İrəvan arxa planda şərtlərlə razıdır
27.01.2022 [10:09]
Sadəcə olaraq, daxili auditoriyada təzyiqə məruz qalmamaq üçün məsələlər açıqlanmır
Reallıqlar Ermənistanı Türkiyə ilə diplomatik əlaqələrin qurulmasında daha maraqlı tərəfə çevirir
Nardar BAYRAMLI
Ermənistanın baş naziri Nikol Paşinyan bu il Türkiyə ilə diplomatik münasibətlərin qurulacağını istisna etməyib. O bildirib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğludan bu il martın 11-dən 13-dək Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək üçün dəvət alıblar. Baş nazir Ermənistanın dəvəti qəbul etmək ehtimalının yüksək olduğunu deyib. “Hər şey situasiyadan asılı olacaq. Amma xüsusi nümayəndələrin ilk görüşündən sonra Ermənistanın bu təklifi qəbul edəcəyi ehtimalı artıb. Bu fürsəti əldən vermək məntiqsiz olardı”, - deyən Paşinyanın sözlərinə görə, Rusiya, Avropa İttifaqı, ABŞ, region ölkələri bu prosesi dəstəkləyir. “Tərəflər ilkin şərt olmadan danışıqlara razılaşıblar. Bu il diplomatik münasibətlər qurmaq olarmı? Bunu indidən proqnozlaşdıra bilmərəm. Bu, təkcə bizdən asılı deyil. Amma bu, çox məntiqli olardı. Xüsusilə, diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması”, - deyə Ermənistanın baş naziri söyləyib.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Nikol Paşinyanın hazırda ən çox istədiyi məsələ Türkiyə ilə diplomatik münasibətlərin qurulması, sərhədlərin açılmasıdır. Bunun iqtisadi və siyasi səbəbləri var. Onun sözlərinə görə, iqtisadi səbəblər Ermənistanı təcrid vəziyyətdən çıxarmaqdır: “Bu ölkə həmişə xarici ianələr hesabına ayaqda qalıb, lakin Paşinyanın hakimiyyətə gəlişindən, xüsusilə İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra hazırkı hakimiyyətlə diaspor arasında dərin çatlar yaranıb. Bu da xarici ianələrin azalması ilə nəticələnir. Erməni diasporunun özü də müharibədən sonra ikiyə bölünmüş vəziyyətdədirlər. Bununla yanaşı, Rusiyadan daşımalarda hava şəraitinə görə zaman-zaman problemlər yaranır, Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisinə düşən hissəsində gömrük-keçid məntəqəsinin qurulması İranla daşımalara da təsir edir. Ermənistanın müharibədən əvvəlki dövrlə müqayisədə indi təcrid vəziyyətində yaşaya bilməsi daha da çətinləşib və Paşinyan anlayır ki, Türkiyə ilə sərhədlərin açılması iqtisadiyyata yeni nəfəs verə bilər. Siyasi səbəblər Paşinyan hakimiyyətinin oriyentasiyasıdır. Nə qədər Rusiya ilə işləməyə məcbur olsalar da, Ermənistanın mövcud hakimiyyəti Qərbyönümlü xəttə üstünlük verir və Qərbə çıxış üçün yeganə yol Türkiyədir. Türkiyə ilə münasibətlərin qurulması Paşinyan hakimiyyəti üçün Rusiya qarşısında xarici siyasətini şaxələndirmək imkanı da yarada bilər”.
Siyasi şərhçi qeyd edib ki, bu səbəblər Ermənistanı Türkiyə ilə diplomatik əlaqələrin qurulmasında daha maraqlı tərəfə çevirir: “Təbii ki, bunun üçün rəsmi İrəvan müəyyən şərtləri yerinə yetirməlidir. Buraya kommunikasiyaların bərpası, qondarma “erməni soyqırımı” məsələsinin ən azı arxa plana keçməsi, Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsi, Azərbaycanla sülh sazişini imzalamaqdır. Ermənistan tərəfi Türkiyə ilə münasibətlərin ilkin şərt olmadan qurulmasını istəyir. Moskvada keçirilən ilk görüşün yekunları ilə bağlı hər iki tərəfin rəsmi məlumatında da bildirilirdi ki, tərəflər ilkin şərt olmadan danışıqların davam etdirilməsinə razılaşıblar. Bu razılaşmanı Paşinyan və komandası daxili auditoriya qarşısında “qələbə” kimi təqdim etdilər. Hərçənd Moskva görüşü ilə eyni gündə Paşinyanın Zəngəzur dəhlizinin Ermənistan ərazisinə düşən hissəsinin inşası ilə bağlı işçi qrupunu yaratması deməyə əsas verir ki, İrəvan arxa planda şərtlərlə razıdır, sadəcə olaraq, daxili auditoriyada təzyiqə məruz qalmamaq üçün bu məsələlər açıqlanmır. Bakı və Ankara üçün isə ritorika yox, nəticə lazımdır və fikrimcə, proses bu istiqamətdə gedir. Paşinyanın Antalya Forumuna qatılacaqlarını istisna etməməsi də bunu deməyə əsas verir. Türkiyə Ermənistanla danışıqların aparılması üçün üçüncü tərəflərin iştirakına ehtiyac olmadığını deyib və mümkündür ki, Antalya Forumundan sonra tərəflər birbaşa təmaslarını sıxlaşdıracaqlar”.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35

