DİA-da dövlət qulluğu gününə həsr olunmuş konfrans keçirilib
24.06.2010 [09:38]
Dövlət qulluqçularının peşə bayramı - Beynəlxalq dövlət qulluğu gününə həsr olunmuş tədbiri akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq, müstəqil Azərbaycan Respublikasında dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərinə ümummilli liderimiz Heydər Əliyevin töhfələrini vurğulayıb. Rektor respublikamızda dövlət idarəçiliyi istiqamətində həyata keçirilən islahatlar nəticəsində əldə olunan uğurlardan söz açıb, bu məsələlərin Prezident İlham Əliyev tərəfindən daim diqqətdə saxlanıldığını bildirib. Artıq ölkəmizdə çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd edən professor S.Qəndilov uzun illər ərzində idarəçilik sistemində fəaliyyət göstərən və bu sahədə zəngin təcrübəyə malik olan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Dövlət Qulluğunu İdarəetmə Şurasına başçılıq etməsinin qurumun uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdən biri olduğunu bildirib.
“Azərbaycanda dövlət qulluğunun inkişafı” mövzusunda məruzə ilə çıxış edən Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri, hüquq elmləri namizədi Bəhram Xəlilov artıq beşinci ildir ki, ölkəmizdə bayram kimi qeyd edilən bu günün əhəmiyyətindən danışıb, dövlət qulluğu sahəsində son dövrlərdə əldə olunmuş nailiyyətlərdən söz açıb. Bildirib ki, dövlət qulluğu sahəsində aparılan islahatların nəticəsi olaraq 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qanunun qəbul edilməsi ilə ölkədə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub.
Bəhram Xəlilov deyib ki, rəhbərlik etdiyi komissiyanın əsas məqsədləri dövlət qulluğu ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, attestasiya və sosial müdafiəsi sahəsində, həmçinin digər məsələlər barədə qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Komissiya dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid siyasəti həyata keçirir, dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması ilə bağlı təkliflər hazırlayır. Komissiya eyni zamanda, bu istiqamətdə normativ-hüquqi aktların layihəsini hazırlayır, dövlət qulluqçularının peşə hazırlığı, ixtisasının artırılması sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirir.
Konfransda, həmçinin, DİA-nın dövlət quruculuğu və hüquq kafedrasının dosenti, hüquq elmləri namizədi Əli Rzayevin “Azərbaycan Respublikasında dövlət qulluğunun bəzi hüquqi problemləri” və fəlsəfə və sosial psixologiya kafedrasının dosenti, psixologiya elmləri namizədi Bayram Haqverdiyevin “Dövlət qulluğunun səmərəliliyinin mənəvi-psixoloji əsasları” mövzularında məruzələri dinlənilib.
Məruzələr ətrafında müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10

