Revanşist iddialar Ermənistanın özü üçün təhlükə yaradır
24.04.2021 [09:47]
44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə yanaşı, təcavüzkar Ermənistanın zərərsizləşdirilməsi ilə də nəticələndi. Bir sıra hərbi ekspertlərin də qeyd etdikləri kimi, işğal altındakı torpaqların azadlığı uğrunda “XXI əsrin müharibəsi”ni aparan Azərbaycan dövləti düşmən ölkənin ordusunu darmadağın etdi. Bu isə Ermənistanda dərin siyasi böhran yaradıb. Bu siyasi böhrandan istifadə etməyə çalışan işğalçı ölkədəki bəzi qüvvələr isə yalançı revanşizm fikirləri ilə daxili auditoriyanı öz tərəfinə çəkməyə çalışırlar. Amma istər revanşizmlə bağlı yalanlar səsləndirənlər, istərsə də Ermənistan cəmiyyəti anlamalıdır ki, törədiləcək hər hansı bir təxribat və ya bu ölkədə revanşist iddiaların səslənməsi onların özü üçün təhlükəlidir. Çünki bu cür ziyanlı iddialar prosesi daha da ağırlaşdırmaqla yanaşı, son nəticədə erməni xalqının fəlakətinə səbəb olacaq. Bu gün regionda yaranan siyasi-iqtisadi əməkdaşlıq platforması, Zəngəzur dəhlizi ilə bağlı perspektiv həm Ermənistanın xilası, həm də gələcək inkişafı üçün yeganə çıxış yoludur.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Şəbnəm Həsənova deyib ki, 2020-ci ildə baş vermiş və Azərbaycanın qəti qələbəsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, Dağlıq Qarabağ adlı münaqişəni də aradan qaldırdı. Onun sözlərinə görə, məğlub Ermənistanda müşahidə olunan siyasi-iqtisadi böhran isə anlaşılandır və bu məğlubiyyət sindromundan irəli gəlir.
Politoloq qeyd edib ki, işğalçı ölkədə mövcud durumdan dividend əldə etmək istəyən bəzi qüvvələr revanşizm iddasına düşüblər. Amma revanşizm arzusu ilə yaşayanlar Azərbaycanın “dəmir yumruğu”nu unutmamalıdır: “Revanşizm hissləri Ermənistana baha başa gələ bilər. Cənab Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirdi ki, bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Bu isə bir daha onu göstərir ki, Azərbaycana qarşı hər hansı bir təxribat törədilərsə, qarşılığında Azərbaycanın cavabı çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər”.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli isə bildirib ki, Azərbaycan regionda yeni iqtisadi-siyasi mənzərə yaratmaqla yanaşı, yeni hərbi reallıqlar da formalaşdırıb. Dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Ordusunun gücü 44 günlük müharibə dövründə hər kəsə bəlli oldu. Ermənistan isə istər iqtisadi potensialına, istər siyasi nüfuzuna, istərsə də hərbi qüdrətinə görə Azərbaycana açıq şəkildə uduzur: “Cənab Prezidentimizin də vurğuladığı kimi, biz 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdik. Prosesin gələcək inkişafı artıq Ermənistandan asılıdır. Əgər Ermənistan hər hansı bir təxribata əl atmayacaqsa, Zəngəzur dəhlizinin fəaliyyətinə bu və ya digər şəkildə mane olmağa çalışmayacaqsa və ən əsası, hansısa revanşist iddialar səsləndirməyəcəksə, onun bir dövlət kimi yaşamaq imkanı olacaq. Amma Ermənistanda hansısa siyasi qüvvələr revanşizm xülyasına qapılarsa, buna cavab çox ağır olacaq. Azərbaycanın çox güclü ordusu var. Onlar unutmasınlar ki, Azərbaycan istənilən situasiyaya hazırdır”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46

