Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan saziş imzalanacaq
07.06.2010 [10:04]
Məlum olduğu kimi, iyunun 7-də Türkiyənin İstanbul şəhərində Türkiyə-Yunanıstan-İtaliya layihəsi üzrə sazişin imzalanması nəzərdə tutulur. Artıq bununla bağlı bütün tərəflərin müvafiq hökumət qurumları layihənin təfərrüatlarını müəyyənləşdiriblər. Qeyd edək ki, İstanbul sammitində Azərbaycanın da iştirakı nəzərdə tutulub və həmin sazişin imzalanması birbaşa respublikamızın siyasi qərarından asılıdır. Yəni, həmin sazişin imzalanması üçün tərəflər ilk növbədə, ölkəmizin maraqlarını təmin edən mühüm elementləri razılaşdırmalıdır. Artıq bununla bağlı bütün məsələlər həll olunduğundan sazişin imzalanması üçün heç bir maneə qalmayıb.
Türkiyə və Yunanıstan hökumətlərinin nümayəndələri Azərbaycan qazının dünya bazarlarına nəqlini nəzərdə tutan Türkiyə-Yunanıstan-İtaliya qaz layihəsi üzrə Azərbaycanın bütün şərtlərini qəbul etdiklərini bildiriblər. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqlini nəzərdə tutan sazişin imzalanması üçün hüquqi baza yaradılıb və layihənin gerçəkləşməsini sadəcə təsdiq etmək lazımdır. Yunanıstanın enerji sisteminə nəzarət edən “Depa” şirkətinin rəhbəri Harris Saçinis isə bildirib ki, həmin sazişlə yanaşı, Azərbaycan qazının birbaşa Yunanıstana nəqlini nəzərdə tutan anlaşma memorandumunun imzalanması da gündəlikdə duran əsas məsələlərdən biridir.
Onu da qeyd edək ki, həmin sammit zamanı Azərbaycanla qardaş Türkiyə arasında qaz sazişinin də imzalanması nəzərdə tutulur. Sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, tərəflər enerji ehtiyatlarının Avropaya nəql olunmasında ən perspektiv layihələrdən hesab olunan “Şahdəniz-II” üzrə sazişin detallarını razılaşdırıblar. Türkiyə və Azərbaycan təkcə, “Şahdəniz”dən hasil olunan yanacağın nəqli ilə bağlı razılaşmadan başqa, qaz alqı-satqısına dair bütün məsələlərdə də anlaşma əldə ediblər. Sənəd paket şəklində yanacaq sahəsində əməkdaşlığın bütün təfərrüatlarını (“Şahdəniz-I” üzrə Türkiyəyə ixrac olunan qazın qiyməti, “Şahdəniz-II” layihəsi üzrə hasil olunacaq qazın qardaş ölkəyə satılması və həcmi, yanacağın Türkiyədən keçməklə tranzit tarifləri və Avropa dövlətlərinə ixrac olunacaq yanacağın həcmi) komponentlərini əks etdirir.
Azərbaycanla Türkiyə arasında qaz sazişinin imzalanması regionda ən böyük enerji dəhlizlərindən biri olan Bakı-Tbilisi-Ərzurum marşrutunun strateji mövqeyinin daha da möhkəmlənməsinə səbəb olacaq. Bu marşrutun davamı kimi Türkiyə-Yunanıstan-İtaliya qaz kəmərinin reallaşması da öz həllini tapmış olur. Buna görə də, qardaş ölkə ilə respublikamız arasında qaz nəqlinə dair sazişin imzalanması həm Yunanıstan, həm də İtaliya üçün mühüm əhəmiyyət kəsb edir. Həmin dövlətlər bu sazişin qüvvəyə minməsindən sonra idxal olunan Azərbaycan qazının həcminin artırılmasına nail ola biləcəklər. Dünya enerji maşrutları sırasında ən strateji nəql dəhlizlərindən biri hesab olunan Türkiyə-Yunanıstan-İtaliya layihəsi növbəti mərhələdə daha da genişləndirilərək Mərkəzi və Cənubi Avropa regionunu əhatə edəcək. Bolqarıstan, Rumıniya, Sloveniya, hətta Suriya və İordaniya kimi dövlətlər də bu layihənin davamı kimi ölkəmizə məxsus yanacaq resurslarını əldə etmək imkanı qazanacaq. Eyni zamanda, Azərbaycan qazının İtaliya limanları vasitəsilə müxtəlif region dövlətlərinə nəqli planlaşdırılır.
Xatırladaq ki, “Şahdəniz-II” layihəsi çərçivəsində ölkəmizə 20 milyard dollara yaxın sərmayə yatırılması nəzərdə tutulur. Layihənin işlənməsi nəticəsində Azərbaycanın qaz hasilatının həcmi ən azı 16 milyard kubmetr artacaq. “Şahdəniz” yatağı ilə yanaşı, digər perspektiv yataqlarda, məsələn, “Bahar”, “İnam”, “Alov”, “ümid” kimi bloklarda proqnozlaşdırılan ehtiyatların həcmi də kifayət qədər yüksəkdir və bu resurslar hesabına ölkəmizin ildə 20-30 milyard kubmetrdən çox yanacaq ixrac etməsi mümkündür. Proqnozlara görə, 2015-2017-ci illərdə respublikamızdan nəql olunan qazın həcmi 40 milyard kub metrdən çox olacaq.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46

