Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sabir Rüstəmxanlı: ABŞ Prezidentinin “soyqırımı” ifadəsini işlətməsi tarixi və insanlığın yaddaşını saxtalaşdırmaq cəhdindən başqa bir şey deyil

Sabir Rüstəmxanlı: ABŞ Prezidentinin “soyqırımı” ifadəsini işlətməsi tarixi və insanlığın yaddaşını saxtalaşdırmaq cəhdindən başqa bir şey deyil

29.04.2021 [08:47]

“ABŞ Prezidentinin 1915-ci ildə baş verən hadisələrin reallıqlarını, sübutları, həqiqəti bir kənara qoyub, “soyqırımı” ifadəsini işlətməsi tarixi və insanlığın yaddaşını saxtalaşdırmaq cəhdindən başqa bir şey deyil”. Bu fikri Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib. Millət vəkili bildirib ki, ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı”nı tanıması erməniləri müdafiə etməkdən çox Türkiyəyə təzyiq göstərmək niyyəti daşıyır: “Türkiyə dəfələrlə həmin dövrə aid sənədlərin, arxivlərin açılmasını təklif edib. Burada heç bir soyqırımından söhbət getmir. Milyon yarım erməni öldürülübsə, onların kütləvi məzarlıqları hanı? Anadoluda ermənilərin öldürdüyü türklərin kütləvi məzarlıqları var, amma bir dənə də erməni məzarlığı yoxdur. Deməli, bu uydurmadır. Amerikanın əlində olan gizli sənədlər və məlumatlar da açıq-aşkar göstərir ki, “erməni soyqırımı” deyə bir şey yoxdur”.
VHP sədrinin fikrincə, Co Bayden “soyqırımı” ifadəsini işlətməklə, ilk növbədə, Türkiyə ilə əməkdaşlıq, strateji müttəfiqlik şərtlərini pozur, NATO daxilindəki münasibətlərə xələl gətirir: “Türkiyə cəmiyyəti və Azərbaycan xalqı haqlı olaraq bu bəyanata kəskin etiraz edir. Türkiyəyə atılan bu çirkab qardaş ölkəni heç də zəiflətməyəcək. Türkiyə bundan sonra da güclənməkdə davam edəcək”.

Paylaş:
Baxılıb: 518 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31