Avropa divarlarına çırpılan miqrant seli
13.11.2021 [09:07]
Avropa İttifaqı dilemma qarşısında - miqrant problemi yenidən aktuallaşır
Polşa-Belarus sərhədində baş verənlər: Aİ-yə təzyiq, yoxsa rəsmi Varşavanın “pul tələsi”?
Bir neçə gündür ki, Belarus-Polşa sərhədində davam edən miqrant gərginliyi pik həddə çatmaqdadır. Yüzlərlə qaçqından ibarət qruplar Belarus sərhədindən Polşaya keçmək istəyir. Yaranan problemdən çıxış yolu tapmayan Polşa isə hələ də “ittiham etməyə” ünvan axtarışındadır. Bir neçə gün öncə miqrantların Polşa sərhədinə “daşınmasında” Türk Hava Yolları günahlandırılıb. “Blumberq” agentliyinin məlumatına görə, Avropa Birliyi miqrant böhranı ilə bağlı Belarusa, eləcə də, miqrantların daşınmasında adı hallanan Türk Hava Yollarına sanksiya tətbiqi ilə bağlı müzakirələr belə aparır.
Məsələ ilə bağlı Polşanın cavabı isə Türkiyə XİN-indən gəlib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu polşalı həmkarı Zbiqnev Rau ilə telefon danışığında bildirib ki, Türkiyə Belorusa miqrant daşımır və rəsmi Ankara yaranmış miqrant böhranının səbəbkarlarından deyil, amma ölkənin adı bu məsələdə hallandırılır. Çavuşoğlu Türkiyə və Türk Hava Yolları ilə bağlı əsassız ittihamları rədd edib.
Qeyd edilməlidir ki, üç gündür Belarusun Qrodno şəhərindəki Bruzgi sərhəd keçidində gözləyən miqrantların əksəriyyəti İraqdan viza alaraq Belarusa gələn, oradan isə Polşaya keçən İraq, Əfqanıstan, Suriya qaçqınlarıdır. Yəni burada Türkiyənin günahlandırılması məntiqsiz olduğu qədər qərəzlidir. Əslində, yaranan problemin kökündə məhz Avropa Birliyinin miqrantlara qarşı laqeyd münasibəti dayanır. Belə ki, Avropa İttifaqı ölkələrinə 2015-ci ildə başlayan sonuncu böyük miqrasiya dalğası Əfqanıstan, Afrika və Yaxın Şərqdən qaynaqlanıb. Son illərin əsas köç marşrutu Aralıq dənizi və ya Balkan ölkələrindən keçib. 2015-ci ilin aprelində Aralıq dənizində qaçqınları daşıyan 5 gəminin batması və 1200 nəfərin həlak olmasıyla miqrant böhranı Aİ-nın əsas problemlərindən birinə çevrilib. Başda Macarıstan olmaqla, Sloveniya və Slovakiya kimi Mərkəzi Avropa ölkələri Brüssellə konfliktdən çəkinmədən öz sərhədlərinə tikanlı məftillər çəkdilər. Avropa İttifaqı isə Avropa Sərhəd və Sahil Mühafizə Təşkilatının (“Frontex”) köməyilə böhrana qarşı tədbirlər görməyə çalışdı. Əsas hədəf Aralıq dənizindən qanunsuz keçidlərə mane olmaq idi. “Frontex” Balkan ölkələrində də qabaqlayıcı tədbirlər gördü. Yunanıstan-Türkiyə və Bolqarıstan-Türkiyə sərhədlərində keçidləri qismən bağlayan divarlar ucaldıldı, tikanlı məftillər çəkildi. Adalardakı keçidlərə nəzarət etmək üçün Aİ fondları ilə sahil mühafizə bölmələri yaradıldı və zamanla bu bölmələr genişləndirildi. Ən mühüm hadisə isə 2016-cı il martın 18-də baş verdi - Aİ və Türkiyə arasında imzalanmış “Mühacir müqaviləsi” qüvvəyə mindi. Bu razılaşma Türkiyə ərazisinə daxil olmuş təxminən 3 milyon qaçqına ev və yaşayış imkanları verməklə, Türkiyə üzərindən Aİ-na qaçqın axınının qarşısını aldı. Amma Aİ-nin öz öhdəliyini yerinə yetirməməsi, Türkiyəyə ayrılacaq məbləği tam şəkildə ödəmədi. Belə olan halda isə, miqrant axını yenidən üzü Avropaya tərəf istiqamət aldı.
2020-ci ildən “marşrut” artıq Turkiyədən deyil, Aralıq dənizindən şimala - Belarusa doğru yönəldi. Türkiyə sərhədindən Avropaya keçə bilməyənlər yeni - tikanlı məftili olmayan, hörülməyən divarlardan ibarət sərhədlərə tərəf can atmağa başladılar. Təbii ki, Polşa və Baltik respublikaları təcili tədbirlər görməklə yanaşı, Aİ-dən də 407 milyon dollar “maliyyə köməyi” aldılar.
Aİ hazırda özünün mühacir siyasətində dəyişiklik etdiyini bildirsə də, artıq gecdir. Dörd ölkənin - Çexiya, Macarıstan, Slovakiya və Polşanın rəsmi Brüsselin qəti mövqeyinə qarşı çıxaraq qaçqınları qəbul etməyəcəklərini bildirməsi hazırki problemin qızışmasına yol açıb.
Məsələ ilə bağlı yayılan ən son məlumata əsasən isə, artıq Polşa-Belarus sərhədi “aşılıb”. Sputnik Belarus xəbər verir ki, bir qrup miqrant Bruzgi keçid məntəqəsində tikanlı məftilli hasara zərər vuraraq Polşa ərazisinə keçib. Polşa polisi isə hər şeyi videoya çəkib. Göründüyü kimi, problemin miqyası get-gedə böyüməkdədir. Belarusun BMT-dəki daimi nümayəndəsi Valentin Rıbakov bildirib ki, Polşa və Litva sərhəddəki miqrantlarla bağlı vəziyyətdən Avropa İttifaqından əlavə maliyyə almaq, habelə onların əhəmiyyətini, Avropa və beynəlxalq siyasətdə rolunu artırmaq üçün istifadə edir.
Almaniya kansleri vəzifəsini icra edən Angela Merkel isə Belarus hakimiyyətini miqrantlardan Aİ-yə qarşı “silah” kimi istifadə etməkdə ittiham edib. Estoniya, Fransa və İrlandiya, Norveç, Böyük Britaniya, eləcə də Albaniya və ABŞ BMT Təhlükəsizlik Şurasına birgə bəyanat yayaraq Minski sabitliyi pozmaq üçün miqrantlardan istifadə etməkdə ittiham edib. Onlar Minskin hərəkətlərinə beynəlxalq reaksiya verməyə çağırıb.
S.İsmayılzadə
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25

