/ / Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
08.05.2010 [13:35]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirəni giriş sözü ilə açan YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bu günlərdə ölkəmizin bütün guşələrində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə tədbirlərin keçirildiyini bildirib. O, qeyd edib ki, YAP-ın yerli strukturları bu tədbirlərdə yaxından iştirak edirlər: “Bu tədbirlərdə iştirak etmək YAP üzvlərinin şərəfli borcudur. ümumilikdə, bir müddət öncə partiyamız Ulu öndərimizin anadan olmasının 87-ci ildönümünün qeyd olunması ilə bağlı tədbirlər planı hazırlayıb və plana uyğun olaraq müvafiq işlər həyata keçirilməkdədir. Əlbəttə, bütün bunlar təsadüfi deyil. ümummilli lider Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişaf və tərəqqisinə həsr edib. Bütün bunlar Ulu öndərimizə xalqın ehtiramı, Onun müəyyənləşdirdiyi siyasətə olan inamının ifadəsidir”.
YAP Sədrinin müavini qeyd edib ki, müşavirənin məqsədi partiyanın yerli təşkilatlarının rəhbərləri ilə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparmaq və həmin vəzifələrlə əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verməkdən ibarətdir: “Bilirsiniz ki, noyabrda Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. YAP-da formalaşmış ənənəyə görə, seçkilərə rəsmi start verilməsindən xeyli əvvəl partiyamız bu kampaniyaya hazırlıq işlərinə başlayır. Biz belə hesab edirik ki, seçkilərlə bağlı nə qədər ciddi hazırlıq tədbirləri görülərsə və hazırlıq kampaniyasına partiya daxilində nə qədər tez start verilərsə seçkiyə hazırlıq o qədər yüksək səviyyədə təmin oluna bilər. Belə olarsa, təbii ki, nəticə də uğurlu olacaq. Bu ənənəmizə həmişə sadiq olmuşuq”.
Onun sözlərinə görə, rayon və şəhər təşkilatlarında seçki kampaniyasının yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işləri görülməlidir. Bu istiqamətdə müvafiq tövsiyələr veriləcək.
ötən müddət ərzində partiyadaxili məsələlərlə bağlı da müvafiq tədbirlərin həyata keçirildiyini deyən Əli Əhmədov vurğulayıb ki, partiya strukturlarında çalışanların attestasiyası keçirilib. “Attestasiyada partiyamızın təşkilatlarında çalışan ştatlı işçilər iştirak ediblər. Burada məqsəd vəziyyətə ümumi baxış keçirmək, partiya strukturlarında çalışanlarla söhbətlər aparıb onların öz işlərini hansı səviyyədə qurmaları ilə bağlı vəziyyəti öyrənməkdir. Xatırladım ki, biz ikinci dəfə belə attestasiya keçiririk. Hər iki attestasiya partiyanın potensialını göstərmək baxımından da vacibdir. Bütövlükdə nəticələr müsbətdir. Bu prosesdə qaneedici məqamlar üstünlük təşkil etsə də, müəyyən çatışmayan cəhətlər də var. Bu çatışmazlıqlar aradan qaldırılmalıdır” -deyə YAP Sədrinin müavini vurğulayıb.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov attestasiyanın nəticələri haqqında ətraflı məlumat verib. O, bildirib ki, attestasiya bu ilin iki ayı ərzində keçirilib: “Bu tədbir partiyamızın 83 rayon və şəhər təşkilatını əhatə edib. Onlardan 8-i Naxçıvan Muxtar Respublikasındakı təşkilatlarımızdır. ümumilikdə attestasiyadan keçənlərin sayı 290 nəfərdir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24

