Soros Fondunun ölkəmizə qarşı apardığı kampaniyalar həmişə iflasa uğrayıb
24.04.2021 [09:45]
Məlum olduğu kimi, Soros Fondu dünyada mənfi imici ilə tanınır. Hazırda dünyanın bir çox ölkəsi haqlı olaraq Soros Fondunu hakimiyyətlərə qarşı qeyri-qanuni aksiyaları, üsyanları, “rəngli inqilab”ları dəstəkləyən təşkilat, həmçinin qarşıdurmaların əsas maliyyə dəstəkçisi kimi tanıyır. “Soros”un hədəfə aldığı ölkələrdən biri də Azərbaycandır. Doğrudur, onun ölkəmizdə iğtişaş törədəcək qədər gücü və uzun əli olmasa da, fürsət düşən hər məqamda Azərbaycana qarşı öz çirkin kampaniyasını, təxribatçı fəaliyyətini aparmaqda davam edir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, Soros Fondunun erməni təəssübkeşliyi yeni məsələ deyil. Onun sözlərinə görə, Nikol Paşinyanın avtoritar idarəçiliyi, vətəndaş cəmiyyətinə, vətəndaşlara qarşı həyata keçirilən basqılar, aksiyaların dağıdılması, onun təşkilatçılarının həbs olunması və s. “Soros demokratiyası”nın iç üzüdür: “İkinci Qarabağ müharibəsində ağır məğlubiyyət bu “demokratiya”nı daha da dərinləşdirdi. Ermənistanın dörd bir tərəfini bürüyən etiraz aksiyalarında göz yaşlarına belə baxmadan insanlara qarşı həbslər, fiziki təzyiqlər və təhdidlər törədilir. Səsini çıxaran, başını qaldıran hər kəs polis tərəfindən susdurulur, həbsə atılır və yaxud döyülür”.
Millət vəkili qeyd edib ki, Soros Fondu postsovet ölkələrində də məxməri inqilab törətmək üçün səylər göstərib, lakin onun ən uğurlu olduğu ölkə məhz Ermənistandır: “Paşinyan layihəsinin fiaskoya uğramasını istəməyən Soros Fondu hazırda bütün cinayətlərə və iftiralara açıqdır. Ona görə də Azərbaycan hazırda sözügedən fondun hədəfində olan əsas ölkədir. Amma onun ölkəmizə qarşı apardığı kampaniyalar həmişə iflasa uğrayıb”.
Milli Məclisin deputatı Şahin İsmayılov isə bildirib ki, Soros Fondunun fəaliyyət trayektoriyası müxtəlif beynəlxalq təşkilatları da əhatə edir. Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyası (AŞPA) da bu sıradadır: “Çünki AŞPA-da Soros Fondunun maliyyələşdirdiyi deputatlar var ki, onlardan müəyyən vaxtlarda Azərbaycanı hədəfə almaq üçün istifadə olunur. Əlbəttə ki, bütün bunlar da təsadüfi deyil. Soros Fondunun Ermənistan hakimiyyəti ilə sıx əlaqələri var, erməni lobbisi və onun əlaltılarının anti-Azərbaycan və anti-Türkiyə fəaliyyəti fondun rəhbəri C.Sorosun maraqları ilə uzlaşır”.
Millət vəkilinin sözlərinə görə, Soros Fondu təxribatlarla məşğul olan ölkələrlə əməkdaşlıq edir ki, onlardan biri də Ermənistandır: “Soros Fondu Ermənistanda təkcə “medianın inkişafı” adı altında 5 milyon dollardan çox pul xərcləyib. Bu media orqanları da Paşinyanın hakimiyyətə gəlməsində, həmçinin Azərbaycan qarşısında aldığı ağır məğlubiyyətə baxmayaraq, hakimiyyətdə qalmasında müstəsna rol oynayır. Ona görə də bu gün Paşinyan hakimiyyəti bütün mənalarda Soros Fonduna bağlıdır. Təsadüfi deyil ki, onun hakimiyyətə gəlişindən sonra Corc Soros bu ölkəyə daha çox vəsait ayırmağa başladı. Təkcə 2019-cu ildə Soros Fondunun Ermənistana ayırdığı vəsait 3,6 milyon dollar təşkil edib. Bu kimi faktlar fondla Ermənistan hakimiyyətinin əlaqələrinin hansı məqsədlərə xidmət etdiyini təsdiqləyir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

