Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İstanbul “Dünya konqres şəhərləri reytinqi”nə görə son on ilin ən yaxşı nəticəsini əldə edib

İstanbul “Dünya konqres şəhərləri reytinqi”nə görə son on ilin ən yaxşı nəticəsini əldə edib

19.05.2026 [23:15]

Ötən il 95 irimiqyaslı tədbirə ev sahibliyi edən İstanbulda “Dünya konqres şəhərləri reytinqi”nə görə sahə üzrə son on ilin ən yaxşı nəticəsi əldə edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “GlobeWatch 2025” Beynəlxalq Konqres və Toplantılar Birliyinin (ICCA) ölkələr və şəhərlər reytinqinin hesabatında bildirilir.

Hesabata görə, şəhərdə keçirilən konqreslərin sayı və dünya reytinqindəki mövqeyi 2022-ci ildən etibarən fasiləsiz yaxşılaşma nümayiş etdirib. Şəhər 2025-ci ildə 95 konqreslə 18-ci yerə yüksələrək son on ilin ən yüksək göstəricisini əldə edib.

Qeyd edək ki, “Dünya konqres şəhərləri reytinqi”nə Lissabon başçılıq edib. Paris ikinci, Barselona isə üçüncü yerdə qərarlaşıb.

Ölkələr üzrə reytinqdə isə ABŞ liderliyini qoruyub saxlayıb. İtaliya ikinci, Almaniya isə üçüncü yerdədir.

Paylaş:
Baxılıb: 69 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31