/ / Sübut Əsədov: Dövlət başçısının bəyan etdiyi kimi indi əsas hədəflər azad olunmuş torpaqları yenidən qurmaq və revanşist qüvvələrin baş qaldırmasına imkan verməməkdir
Sübut Əsədov: Dövlət başçısının bəyan etdiyi kimi indi əsas hədəflər azad olunmuş torpaqları yenidən qurmaq və revanşist qüvvələrin baş qaldırmasına imkan verməməkdir
17.08.2021 [14:20]
“Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı, uzaqgörənliyi, məqsədyönlü siyasətinin nəticəsi olaraq Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını azad etdi. Çünki 30 il ərzində beynəlxalq birliyin Azərbaycanın 20 faiz ərazisinin işğalı ilə bağlı təsirli addımlar atmaması, ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti xalqımız üçün ən mühüm əhəmiyyət kəsb edən, taleyüklü problemin həlli üçün müsbət perspektiv vəd etmirdi”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.
Partiya sədri deyib ki, Ermənistanın ardıcıl və məqsədyönlü şəkildə danışıqlar prosesini pozması, təxribatlar törətməsi Azərbaycan tərəfini qəti addımlar atmağa vadar etdi: “Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə həm Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini, həm də Azərbaycan xalqının bütün istək və arzularını yerinə yetirdi. 44 günlük müharibəsi zamanı dövlət başçısı xarakterik şəxsi keyfiyyətini ortaya qoydu, qətiyyət, cəsarət və vətənpərvərlik nümunəsi göstərdi”.
S.Əsədov deyib ki, təcavüzkar Ermənistanın və onun hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüquqa hörmətsiz yanaşması, müharibə cinayətləri törətməsi 44 günlük müharibə zamanı da sübut olunub: “Buna baxmayaraq, dövlət başçısının “CNN Türk” telekanalına müsahibəsində vurğuladığı kimi, ermənilərdən fərqli olaraq biz etnik təmizləmə aparmadıq, hərbi cinayət törətmədik, müharibəni ləyaqətlə apardıq, mülki şəxsləri vurmadıq. Halbuki, ermənilərin işğaldan azad olunmuş ərazilərdə bütün infrastrukturu dağıtması və talan etməsi hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidən qurulmasını şərtləndirir. Prezidentin də qeyd etdiyi kimi, indi əsas hədəflər azad olunmuş torpaqları yenidən qurmaq və revanşist qüvvələrin baş qaldırmasına imkan verməməkdir. Bu istiqamətdə, o cümlədən Azərbaycan quruculuq sahəsində planlı şəkildə və maksimal sürətlə işlər aparır. Dövlətimizin başçısının dediyi kimi, bərpa və yenidənqurma işlərinin başa çatdırılması prosesində Azərbaycanın əsas rəqibi zamandır. Bununla da Ermənistanın dağıdıcı, Azərbaycanın isə qurucu, yaradıcı dövlət olması sübut olunub”.
Qaşqay ZİYƏDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

