Azərbaycan və Gürcüstan parlamentlər səviyyəsində də uğurla əməkdaşlıq edirlər
06.05.2021 [08:34]
Mayın 5-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə Gürcüstanın qonşu və dost ölkələr olduğunu deyən Milli Məclisin sədri bu dostluğun çoxəsrlik tarixə malik olduğunu söyləyib. Xalqlarımız əsrlər boyu bir-birinə dəstək olub. Azərbaycanda çoxlu sayda gürcülər, Gürcüstanda isə azərbaycanlılar yaşayır. Onlar cəmiyyətlərimizin ayrılmaz hissəsidir və ölkələrimiz arasında körpü rolu oynayırlar. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri mövcuddur.
Azərbaycan və Gürcüstan arasında imzalanmış sənədlər müxtəlif sahələrdə əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaradır. Gürcüstan Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin fəal iştirakçısıdır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri buna parlaq misaldır.
Sahibə Qafarova vurğulayıb ki, ölkələrimiz parlamentlər səviyyəsində də təqdirəlayiq əməkdaşlıq edirlər. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Əməkdaşlığımız ikitərəfli və çoxtərəfli əsasdadır və nümayəndə heyətlərimiz beynəlxalq parlament qurumlarında uğurlu əməkdaşlıq edirlər.
Görüşdə Milli Məclisin sədri Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi zamanı ölkəmizə göstərdiyi dəstəyə görə öz adından və Milli Məclisin deputatları adından Gürcüstan hökumətinə minnətdarlığını ifadə edib. Bildirilib ki, “Dağlıq Qarabağ münaqişəsi” artıq tarixə qovuşub. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu münaqişəni özü həll edib. Bununla həm də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini həyata keçirib. Artıq ölkəmiz azad olunmuş əraziləri bərpa edir, yenidən qurur. Lakin Ermənistan yenə də öz təcavüzkar siyasətindən əl çəkmir. Minalanmış ərazilərin xəritələrini təqdim etmir. Bu isə çoxlu sayda hərbçilərin və mülki şəxslərin həlak olmasına səbəb olur. Bununla Ermənistan bərpa işlərinə və məcburi köçkünlərin geri qayıtması prosesinə mane olmağa çalışır. Ermənistanın bu davranışı bölgənin inkişafı üçün böyük təhlükədir.
Səmimi görüş üçün minnətdarlığını bildirən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizə səfəri çərçivəsində aparılan danışıqlardan məmnun qaldığını söyləyib. Qonaq bildirib ki, o, Azərbaycanı özünə doğma ölkə hesab edir. “Gürcüstan Azərbaycanın dostudur və gələcəkdə də dost olaraq qalacaq”, - deyən İrakli Qaribaşvili ölkəsinin Azərbaycanla əlaqələri daha da dərinləşdirmək niyyətində olduğunu dilə gətirib.
Bildirilib ki, parlamentlər səviyyəsində münasibətlərimizin daha da inkişafı xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Bu baxımdan deputatların qarşılıqlı səfərləri və mütəmadi görüşləri çox əhəmiyyətlidir.
Tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, hər iki ölkənin səfirləri Faiq Quliyev, Zurab Pataradze və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

