Amnistiya Aktı yüzlərlə ailəni sevindirəcək
04.11.2021 [10:07]
Cəmiyyət ölkə başçısının təşəbbüsünü yüksək qiymətləndirir
Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olan 8 Noyabr - Zəfər Günü bayramının birinci ildönümü daha bir əlamətdar hadisə ilə yadda qalacaq. Belə ki, Prezident İlham Əliyev tərəfindən bayram münasibətilə amnistiya elan edilməsi təşəbbüsü irəli sürülüb. Prezident tərəfindən Milli Məclisə təqdim edilən Amnistiya Aktının ümumilikdə 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan azadlıqdan məhrum etmə yerlərində cəza çəkən 3 mindən çox şəxsin azad ediləcəyi, habelə 3 minədək şəxsin cəzalarının çəkilməmiş hissəsinin azaldılacağı proqnozlaşdırılır.
Mühüm humanizm aktı olan bu amnistiya təşəbbüsü cəmiyyət tərəfindən necə qarşılanır? Bununla bağlı bəzi siyasi partiya rəhbərlərinə müraciət etdik.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, bu cür humanizm aktları cəmiyyət üçün çox vacibdir. Azərbaycanda məhbusların sayının az olmadığını diqqətə çatdıran partiya sədri bu Amnistiya Aktı nəticəsində minlərlə insanın öz yaxınlarına qovuşacağını bildirib: “Həmin məhbusların öz ailələrinin yanında olmaları daha yaxşı olar. Bu, həm mənəvi baxımdan, həm də sosial-iqtisadi nöqteyi - nəzərdən müsbət haldır. Digər tərəfdən, məhbusların ailə üzvləri də həbsxanalarda onları ziyarət etmək məcburiyyətindən azad olacaqlar. Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş bu təşəbbüsü çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu cür humanist addımlar tez-tez atılmalıdır”.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də bu cür amnistiya aktlarının istər humanizm, istər əxlaqi, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıdığını bildirib. Onun sözlərinə görə, dövlətin məhkumlara etimad göstərərək onları əfv etməsi həmin insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirməyə, ölkənin layiqli vətəndaşı olmağa həvəsləndirir: “Ölkə Prezidentinin Zəfər Günü öncəsi irəli sürdüyü bu təşəbbüsü alqışlayıram. İlk ildönümünü qeyd etdiyimiz Qələbə bayramımız minlərlə evdə sevincə səbəb olacaq. Dövlətin humanizm siyasəti vətəndaş-dövlət münasibətlərinə təsir göstərən vacib amillərdəndir. Bu Amnistiya Aktı sayəsində azadlığına qovuşacaq vətəndaşlar dövlətin onlara olan etibarını hiss edəcəklər. Bu humanist siyasət həm də cəmiyyətdə etimad mühitini inkişaf etdirir, barışdırıcı missiya daşıyır. Nəticədə, qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-dövlət münasibətləri formalaşır”.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə də Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş Amnistiya Aktı təşəbbüsünü yüksək dəyərləndirdiyini bildirib. Onun sözlərinə görə, bu Amnistiya Aktı sayəsində həyatinda bir dəfə səhv edərək məhbəsə düşən insanlar öz azadlıqlarına qovuşmaq imkanı qazanacaqlar: “İnsanlar var ki, bir dəfə səhvə yol veriblər və həbsxanaya düşüblər. Onlara yeni bir şans vermək lazımdır ki, normal həyata qayıtsınlar. Bu cür addımlar həm də vətəndaş - dövlət münasibətlərinin inkişafına müsbət mənada töhfə verir. Dövlətin humanist münasibətini, cəzadan azad etdiyini görən keçmiş məhbuslar yeni həyata qayıtmaq üçün özlərində güc tapırlar. Bu, onları yenidən cəmiyyətə qazandırır”.
Pərviz
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

