İran naziri Bakıya hansı mesajla gəlib?
23.12.2021 [10:10]
Abdullahian: Tehran Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir
Nardar BAYRAMLI
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəmizə səfər edib. Səfir Bakıda jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan və İran arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün müxtəlif ideyalar var. Onun sözlərinə görə, İranla Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir: “Əlaqələrimizin yüksələn xətlə inkişaf etməsinə çox sevinirəm. Ötən üç ay ərzində azərbaycanlı həmkarımla çoxlu görüşlərim olub. Əməkdaşlığın inkişaf etdirilməsi üzrə yaxşı çərçivələr üzərində razılıq əldə etmişik. Bundan sonra iki ölkə arasında çoxlu sayda iqtisadi, ticarət və mədəni heyətlərin gediş-gəlişləri olacaq”.
Ümumiyyətlə, regional proseslər fonunda İranın xarici işlər nazirinin Azərbaycana səfəri maraq doğurur. İran Vətən müharibəsindən sonra regionda gündəmə gələn “3+3” platformasına dəstək verib. Bu yaxınlarda Moskvada həmin platformanı dəstəkləyən dövlətlərin rəsmi şəxslərinin toplantısı keçirilib. İranın nümayəndəsi də həmin görüşdə iştirak edib. Eyni zamanda, bu ölkə Zəngəzur dəhlizinin açılmasını da dəstəkləyir.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölkəmizə səfərinin əhəmiyyətinə toxunan politoloq Yalçın Hacızadə qəzetimizə açıqlamasında bildirib ki, İranın xarici işlər nazirinin ölkəmizə səfəri əlbəttə ki, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbədən sonra yaranmış yeni regional siyasi vəziyyətin müzakirəsi ilə bağlıdır. Onun sözlərinə görə, son zamanlar İran və Azərbaycan rəsmiləri arasında görüşlər intensivləşib: “Keçən ay İqtisadi Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Aşqabadda keçirilən sammitində Prezident İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi arasında müsbət və konstruktiv görüş olmuşdu. Bir neçə gün bundan öncə də hər iki ölkənin xarici işlər nazirləri İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin İslamabad şəhərində keçirilən iclasında görüşdülər. İranın xarici işlər nazirinin Bakıya bu səfərində də heç şübhəsiz, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı perspektivləri müzakirə olunacaq. Əsas müzakirə olunacaq məsələlər “”3+3” formatı, Zəngəzur dəhlizi ilə bağlı məsələlər, İran enerji resurslarının Azərbaycan vasitəsilə dünya ölkələrinə çıxışının təmin olunması kimi vacib mövzulardır”.
Politoloq hesab edir ki, region ölkələri bölgənin münaqişələrdən yorulduğunu görür, çoğrafi imkanlarından yararlanaraq inkişafa, iqtisadi-siyasi əlaqələrin artırılmasına maraq göstərirlər: “İranın regionda yaranmış yeni situasiyadan formalaşan narahatlığı artıq arxada qalıb. O da digər ölkələr kimi çəkiləcək və mövcud nəqliyyat vasitələrindən istifadə edərək Şimal-Cənub, Şərq-Qərb kommunikasiya sistemlərinə qoşula biləcək. İran bu dəhlizlər vasitəsilə istehsal etdiyi məhsulları Azərbaycan, Türkiyə və Avropaya rahat şəkildə nəql etmək imkanı əldə edəcək. Əlbəttə, bütün bunlar regionun təhlükəsizliyi, əməkdaşlığın inkişafının əsas elementləridir. Regionda yaranmış yeni vəziyyətlə bağlı İran-Azərbaycan münasibətlərində heç bir gərginlik və anlaşılmazlıq yoxdur və belə səfərlər əlaqələrin inkişafı baxımından çox vacibdir. Xatırladım ki, yaxın vaxtlarda Tehranda Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin iştirakı ilə görüş nəzərdə tutulub”.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40

