Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / WUF13: “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusu müzakirə olunub

WUF13: “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusu müzakirə olunub

19.05.2026 [14:37]

Mayın 19-da Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusuna həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasovun açılış sözü ilə başlayan tədbirdə iştirakçılar müstəmləkə və neokolonial idarəetmənin sosial-iqtisadi təsirlərini, urbanizasiya proseslərində yaranan struktur bərabərsizlikləri, mənzil təminatı sahəsində mövcud çağırışları, eləcə də bu problemlərin yerli əhali üzərində yaratdığı təsirləri müzakirə ediblər.

Tədbir çərçivəsində təşkil edilən müzakirələrdə BMT-nin Gənclər üzrə Məşvərət Şurasının üzvü Mariam Sayed Mohamed Abdelsalam, Beynəlxalq Reparasiyalar Hərəkatının prezidenti Jean-Pierre Jose Martin, Sent-Vinsent və Qrenadin hökumət başçısının müşaviri Bayron-Koks Riçard Antoni Beresford, Boneyr İnsan Hüquqları Təşkilatının gənc nümayəndəsi Finies Kristan Tyee Eugene, mərakeşli hüquq məsləhətçisi Bouinzal Nohaila, “Global Family Media” şirkətinin əməliyyatlar üzrə direktoru, “Rwanda Gender Media Council”in İdarə Heyətinin üzvü Umuhoza Natete Verite, BMT İnkişaf Proqramının iordaniyalı məsləhətçisi Merna Suhail Issa Alzurikat çıxış ediblər.

Çıxışçılar qeyd ediblər ki, ədalət anlayışı insan cəmiyyətinin əsas dayaqlarından biridir və müstəmləkəçilik nəticəsində yaranan sosial bərabərsizliklər bu gün də dünya üçün ciddi çağırış olaraq qalır. Bildirilib ki, mənzil problemi yalnız iqtisadi məsələ deyil, həm də tarixi ədalətsizliklərin və müstəmləkəçilik siyasətinin nəticəsidir. Xalq öz torpağına, institutlarına və kollektiv gələcəyinə nəzarət etmədiyi halda heç bir mənzil siyasəti ədalətli ola bilməz.

Paylaş:
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31