yeni inkişaf mərhələsinin əsasını qoydu: “Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq. Bütövlükdə, regional inkişaf baxımından yeni imkanlar yaranıb və biz bu imkanları dəyərləndiririk. Cənab Prezident beynəlxalq konfransda bütün bunlar barədə, yeni perspektivlər haqqında geniş məlumat verdi. Təbii ki, bu amil dövlətimizin başçısının yeni informasiya strategiyasının göstəricisidir”.
Millət vəkili Ramil Həsən isə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə 30-a yaxın dünyanın aparıcı mediasına müsahibələri və çıxışları, bəyanatları, xarici jurnalistlərlə 4 saatlıq mətbuat konfransı, dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşü, habelə mühüm beynəlxalq platformalarda nitqləri, müzakirələrdə iştirakı aydın göstərir ki, ölkəmizin rəhbəri təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin yeni informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır. Eyni zamanda, bu strategiya milli maraqlarımızın müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət kimi mühüm amillər üzərində qurulub.
Milli Məclisin deputatı qeyd edib ki, beynəlxalq ekspertlər Prezident İlham Əliyevin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığı və onları peşəkar formada cavablandırmasını yüksək qiymətləndirir: “Bu faktı müxtəlif ölkələrdən olan, nüfuzlu KİV və mərkəzlərin təmsilçilərinin şərhlərindən də aydın şəkildə görmək olar. Dünya üzrə nüfuzlu beyin mərkəzlərinin nümayəndələri də Azərbaycan Prezidentinin yüksək məntiqi, intellekti, diplomatik məharəti, dünyada, regionumuzda və ölkəmizdə baş verən hadisələr və cərəyan edən proseslər barədə tam məlumatlılığı, elmi-politoloji biliyini yüksək dəyərləndirir və dövlət başçımızın dünya səviyyəli siyasətçi olduğunu etiraf edirlər. Birmənalı şəkildə demək olar ki, istər müharibə dövründə, istərsə də postkonflikt mərhələdə cənab İlham Əliyevin informasiya sahəsində fəaliyyəti beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında, Ermənistan və erməni lobbisinin, anti-azərbaycançı mərkəzlərin tərk-silah edilməsində, mühüm rol oynadı”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

