Ermənistan bu təxribatları bir daha təkrarlamayacaq
18.11.2021 [10:12]
Əks halda pis nəticələrlə qarşılaşacaq
Ermənistanın siyasi hərbi rəhbərliyi öz revanşist ideyasından əl çəkmir. Onlar yekun sülhün bərqərar olmasını və ərazilərin beynəlxalq sərhədlərinin tanınmasını istəmirlər. Bu fikirləri Ermənistan-Azərbaycan sərhədində baş verən təxribatla bağlı “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, “Qarabağa dönüş” ictimai birliyinin sədri Tural Gəncəliyev deyib: “Ermənistanın hərbi qüvvələri təxribat törədib. Təəssüf ki, şəhidlərimiz var. Ölkəmizin ali rəhbərliyi dəfələrlə bildirib ki, biz Ermənistanla qarşılıqlı sərhədlərin tanınmasına hazırıq. Ancaq Ermənistan istər bu məsələləri, istərsə də üçtərəfli sazişin şərtlərindən irəli gələn heç bir məsələni qəbul etmək istəmir. Nəticədə dünənki təxribat xarakterli hərəkətlərin şahidi oluruq. Azərbaycan Ordusu öz suveren ərazilərində düşmənə qarşı təxribatın qarşısını alır və öz vəzifəsini layiqincə yerinə yetirir. Qarabağdan seçilən deputat kimi ümidvaram ki, Ermənistan bu hərəkətləri bir daha təkrarlamayacaq. Təkrarladığı təqdirdə öz ölkəsi üçün pis nəticələrlə qarşılaşacaq”.
“Dağlıq Qarabağ” ifadəsi süni anlayışdır
Vətən müharibəsindən sonra bəzi xarici KİV-lərdə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi ilə bağlı sualımızın cavabında ictimai birliyin sədri bildirdi ki, “Dağlıq Qarabağ” ifadəsi süni bir anlayışdır: “Müharibədən sonra biz Dağlıq Qarabağ ifadəsini işlətmirik. Beynəlxalq təşkilatlara və ictimaiyyətə bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsi var. Qarabağ iqtisadi zonası da müvafiq sərəncamla qanunda öz əksini tapdı. Hesab edirəm ki, bu ifadədən ya savadı olmayanlar, ya da qəsdən erməni dəyirmanına su tökən insanlar istifadə edirlər. Bu, həmin şəxslərin post- müharibə dövrünün reallığını dərk etməməsi ilə bağlıdır”. O, qeyd edib ki, Dağlıq Qarabağ ifadəsi bloklanmalıdır. “Qarabağın coğrafi tarixi böyük əraziləri əhatə edib. Qarabağ təkcə 1923-cü ildə yaradılmış qondarma Dağlıq Qarabağ muxtar vilayətindən ibarət deyil, Qarabağ böyük bir ərazini əhatə edir. Qədim tarixçilərin əsərlərində Qarabağın bir ucu tarixi torpaqlarımız olan Zəngəzura qədər uzanırdı. Ona görə də, bu ifadə XX əsrin 20-ci illərində ortaya atılmış süni bir anlayışıdır”, - deyə deputat vurğulayıb.
“Düşmən dezinformasiyadan istifadə edərək informasiya müharibəsində bizi üstələyir”
Cəbhədə müharibə bitsə də, informasiya savaşı davam edir. Və bu savaşda Azərbaycan öz sözünü deyib. Lakin bəzi hallarda düşmənin informasiya imkanlarının bizi üstələdiyinin şahidi oluruq. Bu məsələ ilə bağlı fikirlərini qəzetimizə açıqlayan Tural Gəncəliyev bildirdi ki, rəhbəri olduğu ictimai birlik Qarabağa dönüş ictimai birliyində informasiya müharibəsi ilə bağlı təlimlər keçirir. Sosial mediada aktiv olmaq istəyən gənclər müraciət edə bilərlər. Deputat bildirib ki, xüsusilə xarici dil biliyi olan gənclər sosial medianın texniki imkanlarından düzgün istifadə qaydasını öyrənməlidirlər: “Yaxın aylar ərzində ofisdə təlimlərə başlamışıq. Gənclərə informasiya müharibəsi ilə bağlı öz tövsiyələrimizi verəcəyik. Təəssüf ki, düşmən hiylə yolu ilə, dezinformasiyadan istifadə edərək bizi üstələyir. Bunun qarşısını almaq isə öz əlimizdədir”.
Günel
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

