Milli Məclisin növbəti iclası keçirilib
03.07.2021 [10:04]
Sahibə Qafarova: Azərbaycanla Macarıstan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır
İyulun 2-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib. İclasa başlamazdan əvvəl, Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan parlament nümayəndə heyətinin Macarıstana rəsmi səfəri barədə məlumat verib. Bildirib ki, səfər iyunun 28-də başlayıb və 30-da başa çatıb. Diqqətə çatdırıb ki, Macarıstan Avropa İttifaqının, NATO-nun və digər Avropa təşkilatlarının üzvüdür. Bu ölkə tarixi köklərinə əsaslanaraq, öz xarici siyasətində türkdilli dövlətlərlə münasibətləri inkişaf etdirməyə, türk dünyasına inteqrasiyaya xüsusi əhəmiyyət verir. Macarıstan Türk Şurasında, Türkdilli Ölkələrin Parlament Assambleyasında, türkdilli dövlətlərin digər inteqrasiya qurumlarında müşahidəçi kimi iştirak edir. Spiker qeyd edib ki, Azərbaycanla Macarıstan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Ölkələrimiz arasında əməkdaşlıq dinamik inkişaf edir və bu əməkdaşlığın dərinləşdirilməsinə hər iki tərəfdən böyük diqqət göstərilir.
Sonra iclasın gündəliyi təsdiq edilib və cari məsələlərin müzakirəsinə başlanılıb.
Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli öz çıxışında Macarıstana səfərdə dostluq qrupunun rəhbəri kimi iştirak etdiyini qeyd edərək söyləyib ki, bu səfər iki ölkə arasında mövcud olan münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edir.
Birinci vitse-spiker bildirib ki, Vətən müharibəsi bitdikdən sonra Azərbaycanda güc strukturlarının, hərbi strukturların peşə bayramları xüsusi şəraitdə qeyd olunur. Torpaqlarımız işğaldan azad olunub və bu prosesdə hərbçilər, güc strukturları yaxından iştirak ediblər. Bu gün Azərbaycan polisinin peşə bayramıdır. Azərbaycan polisi birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də peşəkarcasına, cəsarətlə iştirak edib, onlarla, yüzlərlə şəhid verərək, qazi olaraq Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edib.
Əli Hüseynli parlament rəhbərliyi və deputatlar adından Azərbaycan daxili işlər orqanlarının əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edərək bildirib ki, artıq torpaqlarımız işğaldan azad olunub. Bu dövr ərzində hərbi vəziyyətdə biz bir daha Azərbaycan polisinin peşəkar fəaliyyətinin şahidi olduq. Birinci vitse-spiker əminliklə vurğulayıb ki, Azərbaycan polisi bundan sonra da ölkə Prezidentinin siyasətinə, xalqımıza və dövlətimizə uğurla xidmət edəcək.
Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bütün deputat korpusu bu təbriklərə qoşulur.
Sonra çıxış edən komitə sədrləri Musa Quliyev, Zahid Oruc, deputatlardan Sahib Alıyev, Azər Badamov, Razi Nurullayev, Məlahət İbrahimqızı, Elşən Musayev, Eldəniz Səlimov, Bəhruz Məhərrəmov, Ramin Məmmədov da polis işçilərinin peşə bayramlarını təbrik ediblər. Millət vəkilləri, eyni zamanda, gündəmdə olan bir sıra aktual mövzularla bağlı öz fikirlərini bölüşüblər, seçiciləri narahat edən bəzi problemlərdən bəhs ediblər.
İclasın davamında parlamentin spikeri deputatların diqqətinə çatdırıb ki, gündəlikdə 10 məsələ var. Qeyd edib ki, ilk 4 məsələ üçüncü oxunuşda olan qanun layihələridir. Birinci və ikinci məsələlər cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. Bildirilib ki, gündəliyin birinci məsələsi “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi, ikinci məsələsi isə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələridir.
Hər iki məsələ barədə məlumat verən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qeyd edib ki, hər iki qanuna edilən dəyişikliklər vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Layihəyə əsasən, əgər şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşəcək.
Deputat Qüdrət Həsənquliyev fikirlərini söylədikdən sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra Spiker Sahibə Qafarova bildirib ki, gündəliyin üçüncü və dördüncü məsələləri də cənab Prezident tərəfindən bir zərfdə daxil olub və mahiyyətcə bir-birinə yaxındır.
