Lissabon sammiti: Azərbaycanın diplomatik qələbələrinin başlanğıcı
03.12.2021 [23:28]
Levon Ter-Petrosyan: Diplomatik uğursuzluqlarımızın bünövrəsi məhz Lissabon sammitində qoyuldu
Nurlan QƏLƏNDƏRLİ
Azərbaycanın tarixi ədaləti və öz ərazi bütövlüyünü təmin etməsinin əsasında duran mühüm amillərdən biri uğurlu diplomatiyanın həyata keçirilməsidir. Doğrudur, Azərbaycan Ordusu 44 günlük müharibədə - döyüş meydanında işğalçıları darmadağın edərək - əzici məğlubiyyətə uğradaraq torpaqlarımızı azad etdi. Amma ayrıca qeyd etmək lazımdır ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması bütün cəbhələrdə, o cümlədən diplomatiya müstəvisində məqsədyönlü fəaliyyətin nəticəsidir. Uğurlu xarici siyasət kursunun, dərin strateji diplomatiyanın həyata keçirilməsi, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində güclü dostluq və tərəfdaşlıq əlaqələrinin formalaşdırması, müttəfiqlərinin sayının artması və digər bu kimi amillər Azərbaycanın daha da güclənməsini, öz ərazi bütövlüyünü - tarixi ədaləti bərpa etməsini mümkün edib. Bu işdə beynəlxalq tribunalardan Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının müstəsna yeri və rolu var. İstər Ümummilli Lider Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olublar ki, bu da ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin edib. Bu baxımdan, 2-3 dekabr 1996-cı il tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində Azərbaycanın mühüm nailiyyətini xüsusi vurğulamaq gərəkdir. Ekspertlər haqlı olaraq Lissabon sammitini diplomatik qələbələrin başlanğıcı kimi dəyərləndirirlər. Bu baxımdan, bir neçə məqama xüsusi diqqət yetirmək məqsədəmüvafiq olar.
Bəhs olunan zirvə görüşündə çıxış edən Ümummilli Lider Heydər Əliyev Ermənistanın işğalçılıq siyasətini kəskin pisləmiş, bu ölkənin əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı öz əlinə keçirmək məqsədi ilə respublikamıza qarşı təcavüz etdiyini, bunun nəticəsində Azərbaycan ərazisinin iyirmi faizinin işğal olunduğunu qətiyyətlə vurğulamışdı: “Bizim vətəndaşlarımızın iyirmi min nəfərdən çoxu öldürülmüş, yüz min nəfərdən çoxu yaralanmış və ya əlil olmuş, altı min nəfəri əsir düşmüşdür. Bir milyondan çox azərbaycanlı, yəni ölkəmizin əhalisinin təqribən on beş faizi qaçqına çevrilmişdir. Dörd ildir ki, onlar qışı çadır şəhərciklərində dözülməz şəraitdə keçirməli olurlar. İşğal olunmuş ərazilərdə 700-ə qədər şəhər və kənd, habelə xəstəxana, məktəb, yaşayış evi, Azərbaycan xalqının tarix və mədəniyyət abidələri dağıdılmış, yandırılmış, talan edilmişdir”.
Lissabon sammitinin yekun sənədində münaqişənin həllinin əsasını təşkil etməli olan prinsipləri tövsiyə edilmiş, ATƏT-in 54 üzv dövləti arasında bu təklifin əleyhinə səs verən yeganə dövlət Ermənistan olmuşdu. Yəni Ermənistan konsensus prinsipindən sui-istifadə edərək zirvə toplantısının bəyannaməsində öz əksini tapmış müddəalardan birinə - münaqişənin həlli prinsiplərini özündə ehtiva edən 20-ci maddəyə veto qoymuşdu. Ulu Öndər Heydər Əliyev isə həmin maddənin bəyanatın mətnindən çıxarılmasına qəti etirazını bildirərək sammitin bütün sənədlərinə veto qoyacağını bəyan etmişdi. Uzun və gərgin müzakirələrdən sonra 20-ci maddədə öz əksini tapmış bütün prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatında təsbit olunması barədə konsensus əldə edilmişdi. Bəyanatda deyilirdi: “Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin tərkib hissəsi olacaq 3 prinsipi tövsiyə etmişlər. Bu prinsipləri Minsk qrupunun üzvü olan bütün ölkələr müdafiə edirlər”. Burada münaqişənin həlli məsələsi ilə əlaqədar Azərbaycanın milli mənafelərinə uyğun məsələlər və ölkəmizin ərazi bütövlüyünə qətiyyətli dəstək öz əksini tapmışdı. Ulu Öndər sammitdən sonra bəyanatla çıxış edərək vurğulamışdı ki, sədrin bu bəyanatı Ermənistandan savayı, bütün sammit iştirakçılarının - ATƏT üzvlərinin iradəsinin ifadəsi olmuşdur: “... Biz ondan razıyıq ki, Flavio Kottinin bu bəyanatı, Ermənistan istisna olmaqla, ATƏT-in bütün üzvləri adından verilmişdir”.
Beləliklə, Ulu Öndər Heydər Əliyev Azərbaycanın siyasi iradəsini, diplomatik gücünü bütün dünyaya, o cümlədən işğalçı Ermənistana göstərmişdi. Hətta o zaman işğalçı ölkənin prezidenti olan Levon Ter-Petrosyan Lissabon sammitinin nəticələrindən bəhs edərkən bu zirvə görüşünü Azərbaycanın diplomatik nailiyyəti və üstünlüyü kimi xarakterizə etmişdi. O, “diplomatik uğursuzluqlarımızın bünövrəsi məhz Lissabon sammitində qoyuldu”,- deyə vurğulamışdı. Həmin L.Ter-Petrosyan bu gün Azərbaycanın tarixi ?ələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etməsi və yeni reallıqlar yaratması fonunda növbəti gerçəkliyi diqqətə çatdıraraq “Bütün dünya Qarabağı Azərbaycanın hissəsi hesab edir. O, yalnız ərazisini bərpa etdi, heç kim Azərbaycanı ittiham etmədi. Bu dünyanın qanunu belədir. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi”, -deyə bildirir!
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30

