Milli Məclisin növbəti iclası keçirilib
24.04.2021 [09:59]
İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib
Aprelin 23-də Milli Məclisin n növbəti plenar iclası keçirilib. İclasın gündəliyi təsdiq edildikdən sonra cari məsələlərin müzakirəsinə başlanılıb.
Çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, Azərbaycan Prezidentinin regionlara hər bir səfəri mühüm, əlamətdar hadisələrlə yadda qalır: “Bu mənada, dövlət başçısının Hacıqabul səfəri də istisna deyil. Biz bilirik ki, 2004-cü ildən bu günə qədər regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları qəbul edilib və bu proqramlar çərçivəsində regionların inkişafı, regionlarımızda iqtisadi həyatın canlanması, əhalinin rifahının daha da yaxşılaşması istiqamətində mühüm işlər görülür”.
Deputat bildirib ki, dövlət başçısının səfəri zamanı Hacıqabulda yeni aqroparkın, sənaye məhəlləsinin açılışlarının şahidi olduq: “Bu, yeni iş yerlərinin açılması, regional iqtisadiyyatın dirçəldilməsi və onun milli iqtisadiyyatımızda payının artırılması deməkdir”.
Millət vəkili qeyd edib ki, Hacıqabul səfəri zamanı Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir sıra mühüm məsələlərə toxundu: “Mühüm məsələlərdən biri milli-tarixi yaddaşımızla bağlıdır. Cənab Prezident dedi ki, biz 101 il əvvəl Zəngəzuru ermənilərə vermişik. Hesab edirəm ki, bu, hər bir azərbaycanlı üçün çağırış idi. Eyni zamanda, dünyaya bir mesaj idi ki, Ermənistan-Azərbaycan münasibətlərini, Dağlıq Qarabağ probleminin kökünü bilmək istəyənlər cəmi 101 il əvvəlki tarixi keçmişimizə ekskurs etsələr, görəcəklər ki, həqiqətlər nədən ibarətdir. Ona görə də bu çağırış bizim hər birimiz üçün yeni vəzifələr müəyyənləşdirir. 101 il əvvəl olan tarixi hadisələrin, yəni İrəvanın, Zəngəzurun, Göyçənin, Dərələyəzin, Lori-Pəmbəyin ermənilərə hansı şərtlərlə və necə verilməsi ilə bağlı milli yaddaşımız üçün vəzifələr müəyyənləşdirir ki, bunu həm dünyaya çatdıraq, həm də özümüz bir millət olaraq yaddaşımızı yenidən təzələyək. Çünki hazırda müharibənin aktiv fazası başa çatıb, amma bundan sonrakı mərhələ mədəniyyətlərin və mənəviyyatların savaşı olacaq. Biz bu savaşa hazır olmalıyıq. Azərbaycan Prezidentinin çağırışları, bu müharibədə də qalib olmağımız üçündür. Çünki yalnız və yalnız bu şərtlər içərisində bizim qələbəmiz daimi, əbədi ola bilər”.
Həmçinin, Milli Məclisin komitə sədrləri Musa Quliyev, Zahid Oruc, deputatlardan Fazil Mustafa, Nurlan Həsənov, Cavid Osmanov, Əli Məsimli, Bəhruz Məhərrəmov, Jalə Əliyeva və Elman Nəsirov seçiciləri narahat edən məsələlərlə bağlı qeyd və təkliflərini səsləndiriblər.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu gün iclasda 18 məsələ müzakirə olunacaq. Gündəliyin birinci məsələsi İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatıdır. Məsələ Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilib.
Sonra daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatını təqdim edib. Nazir müavini insan alveri ilə mübarizə sahəsində qanunvericilik tədbirləri, profilaktika və maarifləndirmə işləri, təlim və treninqlər, beynəlxalq əməkdaşlıq, məcburi əməyin qarşısının alınması sahəsində tədbirlər, cinayət təqibi və qurbanlarla iş barədə ətraflı məlumat verib, insan alveri ilə mübarizənin nəticələrinə dair statistik göstəriciləri diqqətə çatdırıb.
Qeyd olunub ki, 2020-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 cinayət işi üzrə 155 insan alveri faktı, 2 cinayət işi üzrə 5 məcburi əmək və 40 insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə dair cinayət faktları müəyyən edilib. Ümumilikdə, insan alveri üzrə cinayətlərin açılması 98 faiz, məcburi əmək cinayətlərinin açılması isə 100 faiz təşkil edib. İnsan alveri cinayətləri törətdiklərinə görə 20 şəxs məhkəmə məsuliyyətinə verilib. Məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 15 nəfərdən 12-si azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, 2 nəfər şərti məhkum edilib, 1 nəfərin cəzası isə uşağı 14 yaşına çatanadək təxirə salınıb.
Nazir müavini qeyd edib ki, BMT-nin sonuncu hesabatına görə, dünya üzrə əhalinin hər 100 min nəfərinə 13 qurban düşdüyü halda, respublikamızda bu göstərici 1 nəfər təşkil edir. Təbii ki, bu və digər uğurlar dövlətimizin əhalinin sosial rifah halının davamlı olaraq yüksəlməsi üçün həyata keçirdiyi uğurlu tədbirlərin nəticəsidir.
Sonra Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatına münasibət bildirib. Müzakirələr zamanı Milli Məclisin komitə sədrləri Musa Quliyev, Hicran Hüseynova, Siyavuş Novruzov, Tahir Rzayev, deputatlardan Aqiyə Naxçıvanlı, Fazil Mustafa, Elman Nəsirov, Etibar Əliyev, Azər Badamov, Qüdrət Həsənquliyev, Sahib Alıyev, Sabir Rüstəmxanlı, Arzu Nağıyev və Nizami Səfərov ölkəmizdə insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun məlumatına münasibət bildiriblər, qeyd və təkliflərini veriblər.
Daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov iclasda səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı səsə qoyularaq nəzərə alınıb.
Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin təqdimatı dinlənilib və gündəliyin ikinci məsələsi - “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiq olunub. Layihədə kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə cərimə nəzərdə tutulur.
Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, növbəti iki məsələ - “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Veteranlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri parlamentə bir məktubla daxil olub və mahiyyətcə bir-birinə yaxındır.
Həmin qanun layihələrini Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı təqdim edib. Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra parlamentin sədri bildirib ki, gündəliyin növbəti iki məsələsi - “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunda və Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri Milli Məclisə eyni zərfdə daxil olub və mahiyyətcə bir-birinə yaxın layihələrdir.
Bu layihələr barədə də parlamentin komitə sədrinin müavini Məlahət İbrahimqızı məlumat verib. Bildirilib ki, hər iki qanun layihəsinə təklif olunan dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, gündəliyin növbəti iki məsələsində nəzərdə tutulan dəyişikliklər dəqiqləşdirmə xarakteri daşıyır və “Nortmativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq bir oxunuşda qəbul ediləcək.
Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “İcra məmurları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib və layihə səsə qoyularaq qəbul olunub.
“Elm haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məlumat verib. Bildirib ki, dəyişiklik elm və innovasiyaların inkişafına xidmət edir. Deputatlardan Qüdrət Həsənquliyevin, Razi Nurullayevin və Etibar Əliyevin fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq qəbul edilib.
Sonra Milli Məclisin sədri bildirib ki, gündəliyin növbəti 6 məsələsi mahiyyətcə bir-birinə yaxındır və ölkədə tibbi xidmətlərin təşkili ilə əlaqədar olaraq 50 qanun layihəsinə dəyişiklikləri nəzərdə tutur. Bunlardan 4 məsələ uyğunlaşdırma xarakteri daşıyır və bir oxunuşda qəbul ediləcək, digər 2 məsələ isə birinci oxunuşda müzakirəyə çıxarılır. Səsvermə isə ayrı-ayrılıqda keçiriləcək.
Qanun layihələri barədə məlumat verən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, ümumilikdə gündəlikdəki növbəti 6 məsələ 50 qanuna dəyişiklik edilməsini özündə birləşdirir. Bu qanun layihələrində nəzərdə tutulan dəyişikliklər “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli Fərmanından irəli gələn məsələlərlə əlaqədardır. Sözügedən Fərmana uyğun olaraq TƏBİB-in səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün müvafiq qanun layihələrinin qəbulu təklif olunur. İclasda Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli iclasın gündəliyindəki “Dini etiqad azadlığı haqqında” Qanuna təklif edilən dəyişikliklər barədə (birinci oxunuş) ətraflı məlumat verib. Qeyd edib ki, “Dini etiqad azadlığı haqqında” Qanun 1992-ci ildə qəbul edilib. Ötən müddətdə qanunvericiliyə olunan dəyişikliklər, müasir dövrün çağırışları dini sahədə yeni normativlərin təsbitini də zəruri edib. Müzakirəyə təqdim edilmiş dəyişikliklərdən məqsəd dini etiqad azadlığı sahəsində faktiki mövcud olan və yeni yaranan münasibətləri milli qanunvericilik sisteminə uyğun daha səmərəli şəkildə tənzimləmək, eləcə də dövlətin, vətəndaşların, dini qurumların bu sahədə hüquq, vəzifə və məsuliyyətini müəyyənləşdirmək, həmçinin dini etiqad azadlığının həyata keçirilməsi üçün daha münbit şərait yaratmaqdır.
Milli Məclis sədrinin müavini vurğulayıb ki, bu qanun layihəsi Azərbaycanda əsrlərdən bəri formalaşmış dini tolerantlıq mühitinin qorunmasına, dini-əxlaqi dəyərlərin kənar müdaxilələrdən və təsirlərdən mühafizəsinə xidmət edəcək.
Qanun layihələrinə münasibət bildirən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli VI çağırış Milli Məclis formalaşandan sonra Prezident İlham Əliyevin parlamentə verdiyi tövsiyələri xatırladaraq milli-mənəvi dəyərlərimizin qorunmasında, dini radikalizmə qarşı mübarizədə parlamentin rolunu vurğulayıb. Qeyd edib ki, ötən dövr ərzində İnzibati Xətalar və Cinayət məcəllələrinə dini radikalizmlə mübarizə ilə bağlı ciddi düzəlişlər edilib. Məhz bunun nəticəsidir ki, Yaxın Şərqdə baş verən hadisələr Azərbaycana hər hansı ciddi təsir göstərməyib və ölkəmiz bu illər ərzində dünyəvi dövlət kimi inkişaf edib.
Əli Hüseynli diqqətə çatdırıb ki, gündəlikdəki İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlıdır və uyğunlaşdırma xarakteri daşıyır.
Qanun layihələri ilə bağlı komitə sədri Siyavuş Novruzovun, deputatlardan Razi Nurullayevin, Etibar Əliyevin, Ceyhun Məmmədovun, Fazil Mustafanın, Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun və Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənovun fikirləri dinlənildikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Daha sonra iclasda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Prokurorluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsini ikinci oxunuşda təqdim edib.
Milli Məclisin komitə sədrləri Tahir Mirkişilinin, Tahir Rzayevin və deputat Fazil Mustafanın fikirləri dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, iclasda bir sıra digər qanun layihələri də müzakirəyə çıxarılaraq qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

