İran xakerləri yenidən fəallaşıb?
23.02.2022 [10:13]
“MuddyWater” adlı kibercinayətkar qrupun Türkiyəyə qarşı hücum etdiyi bildirilir
Pərviz SADAYOĞLU
Bir neçə il öncə xarici KİV-lərdə özündən bəhs etdirən İranın məşhur “xaker komandası” yenidən gündəmə gəlib. Belə ki, Rusiya mətbuatının yaydığı məlumata görə, “MuddyWater” adlı kibercinayətkar qrupun Türkiyəyə qarşı hücumları artıb. 2021-ci ilin noyabr ayından etibarən Türkiyənin hökumət departamentinin kompüterlərini zərərli proqramlara yoluxdurduğu söylənilən qrupun hücumu siyasi ekspertlər tərəfindən iki ölkə arasındakı bəzi fikir ayrılıqları ilə əlaqələndirilir. Ekspertlər hesab edirlər ki, silsilə hücumlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın region ölkələri ilə münasibətləri yaxşılaşdırmaq niyyətinə etiraz xarakteri daşıyır. KİV-in məlumatında o da bildirilir ki, Türkiyənin bir sıra dövlət strukturlarının internet resurslarına belə “yol tapan” kibercinayətkarlar İran kəşfiyyatı ilə əlaqəli fəaliyyət göstərir. Bu, həm də ABŞ Kiber Komandanlığı tərəfindən etiraf olunub. Komandanlıq hakerlərin işlədiyi bir neçə sxemdə araşdırma aparıb.
Türkiyə ilə İran arasındakı münasibətlərin tərəfdaşlıq müstəvisində inkişaf etdiyini nəzərə alsaq, bu kimi kiberhücumların səbəbləri mühüm suallar doğurur. Siyasi ekspertlər bildirirlər ki, bu, daha çox Yaxın Şərq məsələsi ilə bağlıdır. Bununla yanaşı, İsrail ilə Türkiyənin siyasi yaxınlaşması bu hücumların əsas səbəbləri arasında yer alır. Başqa sözlə, hücumlar daha çox İsrail prezidentinin mart ayında Ankaraya reallaşacaq səfərinə etiraz xarakteri daşıyır. Türkiyə parlamentinin keçmiş üzvü və ABŞ Demokratiyaları Müdafiə Fondunun Türkiyə proqramının baş direktoru Aykan Erdemir Rusiya KİV-inə açıqlamasında bildirib ki, Türkiyə-İran münasibətlərini rəqabət və əməkdaşlıq elementləri birləşdirir. Onun sözlərinə görə, iki ölkə Suriyadakı vətəndaş müharibəsində ziddiyyət yaşamaqla yanaşı, İraqda hegemonluq uğrunda da kəskin mübarizə aparır. “Ankaranın son vaxtlar İsraillə münasibətləri normallaşdırmaq cəhdləri isə İranın Türkiyəyə qarşı düşmənçiliyini daha da artırıb. Hücum həm də Türkiyədə əməliyyatla tutulmuş İran kəşfiyyatçıları ilə də bağlılıq daşıya bilər”, - deyə ekspert bildirib.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev ayrı-ayrı dövlətlər arasında bu kimi hallara tez-tez rast gəlindiyini diqqətə çatdırıb. O qeyd edib ki, İran dövləti tərəfindən maliyyələşdirildiyi qeyd edilən xaker qrupunun Türkiyə hökumətinə və təşkilatlarına qarşı bu kimi hücumlar təşkil etməsi haqda xəbərlər yayılmaqdadır. Bununla bağlı dünyanın aparıcı kibercinayətkarlıqla mübarizə təşkilatları da açıqlamalar veriblər: “İranlı xakerlərin bu kimi hücumları əvvəllər də qeydə alınıb. Məsələn, 2017-ci ildən başlayaraq ABŞ, İsrail, Avropa və Yaxın şərq ölkələrinin dövlət qurumlarına və təşkilatlarına qarşı bu proseslərin həyata keçirilməsi haqqında faktlar mövcuddur. Bu faktlar ən yüksək səviyyədə, bir sıra dövlətlərin təhlükəsizlik orqanları tərəfindən də açıqlanıb. Belə hücumlarda hər zaman müəyyən, həm də fərqli məqsədlər mövcuddur. Məsələn, İsrailə qarşı hücuma səbəb bir məqsəd, Avropaya hücuma səbəb daha fərqli məqsədlərə söykənə bilər. Yəni söhbət hücum edən tərəfin maraqlarından gedir. Hücum nəticəsində də bəzi internet resurslarını sıradan çıxarmaqla problemlər yaradırlar. Türkiyə ilə bağlı məsələ də ciddi məsələdir. Burada da xakerlər fərqli maraqlarla bu hücumları təşkil edə bilərlər. Məsələn, mətbuatdan məlum olduğu kimi, Türkiyə ilə İsrail arasında müəyyən yaxınlaşmalar mövcuddur. Artıq bu proses başlayıb. O cümlədən Yaxın şərqdəki problemlərin həlli ilə bağlı mühüm müzakirələr aparılır. Bundan başqa, nəzərə alınmalıdır ki, bu hücumlar ABŞ ilə də müəyyən danışıqlar gedən vaxta təsadüf edir. Bu hücum müəyyən qurumların bir-birinə iqtisadi-siyasi, hərbi yardım etməsi, eyni zamanda, Türkiyənin NATO blokunun üzvü kimi bəzi məsələlərlə bağlı proseslərdə yer alması məsələsi ilə də bağlılıq daşıya bilər. Bir sözlə, ortada həm iqtisadi, həm siyasi, həm hərbi, həm də mədəni problemlər, səbəblər mövcud ola bilər”.
Millət vəkilinin fikrincə, “MuddyWater” adlanan qruplaşmanın hücumlarının təhlili bəzi qənaətləri formalaşdırır. “İrana sərf etməyən istər dini, istər iqtisadi, istər siyasi baxımdan hər hansı bir yad element hücum prosesini başlada bilir. Yəni artıq xüsusi xidmət orqanları da birmənalı şəkildə öz maraqlarını ortaya qoyurlar və bu maraqları həyata keçirmək üçün kiberhücumlardan vasitə kimi istifadə edirlər”, - deyə A.Nağıyev əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21

