İran Azərbaycanı seçdi: əməkdaşlığın yeni mərhələsi
24.11.2021 [10:27]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfər edib. Səfər zamanı keçirilən görüşlərdə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin, neft-qaz, turizm, nəqliyyat, energetika, tranzit daşımaları, birgə sənaye və investisiya layihələri, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın əhəmiyyətindən bəhs olunub. Görüşlər zamanı, həmçinin regiondakı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ekspertlərin qənaətinə əsasən, müzakirə olunan məsələlər, səsləndirilən fikirlər hər iki tərəfin çoxşaxəli münasibətlərin inkişafında maraqlı olduğunu və əməkdaşlığın yeni mərhələsinə start verildiyini göstərir. Xüsusilə də, siyasi ekspertlər qeyd edirlər ki, bir müddət əvvəl müşahidə edilən gərginlikdən sonra Tehranın ölkəmizə münasibətdə yeni yanaşma ortaya qoyması bir reallığı ifadə edir: İran Azərbaycanı seçdi və əməkdaşlığın yeni mərhələsi üçün mühüm imkanlar, zəruri şərtlər formalaşır. Bəs yeni şərait iki ölkə arasında xüsusilə iqtisadi münasibətlərin inkişafı və regional əməkdaşlıq baxımından nə vəd edir?
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov iki ölkə arasında olan münasibətlərin hazırkı gedişatından bəhs edib: “Ölkələr arasında siyasi münasibətlərin istiləşməsi və yaxud gərginləşməsi onların iqtisadi və ticari əlaqələrinə ciddi təsir göstərir. İran və Azərbaycan arasında bir müddət əvvəl yaranmış gərgin ab-hava indi artıq istiləşmək üzrədir. İran və Azərbaycan rəsmilərinin sözügedən görüşü iki ölkə arasında olan münasibətlərin təbii olaraq yaxınlaşmasına, eyni zamanda iqtisadi əlaqələrin daha da artmasına, ticari dövriyyənin yüksəlməsinə xidmət etmiş olacaq”.
Ekspert, həmçinin vurğulayıb ki, İran və Azərbaycanın ticarət əlaqələrindən daha çox faydalanan ölkə İrandır. Belə ki, ticari dövriyyənin böyük hissəsi İranın bizə mal ixracı üzərində formalaşıb:
“Statistikaya nəzər salsaq, görərik ki, 2020-ci ildə İran və Azərbaycan arasında olan ticarət dövriyyəsinin həcmi 340 milyon dollar olmuşdur. Bu da 2019-cu illə müqayisədə kifayət qədər aşağı göstəricidir. Çünki 2019-cu ildə olan göstərici təxminən 500 milyon dollara çatırdı, bu isə yarım milyardlıq vəsait deməkdir.
Ümumi ticari dövriyyənin həcmi artanda İranda bu göstərici daha yüksək olacaq. Çünki hazırda İran Azərbaycan xarici ticarət dövriyyəsində təxminən 2%-lik paya sahibdir və bu faizlə təxminən 15-ci yerdədir. Ümumiyyətlə, iki ölkə arasındakı ticarət dövriyyəsinin böyük hissəsini İran təşkil edir. Təxminən hər 10 manatın 9 manatı İranın satdığı məhsulun payına düşür. Bu da 340 milyon dollarlıq ticari dövriyyədə 300 milyon dollarlıq məhsulun məhz İran tərəfindən Azərbaycana satılması, Azərbaycanın isə təxminən 40 milyon dollarlıq məhsulun İrana ixracatını təşkil edir”.
“Düşünürəm ki, Azərbaycan-İran münasibətlərində pandemiya səbəbindən azalan ticari dövriyyənin 2017-ci ildən artan dinamika üzrə inkişafı gələcəkdə də davam edəcək.
Perspektivdə İran-Azərbaycan münasibətlərinin daha da inkişaf edəcəyi qaçılmazdır. Çünki sülh müqaviləsi imzalandıqdan sonra Zəngəzur dəhlizi ilə Ermənistan Azərbaycan ərazisindən İranla da əlaqə saxlayacaq və bu da 3+3 formatında iqtisadi tərəfdaşlığın formalaşacağına gətirib çıxaracaq” - deyə ekspert bildirib.
Nicat Dilqəmli
Xəbər lenti
Hamısına baxSosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45

