Qarabağın açarı öz əlimizdədir
27.10.2021 [10:09]
Azərbaycan “Qafqazın Hava Qapısı”nı açdı
44 günlük Vətən müharibəsinin ardından qısa zamanda - cəmisi altı aya tikilmiş Füzuli Beynəlxalq Hava Limanı ilk rəsmi qonağını qəbul etdi. Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı gətirən təyyarə bu dəfə paytaxt Bakıya deyil, məhz Füzuli Beynəlxalq Hava Limanına eniş etdi.
Prezident İlham Əliyev tərəfindən “Qafqazın hava qapısı” adlandırılan bu aeroportun açılışı Azərbaycan tarixində çox mühüm bir hadisədir. Qeyd edək ki, müharibədən sonra işğaldan azad edilmiş regionlarımızda tikilən yeni obyektlər dostlarımızı sevindirdiyi qədər düşmənlərimizi də narahat edirdi. Hətta bəzən sosial şəbəkələrdə adını “siyasətçi” qoyanların Füzuli aeroportuna, bu hava limanının “beynəlxalq” status almasına qarşı açıq qısqanclıq münasibətinə də rast gəlinirdi. O cümlədən, yaxın regionlarda bir neçə hava limanının tikintisini belə “əlverişsiz” sayanlar tapılırdı. Amma görülən işlər, aparılan uğurlu fəaliyyət bütün mənalarda hər kəsi susdurdu. Bir il öncə regiona yeni siyasi-hərbi reallıqlar gətirmiş Azərbaycan bu gün qlobal iqtisadi layihələrin təşəbbüskarı və icraçısı qismində çıxış edir, yeni imkanlar qazandırır.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan” qəzetinin oxucuları ilə bölüşən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib ki, Füzulidə beynəlxalq statusa malik hava limanının, eləcə də Zəngilan və Laçın rayonlarında da aeroportların tikilməsi ölkəmizin gələcək iqtisadi-hərbi üstünlüklərinin formalaşdırılması baxımından son dərəcə əhəmiyyətlidir. Hələ ki, Ermənistanla sülh müqaviləsinin bağlanmadığını önə çəkən S.Rüstəmxanlı qeyd edib ki, bu, qarşıdakı dövr üçün Azərbaycanın əlinin daha da güclənməsinə x?dmət edəcək: “İşğaldan azad edilmiş ərazilərimizin relyefi fərqlidir və orada əsasən, dağlar, hündür yerlər üstünlük təşkil edir. Odur ki, sərhəd-keçid məntəqələrinin təminatı və digər işlər məhz hava yolu ilə aparıla bilər. Bu baxımdan, həm Laçın, həm Zəngilan, həm də Füzuli hava limanları bizim üstünlüklərimizdir. Müasir dövrdə hava məkanı yükdaşıma və ya sərnişindaşıma ilə yanaşı, müharibə və qarşıdurmalarda da böyük önəm kəsb edir. 44 günlük müharibə dövründə Azərbaycanın pilotsuz uçuş aparatları düşmənin qısa zamanda məğlub olmasında əhəmiyyət daşıdı. Bu mənada, atılan addımlar, tikilən aeroportlar Azərbaycan Prezidentinin düzgün və gələcəyə hesablanmış düşüncəsinin, planlarının nəticəsidir”.
