Ermənistan ordusunda özbaşınalıq halları artıb
07.08.2010 [12:38]
Bu gün Ermənistanın ən problemli sahələrindən biri məhz ordudur. Erməni hərbi hissələrində baş verən qətl, özünəqəsd, fərarilik, “dedovşina” halları düşmən ordusunda mənəvi-psixoloji vəziyyətin gərginliyindən xəbər verir. Elə bu səbəbdəndir ki, erməni valideynlər hər cür vasitələrlə övladlarını ordudan yayındırmağa çalışırlar. Bu günlərdə işğal altındakı torpaqlarda yerləşən hərbi hissələrdən birində baş verən daha bir qanlı hadisə isə ölkə ictimaiyyətində növbəti dəfə ciddi narazılıqla qarşılanıb.
Belə ki, 22 yaşlı Yerevan sakini Arman Avakyan öz komandiri tərəfindən başından küt alətlə zərbə endirilərək öldürülüb. Bu hadisədən qəzəblənən əsgərin anası ikinci oğlunu hərbi xidmətə buraxmayacağını bildirərək digər valideynləri də eyni addımı atmağa çağırıb: “Erməni komandir erməni əsgəri öldürür. Heç bir qanun işləmir, cəza yoxdur. İndi oğlumu kimdən tələb edim? Kim uşağını ordudan yayındırırsa, düz edir. Mən onları övladlarını xilas etməyə çağırıram”.
Qeyd edək ki, bu, Ermənistan ordusunda son günlərdə baş verən yeganə belə hadisə deyil. Belə ki, bir müddət əvvəl baş verən başqa bir insidentdə zabitlər tərəfindən işgəncələrə məruz qalan əsgər dözməyərək silahı ilə 4 zabiti öldürmüş, sonda özü də həlak olmuşdu. Sadalanan hadisələr hər cür qanunlardan, nizam-intizamdan uzaq olan Ermənistan ordusunun real durumunu təsəvvür etməyə imkan verir. Araşdırmalar göstərir ki, təkcə əvvəlki illə müqayisədə ötən il Ermənistan ordusunda baş verən döyülmə, ölüm, intihar, fərarilik, rüşvətalma və digər hərbi cinayətlərin sayı təxminən 30 faiz artıb və bu proses günümüzdə də davam edir. Ekspertlərin fikrincə, erməni ordusunda qanunsuz halların artmasının əsas səbəbi hərbi hissələrdəki şəraitsizliyin hərbi heyətdə yaratdığı psixoloji zəiflik, hərbçilərin maddi durumunun aşağı olmasından irəli gələn stres, eləcə də, bütün ölkəni bürüyən özbaşınalıq, korrupsiya hallarının orduda da tüğyan etməsidir.
Ermənistan ordusunda qulluq etdiyi müddətdə saysız-hesabsız qanunsuzluq, özbaşınalıq, işgəncə halları ilə üzləşən əsgərlərin psixoloji durumunda baş verən dəyişikliklər xidməti başa vurduqdan sonra da uzun illər boyunca qalır ki, bu da bütövlükdə Ermənistan cəmiyyətindəki mənəvi-psixoloji mühitə mənfi təsir göstərir. Ermənistan ordusunda geniş vüsət alan “dedovşina” hallarını bu ölkənin özündə də etiraf edirlər. Məsələn, son günlərdə hərbçilər arasında baş verən qətl hadisələrinin səbəblərini izah etməyə çalışan erməni hərbi ekspert Arkadi Ter-Tadevosyan etiraf edib ki, “dedovşina” Ermənistan ordusu üçün xarakterik haldır: “Ermənistan ordusunda problemlər var və bu, bütün məsələlərin hələ də öz həllini tapmadığını göstərir... Odur ki, rəhbərliyin əsas məqsədlərindən biri “dedovşina” ilə mübarizə olmalıdır. Bizdə “dedovşina” var”...
Sözsüz ki, belə bir orduda döyüş ruhunun olması mümkün deyil. Bir tərəfdən, Ermənistanın iqtisadi durumundan irəli gələrək ordunun maddi təchizatının zəifliyi, hərbi hissələrdəki şəraitsizlik, digər tərəfdən isə, Azərbaycan əsgərlərinin yüksək döyüş ruhu erməni ordusunu daim psixoloji təzyiq altında saxlayır.
Ermənistan ordusunda xidmət göstərən hərbçilərin fiziki sağlamlıq durumu da olduqca ağırdır. Bunun əsas səbəbi şəxsi heyətə aşağı kalorili və keyfiyyətsiz qidanın verilməsidir. Eyni zamanda, hərbçilərin antisanitariya şəraitində fəaliyyət göstərməyə məcbur olması onların bir qisminin təhlükəli xəstəliklərə yoluxması ilə nəticələnir. Belə ki, hər il minlərlə hərbi qulluqçu yoluxucu xəstəliklər diaqnozu ilə hospitallara yerləşdirilir. Təkcə son iki-üç il ərzində Ermənistan ordusunun şəxsi heyəti arasında mədə-bağırsaq, dəri-zöhrəvi və dizenteriya xəstəliklərinin sayı 2 dəfədən çox artıb. Əgər nəzərə alsaq ki, Ermənistan və işğal olunmuş Azərbaycan torpaqlarındakı hərbi hissələrdə baş verən belə hadisələrin çox cüzi hissəsi ictimaiyyətə məlumdur, onda gerçək statistikanın göstərilənlərdən dəfələrlə yüksək olduğu qənaətinə gəlmək olar.
Hülya
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24

