Brayzanın qiyməti və ya ABŞ Konqresinin ucuz şousu...
06.08.2010 [09:55]
Məlum olduğu kimi, uzun müddətdir boş qalmış ABŞ-ın Azərbaycandakı səfiri postuna hamımıza yaxşı tanış olan Mətyu Brayzanın namizədliyi irəli sürülüb. Amma bu namizədliyin təsdiqi Birləşmiş Ştatlardakı bürokratik prosedurlara bağlı olaraq, ləngiyir. Təbii ki, ABŞ kimi bir ölkənin belə xırda proseduru bu qədər uzatması və adi təyinat məsələsini şouya çevirməsi müsbət qarşılanmır. Nəzərə almaq lazımdır ki, söhbət heç də ölkəyə rəhbər seçilməsindən, ya da ən azından vitse-prezident, dövlət katibi təyinatlarından getmir. Bəs onda, bu şouya nə ehtiyac var? Bəlkə ABŞ belə süni şoularla cənab Brayzanın qiymətini bahalaşdırmaq istəyir? Əgər niyyət budursa, onda okeanın o tayındakılar buna ehtiyac olmadığını anlamalıdırlar. çünki xalqımız Mətyu Brayzanın tərcümeyi - halına yaxşı bələddir. Elə yaxşı bələd olduğu üçün də onun ölkəmizə səfir təyin olunması heç də Azərbaycan ictimaiyyətinin arzuladığı bir hadisə sayılmayacaq. Bunun da səbəbləri var.
Əvvəla, Mətyu Brayzanın nə dövlət katibinin müavinin köməkçisi, nə də ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətini xalqımız yüksək qiymətləndirib. Əksinə, bir çox hallarda onun davranış və bəyanatları ciddi narazılıqla qarşılanıb. Amerikalı diplomatın müxtəlif dövrlərdə səsləndirdiyi təxribat xarakterli bəyanatlar günlərlə ölkə mediasında müzakirə olunub. O, vaxtaşırı duruma görə dəyişən bəyanatlar verib, fikirlər səsləndirib, sonra bir müddət ortalıqdan yoxa çıxıb, daha sonra isə peyda olaraq dediklərini təkzib edib. Hətta bütün yanlış fikirlərinin tərcümə səhvi kimi ortaya çıxdığını da iddia edib. özü də bir və ya iki dəfə deyil, dəfələrlə. İnandırıcı deyil ki, ona sual verən, müsahibə götürən jurnalistlərin heç biri ingilis dilini bilmirdi. Bəlkə, Brayza dünyada heç kəsin başa düşmədiyi dildə danışırdı? Halbuki Brayza rus dilini mükəmməl bilirdi və Bakıda adətən ona suallar rusca verilirdi. Hər halda belə bir dil qrupunun olmadığı üçün ikinci variant ağlabatan deyil. Deməli, problem onun dili bilib - bilməməsindən qaynaqlanmırdı. Problem amerikalı diplomatın xarakterindən irəli gəlirdi.
İkincisi, istər Azərbaycana, istərsə də başqa bir ölkəyə göndərilən diplomatın kimliyindən asılı olmayaraq, onun yalnız bir vəzifəsi, bir missiyası olur - ABŞ-ın maraqlarını müdafiə etmək. Yəni, Brayzanın son nəticədə Azərbaycan dövlətinə deyil, ABŞ-a qulluq edəcəyi dəqiqdir. Ona görə də, Azərbaycana Brayzanın, ya da hansısa Conun, Mayklın səfir təyin olunması elə də böyük maraq kəsb etmir.
üçüncüsü, Brayza xalqımızın daha çox xatırladığı Minsk qrupunun həmsədri kimi fəaliyyətində də heç bir ciddi uğura imza atmayıb. Nə münaqişə sülh yolu ilə həllini tapıb, nə torpaqlar işğaldan azad olunub. Şübhəsiz ki, biz Brayzanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll edə biləcəyini düşünəcək qədər sadəlövh deyilik. Biz heç ABŞ-ın da tək başına Dağlıq Qarabağ münaqişəsini həll etməsini gözləmirik. çünki Vaşinqtonun belə bir niyyəti olmadığına adımız kimi əminik. Əksi olsaydı, ABŞ Ermənistana milyardlarla dollar yardım ayırmaz, erməni lobbisinin təsiri ilə qərarlar qəbul etməz, Dağlıq Qarabağdakı separatçı rejimlə mülayim davranıb, bu rejimin cinayətkar rəhbərlərinin Birləşmiş Ştatlara səfərlərinə viza verməzdi. O da başqa bir mövzudur ki, hətta ABŞ-ın istəyi olsa belə, regionda baş verən hadisələrin əsas iştirakçısı Rusiyadır və ABŞ bu regionda Rusiyanın maraqlarına zərbə vuracaq addımlar atmaq istəmir. Deməli, Brayzanın səfir göndərilməsi Azərbaycanın bir nömrəli probleminin həlli perspektivi baxımından da hansısa təsirli bir hadisə olmayacaq.
Bütün bu sadalanlar isə sadə bir məntiqi ortaya qoyur. Yəni, ABŞ-ın ölkəmizə kimi səfir təyin etməsi Azərbaycan xalqı üçün, elə böyük əhəmiyyət daşımadığı üçün bu, bizi narahat etmir. Əsas problem Vaşinqtonun bu məsələ ətrafında belə böyük bir ajiotaj yaradaraq, erməni lobbisinin arzusu ilə Azərbaycana təsir etmək istəklərinin özünü göstərməsidir. Yəni, əslində, məsələ, Brayza ilə bağlı deyil, söhbət erməni lobbisinin gücünü süni oyunlarla bizə qəbul etdirmək cəhdlərindən gedir. Sanki Azərbaycana guya erməni lobbisinin nə qədər güclü olduğunu, ABŞ üçün ermənilərin iradəsindən kənar, onların qarşı çıxdığı qərarların qəbulunun mümkünsüzlüyünü göstərməyə çalışırlar. Bütün bunların isə beynəlxalq diplomatiyada yalnız bir adı var - təzyiq göstərmək. Amma sırf bu məsələdən təzyiq vasitəsi kimi istifadə etmək yəqin ki, özünü super dövlət hesab edən ABŞ-a başucalığı gətirməz.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17