Əvvəlcə, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklə bağlı məlumat verib. Bildirilib ki, sənəd vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə hazırlanıb. Dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, dövlət orqanı əsasında publik hüquqi şəxs yarandığı zaman dövlət qulluğuna xitam verilən işçilərin pensiya yaşına iki il qalıbsa və onların 13 il stajı varsa, onların pensiyaları dövlət qulluqçusu kimi hesablanacaq. Yəni onlara iki il güzəşt tətbiq olunur. Komitə sədri qanun layihəsinin ikinci oxunuşu zamanı söylənilən fikirlərə, verilən təkliflərə də münasibət bildirib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Dövlət qulluğu haqqında” qanunda nəzərdə tutulan dəyişikliklər barədədanışıb. Bildirilib ki, dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində göstərilən müddəalar faktiki olaraq “Dövlət qulluğu haqqında” qanunda da öz əksini tapmalıdır.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
İclasda Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, digər 6 məsələ ikinci oxunuşda olan qanun layihələridir. Növbəti iki məsələ cənab Prezidentin bir məktubu ilə daxil olub və mahiyyətcə bir-birinə yaxındırlar.
Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, İnzibati Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi və “Mediasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə dair məlumat verib.
Deputatlar Qüdrət Həsənquliyev, Etibar Əliyev, Sədaqət Vəliyeva, Sahib Alıyev qanun layihələri barədə fikirlərini açıqlayıblar.
Əli Hüseynli səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra iclasda “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Diplomatik xidmət haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Sənədlə əlaqədar parlament sədrinin birinci müavini, komitə sədri Əli Hüseynli məlumat verib. Bildirib ki, dəyişiklik xüsusi dövlət orqanından dövlət qulluğuna, dövlət qulluğundan xüsusi dövlət qulluğuna keçən zaman sınaq müddətinin və stajın yenidən tətbiq olunmamasını özündə ehtiva edir.
Deputatlar Fazil Mustafa, Elnur Allahverdiyev sənədə dair öz münasibətlərini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova deyib ki, gündəliyin növbəti üç məsələsi -Mülki Prosessual Məcəllədə, “Dövlət rüsumu haqqında” qanunda və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihələridir. Qeyd edilib ki, ötən iclasda bu məsələlər gündəliyin son 4 məsələsi kimi nəzərdə tutulmuşdu. İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə iki qanun layihəsi var idi. Həmin layihələri birləşdirərək bir sənəd kimi təqdim etmək qərara alınıb.
Spiker diqqətə çatdırıb ki, ötən iclasda Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsinə müəyyən rəylər bildirilib. Bunları nəzərə alaraq, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında həmin layihənin ictimai müzakirəsi keçirilib. İclasa Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin, Vəkillər Kollegiyasının nümayəndələri də dəvət edilib. Suallara aydınlıq gətirilib, təkliflər dinlənilib. Müzakirə nəticəsində qanun layihəsini Milli Məclisin iclasına təqdim etmək qərara alınıb.
Məsələ ilə bağlı çıxış edən birinci vitse-spiker, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, ictimai müzakirə formatında komitələrin çox effektiv iclası keçirilib. Fikir mübadiləsi zamanı deputatlar maraqlı təkliflər veriblər. Nəticə etibarilə biz hüquq ictimaiyyətini, daha çox vəkilləri narahat edən məsələlərlə bağlı qanunvericilik təşəbbüsü subyekti ilə razılıq əldə etdik. Bildirilib ki, ən vacib məqamlardan biri 174-cü maddə ilə bağlı idi. Verilən təkliflər də nəzərə alınaraq 174.5-ci maddə yeni formada veriləcək.
Hakimlərin sayının artırılması məsələsinə toxunan komitə sədri bildirib ki, cari ilin fevral ayında cənab Prezidentin müvafiq fərmanının tətbiqi ilə bağlı 44 yeni hakim təyin olunub, hazırda 44 hakim tədris mərhələsinə keçib, 152 hakimliyə namizəd ikinci mərhələdədir, 100 nəfər isə yenidən hakim olmaq üçün müraciət edib. Qeyd olunub ki, hakimlərin seçilməsi prosesi davamlı surətdə gedir. Ümumiyyətlə, hakimlərin sayının artırılması ilə bağlı Prezidentin Fərmanının tətbiqi sahəsində son iki ildə çox ciddi işlər aparılıb. Əli Hüseynli qanun layihəsinin ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarına töhfə verəcəyini söyləyib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi təqdim edib.Qeyd edilib ki, əsas məqamlardan biri rüsum dəyişmə sisteminin əhalinin sosial qayğıya ehtiyacı olan təbəqəsinə təsirilə bağlıdır. Bildirilib ki, qanun layihəsində aztəminatlı təbəqənin qorunması ehtiva olunub.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova qeyd edib ki, deputatlar həmişə mediaya açıq olmalıdır: “Biz nə qədər mediaya açıq olsaq, bir o qədər cəmiyyətdə yaranan suallar öz cavabını tapacaq”.
Müzakirələr zamanı komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, Ziyafət Əsgərov, deputatlar Fazil Mustafa, Fəzail Ağamalı, Razi Nurullayev, Elşən Musayev, Etibar Əliyev, Aydın Hüseynov dəyişikliklər barədə öz fikirlərini söyləyiblər.
Sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09

