Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müdafiə Nazirliyi: "Ermənistanın hücumu tam iflasa uğrayıb, sərhəddə vəziyyət gərgin olaraq qalır" - VİDEO

Müdafiə Nazirliyi: "Ermənistanın hücumu tam iflasa uğrayıb, sərhəddə vəziyyət gərgin olaraq qalır" - VİDEO

16.11.2021 [16:01]

"Son dövrlərlə müqayisədə erməni təxribatları bu gün daha da intensivləşib".

"Report" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı keçirilən brifinqdə deyib.

Nazirlik rəsmisi bildirib ki, Ermənistan tərəfi qəfil hərbi əməliyyatlara başlayıb: "Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur".

O qeyd edib ki, xeyli sayda silah-sursat hərbi qənimət kimi ələ keçirilib: "Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır".


Paylaş:
Baxılıb: 703 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31