/ / Naxçıvanda milli mətbuat günü "Şərq qapısı" qəzetinin redaksiyasının, "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyinin yeni binasının və mətbəənin açlışı ilə qeyd edilib
Naxçıvanda milli mətbuat günü "Şərq qapısı" qəzetinin redaksiyasının, "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyinin yeni binasının və mətbəənin açlışı ilə qeyd edilib
23.07.2010 [03:02]
Rəmzi açılışı bildirən lent kəsildikdən sonra yeni binanın iclas zalında milli mətbuatımızın 135 illiyinə həsr olunmuş tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yubiley münasibətilə Muxtar Respublikanın bütün mətbuat işçilərini səmimi qəlbdən təbrik edərək deyib: “Əkinçi”nin ictimai düşüncəyə gətirdiyi ən böyük yenilik, şübhəsiz ki, millət naminə fəaliyyət olmuşdur. Bu gün qətiyyətlə demək mümkündür ki, Azərbaycan jurnalistikası “Əkinçi” qəzeti sayəsində ictimai fikir institutuna çevrilə bilmiş, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Münbit Azərbaycan ictimai mühitinə səpilən “Əkinçi” toxumu yeni pöhrələr vermiş, məhz bu hesaba milli ziyalılarımızın böyük bir nəsli yetişərək formalaşmışdır. Bu amili yüksək dəyərləndirən ümummilli liderimiz Heydər Əliyev demişdir: “Əsası Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə qoyulmuş, şərəfli tarixə və zəngin ənənələrə malik milli mətbuatımız Azərbaycan ictimai fikrinin inkişafında, xalqımızın milli-mənəvi təkamülündə mühüm rol oynamışdır. Milli-azadlıq hərəkatının daim ön sıralarında getmiş Azərbaycan jurnalistikası cəmiyyət qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi və həlli işinə əhəmiyyətli töhfələr vermişdir”.
Ali Məclisin sədri qeyd edib ki, milli mətbuatımızın və jurnalistikamızın yolu hamar olmayıb, xalqın oyanışını, milli ruhun və yaddaşın bərpasını qarşısına məqsəd qoyan əksər qəzet və jurnallarımız ağır senzura şərtləri altında nəşr olunub, qısa müddətdən sonra fəaliyyətləri dayandırılıb.
Azərbaycanda azad və müstəqil mətbuatın yaradılması ümummilli lider Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx şəkildə bağlıdır. Ulu öndərimiz kütləvi informasiya vasitələrinin roluna böyük əhəmiyyət verib, ölkəmizdə jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaradıb.
Kütləvi informasiya vasitələrinin dövlət qayğısı ilə əhatə olunması ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Mətbuat orqanlarının əlavə dəyər vergisindən və keçmiş borclarından azad olunması, kütləvi informasiya vasitələrinin inkişafının stimullaşdırılması, mətbuat işçilərinin mükafatlandırılması dövlət orqanları ilə mətbuat arasında qarşılıqlı inam və etimad körpüsünün yaranmasına səbəb olub. ölkəmizdə söz, fikir və məlumat azadlığının təmin edilməsi, tam sərbəst şəraitdə yüzlərlə qəzet və jurnalın nəşri, mətbu fəaliyyətin maneəsiz həyata keçirilməsi yaradılmış şəraitin, mətbuata dövlət qayğısının əyani ifadəsidir.
1993-cü ildən ötən dövrdə ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı 36 Qanun, Fərman və Sərəncam qəbul olunub, qanunçuluq bazasının təkmilləşdirilməsi mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə də imkan yaradıb.
Ali Məclisin sədri mətbuat orqanlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunması prinsipinin Naxçıvan Muxtar Respublikasında da ardıcıl şəkildə həyata keçirildiyini bildirib. Qeyd olunub ki, hal-hazırda Muxtar Respublikanın kütləvi informasiya vasitələrində 400-ə yaxın işçi çalışır. Onların fəaliyyəti gündəlik həyatımızda hiss olunur. Aydın məsələdir ki, bu fəaliyyət kifayət qədər çətin və məsuliyyətli iş sahəsinə aiddir. Jurnalistika doğrunu, həqiqəti əks etdirmək, onu olduğu kimi başqasına, cəmiyyətin digər üzvlərinə çatdırmaq sənətidir. Bu yolda fərqlənənlərin əməyi layiqincə qiymətləndirilib, Muxtar Respublika jurnalistlərindən 2 nəfəri Prezidentin fərdi təqaüdünə layiq görülüb, 7 nəfər müxtəlif orden və medallarla, 28 nəfər isə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adları ilə təltif olunub.
Bildirilib ki, milli demokratik mətbuatın “Əkinçi” qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri - maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli dəyərlərlə üzvi vəhdəti, hadisələrin obyektiv işıqlandırılması kimi vacib məsələlər bu gün də aktualdır. Bu mənada Muxtar Respublika mətbuatı bir daha “Əkinçi” qəzeti ilə başlanan ənənəyə qayıtmalı, daha çox informasiya-maarifçilik işi görməlidir.
Mətbuat orqanları, jurnalistlər keçmiş tarixlə yanaşı, bu gün gedən proseslərə də diqqəti artırmalı və müasir dövrün tarixini yaratmalıdırlar.
ölkə rəhbəri cənab İlham Əliyev Azərbaycan mətbuatının qarşısında duran vəzifələrdən danışaraq deyib: “Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında... mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir”.
İnanırıq ki, mətbuat orqanlarımız ölkə rəhbəri tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində səylərini bir daha artıracaq, informasiya cəmiyyətinin formalaşmasına öz töhfələrini verəcəklər.
Sonra “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin iş otaqlarına, xidmət sahələrinə və mətbəəyə baxış olub. Yeni mətbəənin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb, burada ən müasir avadanlıq yerləşdirilib.
Ali Məclisin sədri idarəetmə düyməsini basaraq mətbəəni işə salıb, texnoloji prosesləri izləyib. “Şərq qapısı” qəzetinin ilk rəngli nüsxəsi çap olunub.
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