Füzuli Beynəlxalq Hava Limanının iqtisadi əhəmiyyətinə gəlincə isə, S.Rüstəmxanlının fikrincə, gələcəkdə həm yükdaşımalarda, həm də sərnişin daşınmasında bu aeroport böyük rola malik olacaq. “Füzuli Hava Limanı beynəlxalq status daşıyır. Xarici ölkələrin təyyarələri bu hava limanında rahat yükdaşımalar həyata keçirəcək. O cümlədən, Qarabağı görmək istəyən turistlər, xaricdə yaşayan azərbaycanlılar, qarabağlılar bu aeroportun xidmətindən istifadə edəcəklər. Bütün bunlar iqtisadi dividend gətirəcək. Mən Şuşaya səfərim zamanı Füzuli Beynəlxalq Hava Limanını gördüm. Çox müasir bir tikinti nümunəsidir. Bu Hava Limanı Azərbaycanın iqtisadi, texniki gücünü göstərir”, - deyən VHP sədri 44 günlük Vətən müharibəsində mənəvi dəstəyini bizdən əsirgəməmiş qardaş Türkiyənin Prezidentinin bu Hava Limanının açılışında iştirakını da yüksək dəyərləndirib. Qeyd edib ki, R.T.Ərdoğanın bu açılış mərasiminə qatılması Azərbaycan ilə Türkiyənin hərtərəfli yaxınlığını, qardaşlığını göstərir: “Bu həm də qardaşlığın getdikcə daha real, sözdən işə keçməsini göstərən bir əlamətdir. Azərbaycan ilə Türkiyənin münasibətləri digər türkdilli ölkələr üçün də nümunə olmalıdır. Bu, bizim gələcəyimiz baxımından da əhəmiyyətlidir. Füzuli Beynəlxalq Hava Limanının Zəfər Günü öncəsi açılması da simvolik bir məna daşıyır. İnanıram ki, bizi qarşıda daha böyük, gözəl günlər, hadisələr gözləyir”.
ADP sədri Sərdar Cəlaloğlu isə açılan kommunikasiyanın üç mühüm əhəmiyyətinin olduğunu diqqətə çatdırıb. Belə ki, Füzuli Beynəlxalq Hava Limanı hərbi, iqtisadi və turizm baxımından böyük əhəmiyyət daşıyır: “Bu aeroport Azərbaycana hərbi üstünlük qazandıracaq. İstər şəxsi heyətin, istər texnikanın, istərsə də təchizatın vaxtında müəyyən edilmiş yerlərə daşınmasında operativlik, çeviklik əldə olunacaq. Bundan başqa, əminəm ki, işğaldan azad edilmiş ərazilərimiz tam bərpa olunduqdan sonra həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonları ən güclü iqtisadi regiona çevriləcək. Orada heyvandarlığın, əkinçiliyin inkişafı çox güclü olacaq. Eləcə də, həmin regionda yerli sənaye obyektləri yaradılacaq və istehsal olan məhsulların daşınması, təchizatın gətirilməsi ilə bağlı ko?munikasiyaya böyük ehtiyac yaranacaq. Füzuli Beynəlxalq Hava Limanı, eləcə də digər aeroportlar bu işi asanlaşdıracaq”.
ADP sədri tikilmiş aeroportların turizmin inkişafına da böyük dəstək verəcəyini düşünür. Onun fikrincə, Qarabağ turizm potensialına görə qeyri-adi üstünlüklərə malikdir: “Bu Beynəlxalq Hava Limanına turistlərin birbaşa Qarabağa daşınması baxımından da ehtiyac yaranacaq. Ümumiyyətlə, bütün tikilmiş obyektlər, infrastruktur cəmiyyətin, dövlətin xeyrinədir. Xüsusilə, bu cür gələcəyə hesablanmış layihələr dövlətin inkişafında mühüm rol oynayır. Biz bu günlə yaşamamalıyıq. Bu gün gələcək üçün də planlar qurulur, addımlar atılır. Füzuli Hava Limanı kimi infrastrukturlar “alt yapıdır”. Qardaş Türkiyə artıq açılacaq Zəngəzur dəhlizində əldə edəcəyi gəlirləri, üstünlükləri hesablayır, proqnozlaşdırır. Nəzərə alınmalıdır ki, həmin iqtisadi gəliri gətirəcək yüklər məhz bu aeroport vasitəsilə daşınacaq. Bu aeroportların işğaldan azad olunmuş ərazilərdə tikilməsi isə Azərbaycan dövlətinin strateji maraqlarına uyğundur. Bəlkə də kimlərsə, indiki halda bu hava limanlarının rentabelli olmadığını düşünür. Amma hər şeyi indiki zamanla ölçmək olmaz. Yaxın gələcəkdə bu hava limanları bölgədəki iqtisadi inkişaf üçün azlıq təşkil edəcək. Əminəm ki, yaxın gələcəkdə yeni hava limanlarının da tikilməsi zərurəti yaranacaq”.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

