Nurlan Niqmatulin: Qardaş Azərbaycan Qazaxıstan üçün çox mühüm və etibarlı tərəfdaşdır
08.09.2021 [09:11]
Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün Avstriyada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulinlə görüşüb.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Parlament Məclisinin sədrini səmimiyyətlə salamlayan Sahibə Qafarova Azərbaycanın dost və qardaş Qazaxıstanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. O, Azərbaycan ilə Qazaxıstan arasında Ulu Öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti - Elbası Nursultan Nazarbayev tərəfindən əsası qoyulan dostluq, qardaşlıq münasibətlərinin hazırda iki ölkənin dövlət başçıları tərəfindən uğurla davam etdirildiyini bildirib.
Ölkələrimizin istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayan Milli Məclisin sədri TÜRKPA çərçivəsində əlaqələrin əhəmiyyətini xüsusi qeyd edib.
Sahibə Qafarova diqqətə çatdırıb ki, dövlətlərimiz arasında münasibətlər möhkəm hüquqi bazaya əsaslanır. Tərəflər arasında imzalanan sənədlər müxtəlif sahələri əhatə etməklə, Azərbaycan-Qazaxıstan əməkdaşlığının daha da dərinləşməsini təmin etmişdir.
Dövlətlərarası münasibətlərin inkişafında Azərbaycan və Qazaxıstan parlamentlərinin rolu haqqında da danışan Milli Məclisin sədri hər iki ölkənin qanunvericilik orqanlarında mövcud olan dostluq qruplarının fəaliyyətini müsbət qiymətləndirib. Bildirilib ki, deputatların qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşlərin keçirilməsi əlaqələrimizin daha da inkişafı və tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir.
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə haqqında qazaxıstanlı həmkarına məlumat verən Milli Məclisin sədri deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına son qoyulub. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü yerinə yetirərək ərazi bütövlüyünü bərpa edib. Artıq münaqişə tarixə qovuşub və Azərbaycan işğaldan azad olunan ərazilərin bərpasına başlayıb.
Sahibə Qafarova, həmçinin Ermənistanın regionda davamlı sülhün təmin olunmasına qarşı yönəlmiş təxribatçı hərəkətləri barədə də geniş məlumat verib. O, Ermənistanın minalanmış ərazilərin tam xəritəsini təqdim etməkdən imtina etdiyini, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq azad olunmuş ərazilərimizə terrorçu qruplar göndərdiyini, sərhəddə təxribatlar törətdiyini diqqətə çatdırıb.
Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulin Sahibə Qafarovanı səmimiyyətlə salamlayaraq qardaş Azərbaycanın Qazaxıstan üçün çox mühüm və etibarlı tərəfdaş olduğunu bildirib. O, ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarımızın şəxsi dostluq münasibətlərinin önəmini qeyd edib.
Nurlan Niqmatulin ikitərəfli əlaqələrin bütün sahələrdə dinamik inkişaf etdiyini, münasibətlərin daha da dərinləşməsi üçün geniş imkanlar olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, ali qanunvericilik orqanları arasında əlaqələrimizin inkişafı digər sahələrə də öz müsbət təsirini göstərir. Bu, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əhəmiyyətlidir. N.Niqmatulin Azərbaycanın TÜRKPA-nın fəaliyyətinə çox mühüm töhfələr verdiyini də diqqətə çatdırıb.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfəri çərçivəsində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq və Latviya parlamentinin sədri İnara Murniyetse ilə də görüşüb. Milli Məclisin sədrinin səfər çərçivəsində görüşləri davam edir.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 14:40
Gündəm
09 Oktyabr 14:09
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09

