Göygöldə “Səhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib
19.05.2026 [16:11]
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Dozular kənd ərazi partiya təşkilatında “Səhərsalma və Memarlıq İli” çərçivəsində "Türküstan Zirvə görüşü Türk Dövlətləri Təşkilatının (TDT) qlobal proseslərdə artan rolunu göstərdi"mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev müstəqil Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə olunan uğurlardan və Prezident İlham Əliyevin öz xalqı qarşısındakı xidmətlərindən söhbət açıb. Beynəlxalq nizamın ciddi sınaqlara məruz qaldığı bir dövrdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün mahiyyətindən danışıb, bu tədbirin vahid ailə olan Türk dünyasının XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməsi yolunda hədəflərə çatmaqda növbəti addım olacağını bildirib. Vüqar İsayev qeyd edib ki, Təşkilatın qeyri-rəsmi Zirvə görüşləri formatının ilk dəfə Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilməsi isə Təşkilat daxilində yeni siyasi arxitekturanın və fəal dialoq mühitinin formalaşması baxımından mühüm mərhələ kimi qiymətləndirilir. 2024-cü ildən artıq ənənə halını almış qeyri-rəsmi Zirvə görüşləri ölkələrimiz arasında siyasi həmrəyliyi möhkəmləndirməklə bərabər, strateji koordinasiyanın daha sıx və vahid çətir altında aparılmasına güclü təkan verir. Müzakirə edilən mövzuların aktuallığı ilə fərqlənən Türküstan Zirvə görüşünün isə Azərbaycan üçün əhəmiyyəti misilsizdir. Bu görüş Azərbaycanın həm regional liderliyini, həm də Türkdilli dövlətlərlə strateji müttəfiqliyini dünyaya nümayiş etdirmək üçün ən effektiv kürsü rolunu oynadı.
Tədbirdə partiya fəalı Nurlana Məmmədovanın "Türküstan Zirvə görüşü Türk Dövlətləri Təşkilatının (TDT) qlobal proseslərdə artan rolunu göstərdi" mövzusunda məruzəsi dinlənildikdən sonra natiqlərdən Xaləddin Atakişiyev və digərləri çıxış edərək Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın gücünün, qüdrətinin və beynəlxalq nüfuzunun artdığını vurğulayıblar və Bakının Avropanın enerji təhlükəsizliyindəki rolundan, Orta dəhlizin reallaşmasındakı mövqeyindən, Zəngəzur dəhlizinin açılmasıının regionda dayanıqlı sülhün bərqərar olmasını təmin edəcəyindən danışıblar və Türk Dövlətləri Təşkilatının keçirdiyi görüşlərin sadəcə görüşlər silsiləsi deyil, bəşəriyyətin üzləşdiyi çoxşaxəli böhranlardan çıxış yolu axtaran "ortaq ağıl" platforması olduğunu bildiriblər.
Sonra təşkilati məsələyə baxılıb və Mehdiyev Anar Mehdi oğlu oğlu ərazi partiya təşkilatının sədri, Nəbiyev Elnur Cavid oğlu sədr müavini seçilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev yeni seçilən şəxsləri təbrik edib, qarşıda duran mühüm vəzifələrlə bağlı dəyərli tövsiyələr verərək, fəaliyyətlərində uğurlar arzulayıb. Ərazi Partiya təşkilatına seçilmiş sədr və sədr müavini onlara göstərilən yüksək etimada görə minnətdarlıqlarını bildirərək, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

