Azərbaycanın bu günü və gələcəyi: gəncliyin sözü
06.07.2010 [11:27]
Yeni Azərbaycan Partiyasının (YAP) gənclər üçün təşkil etdiyi Yay İstirahət Düşərgəsi başa çatıb. SİA-nın düşərgədə olan müxbirinin verdiyi məlumata görə, düşərgənin ikinci günü gənclər “Azərbaycanın bu günü və gələcəyi: gəncliyin sözü” mövzusunda diskussiyalarda iştirak ediblər. Tədbirdə gənclərlə birlikdə Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov, İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev və YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı da iştirak edib.
Tədbirdə ilk olaraq Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov çıxış edib. O, gəncləri salamlayaraq, düşərgənin əhəmiyyətindən söz açıb: “Biz bu düşərgələri ona görə təşkil edirik ki, həm siz bir-birinizi yaxından tanıyasınız, həm də biz sizi daha yaxından tanıyaq. Sizin düşüncələriniz bizim üçün əhəmiyyətlidir”.
Millət vəkili bugünkü mövzunun bütün azərbaycanlıları, ən çox isə gəncləri düşündürdüyünü qeyd edib. Ə.Əhmədov ölkəmizdəki inkişafın Azərbaycanın əhalisinin firavanlığına yönəldiyini dilə gətirib. “ölkə Prezidenti də bütün işlərini bu istiqamətdə qurur. Bu mövzu bilavasitə sizin gələcəyiniz, həyatınızla bağlıdır”, deyə o, qeyd edib.
Millət vəkili YAP-ın məqsədlərindən birinin də ölkənin ictimai həyatında gənclərə yer vermək olduğunu bildirib: “Bir halda ki, Azərbaycanın gələcəyi sizdən ötrü yaradılır, ölkəmizin gələcəyinin yaradılmasında sizin fikirləriniz də nəzərə alınmalıdır və siz də bu işlərdə fəal iştirak etməlisiniz”.
Bu gün Azərbaycan dövlətinin vətəndaşlarına daha layiqli həyat verməsi üçün baza hazırladığnı deyən Ə.Əhmədov ölkəmizin iqtisadiyyatının sürətlə inkişaf etdyini qeyd edib. O, Azərbaycanın ən yüksək göstəricilər nümayiş etdiyini vurğulayıb. Millət vəkili bugünkü Azərbaycanın hamının gözləri önündə inkişaf etdiyinin, gənclərin Oğuz və Qəbələdə olaraq həmin regionların nə dərəcədə dəyişdiyinin, necə gözəlləşdiyinin şahidi olduğunu qeyd edib.
“Bugünkü Azərbaycan gələcək Azərbaycan üçün dəyişir və inkişaf edir. Biz istəyirik ki, siz gənclər Azərbaycanın ictimai həyatında fəal olasınız. Parlament seçkilərində YAP-ın ideyalarının təbliğ olunmasına cəlb olunasınız”, - deyə Ə.Əhmədov əlavə edib.
Daha sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev çıxış edərək düşərgə iştirakçılarını salamlayıb.
Azərbaycanın bu günü və sabahını təsəvvür etmək üçün onun tarixinə nəzər salmaq lazım olduğunu deyən Ş.Hacıyev dövlətimizin çox şərəfli bir tarix yaşadığını qeyd edib: “Tarix boyu taleh yüklü məsələlər həll olunub. Bunlar hamısı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”.
Azərbaycanın 2003-cü ildən sonra çox sürətli inkişaf yaşadığını vurğulayan millət vəkili dünyanın heç bir ölkəsində belə inkişaf müşahidə olunmadığnı deyib.
“Azərbaycan qısa müddət ərzində inkişaf baxımından 20 ilə yaxın yol keçib. ölkəmizin dövlət büdcəsi 10 dəfədən çox artıb. Əmək haqqının səviyyəsi qaldırılıb, yoxsulluğun səviyyəsi isə azaldılıb. Hər yerdə dünya böhranından danışılmağına, bu böhranın yenidən yaranma təhlükəsinin qeyd edilməsinə baxmayaraq, Azərbaycan böhrandan ən az əziyyət çəkən ölkələrin arasındadır. Azərbaycanın ümumi gəliri Ermənistan və Gürcüstanın birgə gəlirinin 2 qatıdır. Bu gün bizim 22 milyard dollar valyuta ehtiyyatımız var”, - deyə o bildirib.
Azərbaycanda davamlı və tarazlı inkişaf getdiyini dilə gətirən Ş.Hacıyev ölkəmizdə hər hansı bir bölgənin deyil, bütün regionların bərabər şəkildə inkişaf etdiyini vurğulayıb. O, mərkəzlə regionlar arasındakı fərqlərin itidiyini deyib.
Hazırda Azərbaycanın razılığı olmadan regionda heç bir beynəlxalq layihənin həyata keçirilə bilmədiyini vurğulayan rektor Azərbaycanın artıq dünyada sayılıb-seçilən, stabil inkişaf edən ölkə kimi tanındığını qeyd edib.
“Bu gün Azərbaycana qoyulan investisiyanın həcmi 80 milyard dollardan artıqdır. Yaxın gələcəkdə Azərbaycanı möcüzəvi bir iqtisadi inkişaf gözləyir”, - deyən Ş.Hacıyev Azərbaycanın dünya bazarında oyun qaydalarını müəyyən edən ölkələrdən olacağını bildirib.
Daha sonra isə millət vəkilləri gənclərin sullarını cavablandırıblar və müxtəlif mövzularda müzakirələr aparılıb.
Düşərgənin üçüncü günündə isə YAP Oğuz rayon təşkilatının sədri ilə görüş təşkil olunub və günorta saatlarında iştirakçılar Bakıya qayıdıblar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13

