Ermənistan iqtisadiyyatı iflic vəziyyətə düşüb
25.08.2010 [10:22]
Bütün inkişaf imkanlarından məhrum olan işğalçı Ermənistanın iqtisadiyyatının çökməsi göz önündədir. ölkə rəhbərliyi hər ay “artım” göstəricilərinə əsaslanaraq nikbin proqnozlar səsləndirsə də, işsizlik və səfalətdən əziyyət çəkən Ermənistan əhalisini rəqəmlərlə doyurmaq mümkün deyil. Yeri gəlmişkən, Sarkisyan rejiminin yalanlarını qəbul edə bilməyən Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryan ölkənin üzləşdiyi ağır durumun əhaliyə olduğu kimi çatdırılmasını tələb edib. Ermənistanda iqtisadi tənəzzülün təhlükəli həddə olduğunu bildirən B.Asatryan ölkə iqtisadiyyatının əsas göstəriciləri ilə bağlı statistika xidmətinin yaydığı məlumatların həqiqəti əks etdirmədiyini söyləyib.
Asatryan rəsmi Yerevanın Ermənistanda qiymətlərin azalması ilə bağlı yaydığı məlumatı təkzib edərək ölkədə nəinki qiymətlərin azalmasının, heç azalma meyilinin belə müşahidə edilmədiyini vurğulayıb: “ölkədə hökm sürən bu vəziyyət hakimiyyətin yanlış siyasətinin nəticəsidir”.
Onun proqnozlarına görə, ilin sonunadək Ermənistan əhalisinin 70 faizi gəlirlərinin ən azı 17 faizini itirəcək. Keçmiş bank rəhbəri əlavə edib ki, Ermənistan iqtisadiyyatının inkişaf perspektivləri sıfra bərabərdir.
Doğrudan da, bu gün Ermənistan iqtisadiyyatı elə bir qarşısıalınmaz fəlakətlə üzləşib ki, B.Asatryanın irəli sürdüyü faktları inkar etmək üçün rəsmi Yerevanın əlində heç bir əsas yoxdur. ölkə iqtisadiyyatı bütün sahələr üzrə tənəzzülə uğrayır. İstehsal sahələrinin böhranlı vəziyyəti daxili tələbatı ödəyəcək qədər məhsul istehsalına imkan vermir. Bu səbəbdən müxtəlif növ məhsullara tələbatın ödənilməsi idxal hesabına həyata keçirilir. Ermənistanın xarici borcunun dövlət büdcəsini üstələməsi isə onsuz da maliyyə durumu ağır vəziyyətdə olan bu ölkəni daha da çökdürür. Nəticədə, Ermənistan mövcudluğunu davam etdirə bilmək üçün xarici yardımlardan, ianələrdən tamamilə asılı vəziyyətə düşüb.
İqtisadi gerilik təbii olaraq, hər şeydən əvvəl əhalinin sosial-maddi rifahına mənfi təsir göstərir. üstəlik, işğalçı ölkədə yeni müəssisələrin, sosial obyektlərin tikintisinin demək olar ki, yox səviyyədə olması yeni iş yerlərinin də yaranmasına əngəl törədir. Vəziyyətdən çıxış yolu kimi gənclər iş tapmaq məqsədilə xarici ölkələrə üz tuturlar. İndi Ermənistanda ailələrin böyük əksəriyyətinin əsas dolanışıq mənbəyi qohumlarının onlara xaricdən göndərdiyi maliyyə vəsaitləridir. Bir çoxları isə ağır həyat şəraitinə dözməyərək ölkəni birdəfəlik tərk edirlər. Bunun təsdiqi kimi nüfuzlu “Gallup” təşkilatının bu yaxınlarda Ermənistanda keçirdiyi sorğunun nəticələrini xatırlatmaq olar. Həmin sorğunun nəticələrinə görə, Ermənistanda əhalinin 44 faizi xaricdə işləmək istəyir. Yeri gəlmişkən, bir faktı da xatırladaq ki, bu ilin əvvəllərində açıqlanan başqa bir sorğunun nəticələrinə görə isə, Ermənistan gənclərinin 70 faizi ölkəni tərk etmək və xaricdə məskunlaşmaq istəyir. Bütün bunlar, əslində, ölkənin durumu ilə bağlı ciddi siqnaldır. Təsadüfi deyil ki, Ermənistan rəhbərliyi insanları daha da təşvişə salmamaq üçün ölkədəki real vəziyyəti, yəni, iqtisadiyyatın çökməsini əhalidən gizlətməyə çalışır. Lakin işğalçı ölkədəki “iqtisadi artımı” öz gündəlik həyatında hiss etməyən sadə ermənilərin xarici ölkələrə axınının qarşısını heç nə ala bilmir. Hər il on minlərlə insan ağır sosial şərait üzündən xaricə üz tutur. Kütləvi miqrasiyanın yaratdığı demoqrafik problemlər isə artıq Ermənistan ictimaiyyətində həyəcan təbilinin çalınmasına səbəb olub. Belə ki, əhalinin əsasən gənc və orta nəslin nümayəndələrindən ibarət iş qabiliyyətli hissəsi ölkəni kütləvi şəkildə tərk edir ki, bu prosesin davam edəcəyi təqdirdə yaxın gələcəkdə Ermənistan əhalisinin sürətlə qocalması problemi qaçılmaz olacaq.
Digər tərəfdən, yoxsul həyat tərzi erməni cəmiyyətində başqa bir təhlükəli demoqrafik problem olan ana və uşaq ölümünün sayını artırır. “World Vision Armenia” beynəlxalq humanitar təşkilatının bu günlərdə yaydığı məlumata görə, Ermənistanda yoxsul ailələrdə uşaq ölümünün sayı hər 1000 nəfərə 41 nəfərdir ki, bu da dünya miqyasında olduqca yüksək göstərici hesab olunur. Ermənistanda iqtisadi durumun getdikcə ağırlaşdığını nəzərə alsaq, bu ölkədə demoqrafik problemlərin də paralel surətdə artmaqda davam edəcəyini söyləmək olar.
Sonda deyilənləri ümumiləşdirsək, belə qənaətə gəlmək olar ki, Sarkisyan rejimi yeritdiyi indiki daxili və xarici siyasətdə köklü dəyişikliklər etmədən Ermənistanı düşdüyü bəlalardan xilas edə bilməz. Sadalanan bütün problemlərin kökündə isə Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasəti, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan silahlı birləşmələrinin qanunsuz nəzarəti altında saxlanmasıdır. Ermənistan iqtisadiyyatının çökməsinin qarşısını almağın yeganə yolu rəsmi Yerevanın işğal siyasətinə son qoymaqla ölkənin regional əməkdaşlığa inteqrasiyasını təmin etməkdir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26

