Rusiyaya məhdudiyyət hədələri
24.02.2022 [10:24]
Avropa bu sanksiyalarla özünü də böhrana sala bilər
Pərviz SADAYOĞLU
Rusiya Prezidenti Vladimir Putinin Donetsk və Luqansk “Xalq Respublikaları”nın tanınması barədə fərmanı Qərbin “sanksiya maşınını” yenidən hərəkətə gətirib. Belə ki, Avropa İttifaqı (Aİ) ölkələri yekdilliklə Rusiyaya qarşı sanksiyalar paketini qəbul etmək qərarına gəliblər. Bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel bildirib. Onun sözlərinə görə, Donbasın müstəqilliyinə səs verən Dövlət Dumasının 351 deputatı Aİ-nin qara siyahısına salınıb. Aİ, həmçinin Rusiyanın Donbasdakı əməliyyatlarını maliyyələşdirən bank və təşkilatlar da daxil olmaqla 27 fiziki və hüquqi şəxsi qara siyahıya salıb. Borrel Almaniyanın “Şimal axını - 2”nin sertifikatlaşdırılmasını dayandırmaq qərarını dəstəkləyib.
Aİ ilə yanaşı Kanada, Yaponiya və Avstraliya hökuməti də Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Kanadanın Baş naziri Castin Trüdo iqtisadi sanksiyaların “birinci raundu”nu açıqlayıb. Onun sözlərinə görə, məhdudiyyətlər “DXR” və “LXR”in müstəqilliyinin tanınmasını dəstəkləyən deputatlara təsir edəcək. Bundan əlavə, kanadalılara “respublika”larla maliyyə əməliyyatları aparmaq qadağan olunacaq.
Avstraliyanın Baş naziri Skott Morrison da bir sıra rus şəxslərə qarşı sanksiyaların tətbiq ediləcəyini etiraf edib. “İlk növbədə, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının 8 üzvünə qarşı ölkəyə giriş qadağası və məqsədyönlü maliyyə sanksiyaları tətbiq edəcəyik”, - deyə Skott söyləyib.
Bundan əlavə, hökumət “Krım və Sevastopol”a aid olan mövcud sanksiyaları genişləndirəcək: indi onlar “Donetsk və Luqansk bölgələrinə” şamil olunacaq. Xatırladaq ki, daha əvvəl ABŞ və Böyük Britaniya da Rusiyaya qarşı sanksiyalar tətbiq etmişdi.
Yaponiyanın Baş naziri Fumio Kisida da Rusiya istiqrazlarının buraxılmasına qadağa qoyub, eyni zamanda bir sıra fiziki şəxslərin aktivlərinin dondurulması barədə qərar qəbul edib. Baş nazirin sözlərinə görə, Rusiyaya qoyulan məhdudiyyətlərə, həmçinin “DXR” və “LXR”dən idxalın və bu bölgələrə ixracın qadağası daxildir.
Sinqapur və Tayvan isə ABŞ-ın Rusiyaya qarşı ixraca nəzarət planını dəstəkləyib. Bu barədə “Foreign Policy” jurnalı məlumat yayıb. Nəşrin məlumatına görə, sözügedən tədbirlər Rusiya iqtisadiyyatı və texnologiya sektoruna zərər vurmağa yönəlmiş daha geniş sanksiyalar paketinin bir hissəsidir. Jurnal Rusiya iqtisadiyyatının arxalandığı yarımkeçiricilər, kompüter çipləri və digər yüksək texnologiyalı məhsulların üç əsas istehsalçısı Yaponiya, Sinqapur və Tayvan olduğunu vurğulayır. Məhdudiyyətlər avtomobillərin, smartfonların və digər məişət texnikasının idxalına da şamil olunacaq.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, Qərb tərəfindən tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatına ciddi təsir göstərəcək. İlk növbədə, bank sektorunda dollarla aparılan bank əməliyyatları bu sanksiyalar nəticəsində kifayət qədər məhdudlaşdırılacaq. Digər sahələrdə də analoji çətinliklər yaşanacaq: “Məsələn, yüksək texnologiyalarla bağlı mühüm problemlər yarana bilər. Çünki Rusiyanın həm hərbi sənaye kompleksi, həm kosmik industriyası Qərbdən alınan yüksək texnologiyalarla sıx bağlıdır. Eyni zamanda, Rusiyada istehsal olunan məişət texnikalarının komponentləri də Qərb texnikaları əsasında hazırlanır. Bu sahədə də problemlərin yaşanması istisna edilmir. Təbii ki, Rusiya tələbat duyduğu məhsulları dolayı yolla əldə etmək iqtidarındadır. Məsələn, həmin texnologiyaları birbaşa Qərbdən yox, Çin və ya Koreyanın timsalında başqa ölkələrdən də idxal edə bilər. Dar çərçivədə olsa belə, imkan mövcuddur. Sanksiyalar biznesin çevikliyini, gəlir əmsalını aşağı salacaq”.
Rusiya ilə iqtisadi ticarət dövriyyəsi aşağı olan dövlətlərin bu və ya digər şəkildə “sanksiya kampaniyası”na qoşulmasının məcburiyyətdən qaynaqlandığını bildirən İ.Vəlizadənin fikrincə, sanksiya tətbiq edənlər və bunu dəstəkləyənlər atdıqları addımların öz ziyanlarına olduğunu dərk edirlər: “Amma bu “həmrəyliyi” göstərməyə məcburdurlar. Rusiyaya qarşı 2014-cü ildə də bu kimi məhdudiyyətlər tətbiq edilmişdi. Sonradan tədricən bu sanksiyalar əhəmiyyətini itirməyə başladı. Hətta tərəflər ortaq məxrəcə belə gəlirdilər. Düşünürəm ki, bir müddət sonra indiki sanksiyalardan “yaxa qurtarmağın” da yolları düşünülüb tapılacaq. Rusiya ilə Aİ arasında çox böyük ticarət əlaqələri mövcuddur. Avropa üçün Rusiyanın əvəzedicisi yoxdur. “Köhnə qitə” xammala görə Rusiyadan asılıdır. Hətta Afrika ilə ticarəti artırmaq da bu asılılığı aradan qaldıra bilmir. Bu, Avropa İttifaqı ölkələrinin istehsal etdiyi məhsulların bahalaşmasına yol açır və bu məhsulların rəqabət qabiliyyəti azalır. Bu prosesdən qazanclı çıxan isə ABŞ-ın və digər rəqiblərin şirkətləridir. Hələlik Avropa alternativ yol tapa bilmir”, - deyən İ.Vəlizadə qeyd edib ki, Rusiyadan ən böyük asılılıq enerjidaşıyıcıları ilə bağlıdır. Rəsmi Moskvaya qarşı sanksiyalar sərtləşəcəyi təqdirdə Avropada mühüm qaz, neft problemləri yaşanacaq: “Avropa Rusiya qazına alternativ tapa bilmir. Bu qazı, hətta fərqli mənbələrdən əldə etsələr belə, bu, çıxış yolu olmayacaq, enerjinin qiyməti artacaq. Çünki Avropa Rusiya qazını boru kəməri ilə idxal edirsə, yeni mənbələrdən gələn qazlar tankerlər vasitəsilə daşınacaq. Yaranan əlavə yol xərci isə daxili istehsalatın qiymətində fərq yaradacaq. Nəticə etibarı ilə, Rusiyaya tətbiq olunan sanksiyalar Avropanın özünün də iqtisadi çöküşünü reallaşdıra bilər”.
Xəbər lenti
Hamısına baxDünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58

