/ / Yeni Azərbaycan Partiyası təbii fəlakətlə əlaqədar Pakistan dövlətinə və xalqına başsağlığı verib
Yeni Azərbaycan Partiyası təbii fəlakətlə əlaqədar Pakistan dövlətinə və xalqına başsağlığı verib
19.08.2010 [09:03]
Dünən Milli Məclisin bir qrup deputatı Pakistan İslam Respublikasında baş vermiş təbii fəlakətlə əlaqədar olaraq bu ölkənin Azərbaycandakı səfirliyində olub. Deputat qrupuna YAP İcra katibinin müavinləri, MM-in deputatları Mübariz Qurbanlı və Siyavuş Novruzov, Milli Məclisin komitə sədrləri - YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov, Hadi Rəcəbli, Milli Məclisin deputatları,YAP Siyasi Şurasının üzvü Musa Quliyev və Cavanşir Paşazadə daxil idi.
Milli Məclisin üzvləri Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdul Həmidlə görüşüb. YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Azərbaycan - Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov Pakistan İslam Respublikasında güclü təbii fəlakət nəticəsində baş vermiş çoxsaylı insan tələfatına görə səfirə işçi qrupu adından başsağlığı verib. E.İbrahimov bildirib ki, Azərbaycan və Pakistan dost ölkələrdir, hər iki dövlət arasında güclü əlaqələr mövcuddur. Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən birinin Pakistan olduğunu xatırladan komitə sədri deyib ki, hər iki ölkə Dağlıq Qarabağ və Kəşmir problemi ilə bağlı bir-birilərinin mövqeyini dəstəkləyirlər. Onun sözlərinə görə, Pakistanda çoxsaylı insan tələfatı və güclü dağıntılarla nəticələnmiş təbii fəlakətin baş verməsi Azərbaycanda ciddi narahatlıqla qarşılanıb. E.İbrahimov Azərbaycanın dost və qardaş dövlətə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yardım ayırdığını da diqqətə çatdırıb. Baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Pakistan hökumətinə və xalqına Yeni Azərbaycan Partiyası adından ünvanlanmış başsağlığı məktubu səfir Abdul Həmidə təqdim edilib.
Pakistanın ölkəmizdəki səfiri Abdul Həmid göstərilən dəstəyə görə, Azərbaycan hökumətinə və xalqına təşəkkürünü bildirib. Səfir qeyd edib ki, Azərbaycan və Pakistan dost və qardaş dövlət olaraq hər zaman bir-birilərini dəstəkləyiblər: “Biz səmimi dostlarıq, həqiqi dost isə çətin gündə tanınır. çətin günümüzdə dost Azərbaycan dövlətinin yanımızda olması bizi qürurlandırır”. A.Həmid bildirib ki, Pakistanda baş vermiş təbii fəlakət çoxsaylı insan tələfatı ilə yanaşı, infrastruktura da ciddi ziyan vurub. Onun sözlərinə görə, belə şəraitdə Azərbaycan hökumətinin Pakistana yardım göstərməsi dostluq və qardaşlığın nümunəsidir. O, həmçinin, YAP tərəfindən ünvanlanmış məktubu Pakistan hökumətinə çatdıracağını deyib.
Səfir qeyd edib ki, Azərbaycan və Pakistan hər zaman eyni mövqedən çıxış edir və beynəlxalq müstəvidə də bir-birilərini qətiyyətlə dəstəkləyirlər. Onun fikrincə, bu münasibətlər daim yüksələn xətlə inkişaf edəcək.
Təbii fəlakətin miqyası haqda məlumat verən Abdul Həmid ölkəsinin 63 illik müstəqilliyi tarixində indiyədək belə hadisənin olmadığını vurğulayıb. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində təxminən 2 min nəfər həlak olub, minlərlə insan yaralanıb, 7 min kənd yer üzündən silinib və təxminən 20 milyon insan evsiz-eşiksiz qalıb. Bütövlükdə 180 min kvadrat kilometr ərazi su altında qalıb. Səfir bildirib ki, bu fəlakətin nə qədər dəhşətli olduğunu Pakistana səfər etmiş BMT-nin baş katibi də deyib. Onun sözlərinə görə, ölkəsində baş vermiş təbii fəlakətlə əlaqədar BMT-nin xüsusi sessiyası keçiriləcək.
Görüşdə iştirak edən digər şəxslər də Pakistanda baş vermiş təbii fəlakətin çoxsaylı insan tələfatı ilə nəticələnməsi ilə əlaqədar səfirə başsağlığı verib və Pakistan xalqının bu sınaqdan çıxacağına inandıqlarını bildiriblər.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib ki, bütövlükdə dünyada baş verən təbii fəlakətlər ətraf mühitin qorunmasının vacibliyini bir daha aktual edir. Onun sözlərinə görə, ətraf mühitin qorunması ilə bağlı Kopenhagen sammiti nəticəsiz başa çatsa da, təbii fəlakətlər buna qarşı çıxanlara bir xəbərdarlıqdır.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da Pakistanın bu sınaqdan çıxacağına inandığını deyib. Pakistanın dünyanın güclü dövlətlərindən biri olduğunu deyən S.Novruzov əlavə edib ki, bu dövlət təkcə hərbi deyil, terrorla mübarizə, siyasi islahatlar və digər istiqamətlərdə əldə etdiyi nailiyyətlərlə diqqəti cəlb edir. Onun sözlərinə görə, Pakistan müasir İslam dəyərlərini də bütün dünyaya nümayiş etdirə bilib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təbii fəlakətlərin dünyada ciddi sosial problemlər yaratdığını bildirib. Onun fikrincə, belə problemlərin aradan qaldırılmasında beynəlxalq birlik fəal iştirak etməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10

