BBQ-nin "hesabatı" müxalifət qəzetlərinin "qara piar"ını xatırladır
09.09.2010 [10:10]
Bu gün hər kəsə bəllidir ki, erməni lobbisinin və işğalçı Ermənistanın maraqlarını müdafiə edən xarici dairələr, təşkilatlar ardıcıl olaraq Azərbaycana qarşı qərəzli iddialar irəli sürür, beynəlxalq aləmdə ölkəmizin mənfi imicinin formalaşdırılmasına çalışırlar. Bu qüvvələr fürsət düşən kimi, müxtəlif vasitələrdən istifadə edərək özlərinin qara məqsədlərini həyata keçirməyə başlayırlar. Həmin qərəzli dairələrin siyasi sifarişlərini həyata keçirən təşkilatlar içərisində Beynəlxalq Böhran Qrupu (BBQ) da var. Məlum olduğu kimi, həmin maraq qruplarının niyyətlərini reallaşdırmağa kömək edən sözügedən təşkilat bu günlərdə Azərbaycanla bağlı əsası olmayan, heç bir araşdırma faktlarına əsaslanmayan, yalan və böhtanlardan ibarət “hesabat” hazırlayıb. Təbii ki, Azərbaycanın ictimaiyyət nümayəndələri, dərhal “hesabat”ın qərəzli və obyektivlikdən uzaq olması ilə bağlı öz fikirlərini söyləyiblər.
Bununla belə, bəzi məqamlar var ki, onların üzərində dayanmaq vacibdir. Məsələn, əsas təəssüf doğuran məqam ondan ibarətdir ki, Azərbaycandakı bəzi siyasi qurumlar, mətbuat orqanları milli maraqlarımızı nəzərə almayaraq, anti-Azərbaycan qüvvələrinin dəyirmanına su tökür, onların anti-təbliğat kampaniyasına yardım göstərirlər. Belə ki, müxalifət qəzetləri Azərbaycanda seçkiqabağı siyasi kapital qazanmaq məqsədilə BBQ-nin həmin “hesabatı”nı dərc ediblər.
Digər tərəfdən, təşkilatın hesabatına nəzər saldıqda belə bir təəssürat yaranır ki, sanki orada irəli sürülən iddiaların böyük əksəriyyəti Azərbaycandakı radikal müxalifətə yaxın qəzetlərin səhifələrində yer almış yalan və böhtanların surətidir. “Hesabat” bəzi müxalifət partiyalarının, onların nəzarətində olan qəzetlərin dezinformasiya, “qara piar” kampaniyasının elementlərinə əsaslandığından, irəli sürülən iddiaların böyük əksəriyyəti məhz “sarı mətbuat”ın, “bulvar” qəzetlərinin yazı stilini yada salır. Bir sözlə, ümumilikdə, BBQ-nin “hesabatı” müxalifət qəzetlərinin “qara piar”ını xatırladır...
Bu cür oxşarlıqların ortaya çıxması isə Azərbaycan ictimaiyyətində bir sıra suallar yaradır:
Görəsən, BBQ-nin “hesabatı” ilə müxalifət qəzetlərinin dərc etdiyi materiallar arasında niyə bu qədər çox oxşarlıqlar var? Nə üçün hər zaman jurnalistikanın prinsiplərindən, qərəzsizlikdən və obyektivlikdən dəm vuran müxalifət qəzetləri “hesabat”la bağlı araşdırma aparmadan onu qəzet səhifəsində yerləşdiriblər? Nə üçün Azərbaycanın uğurlarından bir kəlmə belə yazmayan bu qəzetlər, ölkəmizin imicinə zərər vuran xarici dairələrin “hesabat”larını təmtəraqlı şəkildə nəşr edirlər?
Son olaraq qeyd edək ki, radikal müxalifətə yaxın qəzetlərin bu mövqeyi Azərbaycan ictimaiyyəti tərəfindən heç də normal qəbul olunmur. Azərbaycan xalqı Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir və hər zaman da bunu sübut edib. ölkəmiz xalqla hakimiyyətin birliyi nəticəsində böyük uğurlara nail olub. Müxalifət qəzetləri isə ölkəmizdə mövcud olan söz və fikir azadlığından sui-istifadə etdiyinə görə, hər zaman ictimai qınaqla üzləşəcək.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10

