/ / Dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir
Dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir
25.08.2010 [10:26]
AzərTAc xəbər verir ki, kursların ikinci günündə MSK üzvü Ramiz İbrahimov “Milli Məclisə seçkilərin maliyyələşdirilməsi. Milli Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçki fondları üzrə xüsusi seçki hesabları” mövzusunda məruzə ilə çıxış edib.
Seçkilərin maliyyələşdirilməsi ilə bağlı məlumat verən R.İbrahimov bildirib ki, Seçki Məcəlləsinin 89-cu maddəsinə əsasən seçkilərin, referendumların keçirilməsi birbaşa dövlət tərəfindən maliyyələşdirilir. Zaman keçdikcə seçki prosesi təkmilləşir və namizədlərə bərabər şəraitin yaradılması üçün qanunvericilikdə bəzi dəyişikliklər edilir. Seçki Məcəlləsinə edilmiş sonuncu dəyişikliklərlə görə, siyasi partiyaların, siyasi partiya bloklarının seçki fondları üzrə xüsusi seçki hesabları Azərbaycan Beynəlxalq Bankının rayon filiallarında açılmalıdır. Əgər müvafiq rayonda belə bir filial yoxdursa, hesabın başqa bankda açılmasına baxıla bilər.
Namizədlərin seçkiqabağı təbliğat və təşviqatı üçün dövlət büdcəsində nəzərdə tutulmuş maliyyə yardımı isə ləğv edilib. Namizədliyi qeydə alınmış şəxslərin təbliğat və təşviqatı onların öz hesablarına həyata keçiriləcək.
Namizədlərin seçki fondunun yuxarı həddi də artırılıb. Hər bir namizəd üçün bu məbləğ 500 min manat həddində nəzərdə tutulub. Bu fond namizədin öz şəxsi vəsaiti hesabına formalaşa bilər. Eyni zamanda, namizədin seçki hesabına siyasi partiyalar və seçki blokları 150 min manatdan, hər bir vətəndaş 3 min manatdan, hüquqi şəxslər isə 50 min manatdan çox olmamaqla maliyyə vəsaiti köçürə bilərlər.
Namizəd üçün xarici dövlətlər, xarici dövlətlərin vətəndaşları, eləcə də, xeyriyyə fondları maliyyə vəsaiti ayıra bilməzlər.
Sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Azərbaycan Respublikası Konstitusiyası ilə verilən seçki hüquqlarının həyata keçirilməsi” mövzusunda məruzə ilə çıxış edib.
F.Abdullayev əvvəlcə Mərkəzi Seçki Komissiyasının yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə MSK üzvlərini təbrik edib. Bildirib ki, Prezidentin xüsusi göstərişi əsasında yeni binanın tikilib istifadəyə verilməsi dövlətimizin başçısının seçki prosesinə dəstəyinin bariz nümunəsidir.
Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında sürətlə inkişaf etdiyini vurğulayan F.Abdullayev deyib ki, məhz Ulu öndərin təşəbbüsü və gərgin əməyi nəticəsində ölkəmizin hüquqi, siyasi və iqtisadi tərəqqisinin əsasını təşkil edən yeni Konstitusiya qəbul olunub. Ana Qanunun qəbulu ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi, azad, ədalətli və şəffaf seçki keçirilməsi üçün geniş imkanlar yaradıb.
Konstitusiya Məhkəməsinin sədri sonra insan hüquqları sahəsini tənzimləyən bir sıra beynəlxalq hüquqi aktlar - İnsan Hüquqları haqqında ümumi Bəyannamənin, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, eləcə də, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun tələbləri barədə ətraflı məlumat verib. Bildirilib ki, bu sənədlərdə demokratiya və azad seçki anlayışlarının bir-birinə bağlılığı, hər bir vətəndaşın heç bir ayrı-seçkilik və əsassız məhdudiyyətlər olmadan ümumi və bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə keçirilən və seçicilərin iradəsinin sərbəst ifadəsini təmin edən seçkilərdə səs vermək, seçilmək hüququ və digər məsələlər əksini tapıb.
Daha sonra F.Abdullayev Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı tövsiyələri, vəzifələri barədə məlumat verib, 2009-cu il martın 18-də keçirilmiş referendumla Azərbaycan Respublikasının Konstitusiyasının mətninə edilmiş əlavə və dəyişikliklərin mahiyyətindən danışıb. O, bildirib ki, həmin dəyişikliklərin bir hissəsi birbaşa vətəndaşların aktiv və passiv seçki hüququnun həyata keçirilməsi ilə bağlıdır. ümumiyyətlə isə, həmin dəyişikliklər hüquqi nöqteyi-nəzərdən Konstitusiyanın bir çox normalarını təkmilləşdirmək məqsədi daşımaqla, əsasən dövlətin sosial yönümlülüyünün artırılmasına, ali dövlət hakimiyyəti orqanlarının, habelə məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə istiqamətlənib.
Sonda Fərhad Abdullayev DSK sədrlərinin suallarını cavablandırıb, onlara uğurlar arzulayıb.
Sonra “Milli Məclisə seçkilər zamanı namizədlərin irəli sürülməsi və qeydə alınması. Qeydə alınmış namizədlərin statusu” mövzusunda seminar keçirilib.
MSK üzvləri Fuad Cavadov, Almas Qəhrəmanlı, Oktay Hümbətli, Qabil Orucov və başqaları çıxış edib, parlament seçkilərinə hazırlığın mərhələləri, azad, şəffaf, demokratik seçkilər keçirilməsi üçün hazırlanmış əyani vəsaitlər barədə ətraflı məlumat verib, DSK sədrlərinin suallarını cavablandırıb, tövsiyələrini bildiriblər.
Avqustun 23-dən 29-dək dairə seçki komissiyalarının sədrləri üçün keçiriləcək kurslarda ölkənin dövlət və hökumət rəsmiləri, mütəxəssislər mühazirələr oxuyacaqlar. Kursların sonunda DSK sədrlərinə sertifikatlar təqdim ediləcək.
Kurslar başa çatdıqdan sonra sentyabrın 1-dən 3-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar təşkil olunacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33

