Bütün dövlət strukturları sel və daşqın fəlakətinə qarşı koordinasiyalı fəaliyyət göstərir
20.05.2010 [10:09]
Kür çayında suyun səviyyəsinin artması ölkənin bəzi rayonlarını təbii fəlakət-sel və daşqınlarla üz-üzə qoydu. Azərbaycanın bir neçə rayonu-Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Zərdab rayonları və Şirvan şəhəri təbii fəlakətdən ziyan gördü. Hətta bəzi rayonların bir neçə kəndinin sakinləri öz evlərindən evakuasiya olunmaq məcburiyyətində qaldı.
ölkə Prezidentinin, hökumət strukturlarının məsələyə operativ və çevik müdaxiləsi isə bu fəlakətin faciəyə dönməsinin qarşısını aldı. Təhlükə yaranan zaman, yəni, mayın 7-də ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə problemin müzakirəsinə həsr olunan müşavirə keçirildi. Bundan başqa, dövlət başçısı təbii fəlakət zonasına şəxsən baş çəkdi, daşqından ziyan çəkmiş rayonların sakinləri ilə görüşdü, fəlakət zonasında səyyar müşavirə keçirdi. Qeyd etmək lazımdır ki, problemin aradan qaldırılıması ilə məşğul olan aidiyyəti qurumlar qısa müddət ərzində daşqının qarşısını almağa və bəndbərkitmə işlərinə start verməyə nail oldular. Prezident İlham Əliyevin tapşırıq və göstərişləri əsasında rayonlarda bütün qüvvələr səfərbər olundu və təbii fəlakətin miqyasının böyüməsinə imkan verilmədi.
Vurğulamaq lazımdır ki, bu müddət ərzində rayonlarda yerli icra strukturlarının koordinasiyalı fəaliyyəti də öz bəhrəsini verdi. Problem yarandığı dövrdən-yəni, aprel ayının sonlarından başlayaraq, artıq bütün rayonlarda məsələ ilə bağlı xüsusi qərargahlar yaradıldı, bütün idarə və təşkilatlar daşqının qarşısının alınması işinə səfərbər oldu. Əlaqədar strukturların fəlakət zonasında səmərəli fəaliyyəti üçün şərait yaradıldı. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ölkəmiz öz vətəndaşlarını qorumağa qadir olduğunu bir daha nümayiş etdirdi. Qısa müddət ərzində rayon icra strukturları fəlakət bölgəsində aidiyyəti dövlət qurumlarının iş aparması və əhalinin təhlükəsizliyinin təminatının təşkili işində yaxından iştirak etdilər. Bu isə bir daha sübut edir ki, ölkəmizdə aparılan düzgün daxili siyasi kurs yerli icra orqanlarının da işinin çevikliyini və operativliyini təmin edib. Bundan başqa, görülən tədbirlər, aparılan işlər bir daha göstərdi ki, rayonların inkişafı yüksək səviyyədədir və artıq ən ağır fəlakətlərin qarşısının alınması belə mümkündür. Bunun əsasında isə Prezident İlham Əliyevin qətiyyətli və düzgün nizamlanmış, yalnız inkişafı və vətəndaşların rifahını təmin edə biləcək siyasəti dayanır.
Təbii ki, ölkəmizin əldə etdiyi bu uğurlar, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı bir sıra bədxahları narahat edir. O baxımdan yerli strukturlarla hakimiyyət orqanlarının, o cümlədən, yerli əhalinin koordinasiyalı fəaliyyətinin üstünə kölgə salmaq cəhdləri edilsə də, bu puç oldu. çünki ortada əməli fəaliyyət var və bu fəaliyyət Prezident İlham Əliyevin düzgün daxili siyasətinə əsaslanır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, vaxtında tədbirlər görülməsəydi, insanlar xəbərdar olunmasaydı və bütün lazımi tədbirlər görülməsəydi, bədbəxt hadisələrin sayı daha da çox ola bilərdi.
Qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə aparılan davamlı, inkişafa yönəlik daxili siyasətin əsasında, həm də vətəndaş birliyinin daha da möhkəmləndirilməsi prinsipi dayanır ki, baş verən fəlakət zamanı bu bir daha özünü göstərdi. Yerli əhalinin hökumət strukturları və yerli icraedici orqanlarla birgə fəaliyyəti, problemin aradan qaldırılmasında yaxından iştirakı vətəndaşların Azərbaycan Prezidentinə, yürüdülən siyasətə dəstəyinin sübutudur.
P.SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

