Ukrayna Aİ yolunda
02.03.2022 [10:34]
İttifaq üzvlüyü rəsmi Kiyevə nə qazandıracaq?
P. İSMAYILOV
Volodimir Zelenski Avropa İttifaqına Ukraynanın üzvlüyünə qəbulu üçün ərizə imzalayıb. Bu barədə prezident aparatının rəhbərinin müavini Andrey Sibiqa məlumat verib. Birgə bəyanat Ali Radanın sədri Ruslan Stefançuk və Baş nazir Denis Şmıqal ilə birlikdə imzalanıb.
Xatırladaq ki, fevralın 27-də Latviyanın Prezidenti Eqils Levitas bəyan edib ki, Avropa İttifaqı təcili olaraq, birliyə daxil olmaq üçün Ukraynaya namizədlik statusu verməlidir. Analoji təkliflə Polşa və Litva Prezidentləri Anjey Duda və Gitanas Nauseda çıxış ediblər. Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen isə Ukraynanın Aİ-nin tərkibinə daxil olması ilə bağlı qeyd edib ki, Ukrayna Avropanın bir neçə prosesində, məsələn, vahid Aİ bazarına inteqrasiyada iştirak edir. AK rəsmisi vurğulayıb ki, Avropa Ukrayna ilə energetika və digər sahələrdə sıx əməkdaşlıq edir. “Vaxt ötdükcə, Ukrayna Aİ-yə daxil olmalıdır, bu ölkə bizim birimizdir və biz, onu Avropa ailəsində görmək istəyirik” - fon der Lyayen qeyd edib.
Dünən videokonfrans formatında Avropa Parlamentində çıxış edən Ukrayna Prezidenti Zelenski bir daha Avropa İttifaqını Ukraynanı quruma qəbul etməyə çağırıb. O bildirib ki, Ukrayna xalqı Avropa dəyərləri üçün öz canını fəda edir. Zelenski həyatda qalmaq, azadlıqlarını qorumaq üçün savaşdıqlarını deyib: “Bizi heç kim sındıra bilməz. Uşaqlarımızın yaşamasını istəyirik. Mənə elə gəlir ki, bu, ədalətlidir. Dünən 16 uşaq dünyasını dəyişib. Prezident Putin bir daha bunu “əməliyyat” adlandıracaq. Mən sual vermək istəyirəm, uşaqlarımız hansı zavodlarda, raketlərdə, tanklarda işləyirlər? Bizim çox həvəsli xalqımız var - biz öz hüquqlarımız, azadlığımız, həyatımız üçün mübarizə aparırıq. Amma biz həm də Avropanın bərabərhüquqlu üzvü olmaq üçün mübarizə aparırıq. Bu gün biz, necə olduğumuzu göstəririk. Bizimlə Avropa İttifaqı daha güclü olacaq. Sizsiz isə Ukrayna tək qalacaq. Gücümüzü sübut etdik, sübut etdik ki, ən azı sizinlə eyniyik. Bizimlə olduğunuzu sübut edin, həqiqətən avropalı olduğunuzu sübut edin. Və sonra həyat ölümə qalib gələcək, dünya isə qaranlığa. Belə bir ifadə var - Avropanın Ukrayna seçimi. Bu gün sizdən bizə “Avropa tərəfindən Ukraynanın seçilməsi” ifadəsinin səslənməsini eşitmək istərdim”.
Hazırki situasiyada Ukraynanın Aİ-yə daxil olması rəsmi Kiyevə nə qazandıra bilər? Bu, addım Ukraynaya hərbi müstəvidə hansı köməklikləri vəd edir? Ümumiyyətlə, Aİ-nin öz üzvlərinə hərbi yardım mexanizmləri mövcuddurmu?
Bununla bağlı fikirlərini “Yeni Azərbaycan” a bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, Aİ iqtisadi formatlı birlikdir və onun hərbi yardım mexanizmi formalaşdırılmayıb. Bununla yanaşı, İttifaqın prinsiplərində təhlükəsizlik elementləri də mövcuddur: “Onlar daha çox deklarativ sözlərlə ifadə olunub. Avropa İttifaqının silahlı qüvvələri mövcud deyil. Avropa Ordusunun yaradılması ilə bağlı vaxtaşırı Almaniya və Fransa təkliflərlə çıxış etsələr də, hələ ki, bu istiqamətdə real addımlar atılmayıb. Avropa İttifaqının vahid hərbi birliyi yoxdur. Fikrimcə, hələlik buna ehtiyac da yoxdur. Çünki Avropa İttifaqı üzvlərinin mütləq əksəriyyəti NATO-da təmsil olunur”.
Ukraynanın Aİ üzvlüyünə qəbulu perspektivinə gəldikdə isə, İ.Vəlizadə bu prosesin də asan şəkildə reallaşacağına şübhə ilə yanaşır. Onun fikrincə, Aİ-nin Ukraynanı hazırki vəziyyətdə quruma üzv qəbul etməsi çox çətindir. “Aİ üzvü olmaq üçün müəyyən şərtlər mövcuddur. Bu şərtləri yerinə yetirməmiş Ukraynanın Aİ üzvü olacağı inandırıcı görünmür. Prezident Zelenski də bunu bildiyi üçün Ukraynanın şərtlərdən kənar qəbulu ilə bağlı müraciət edib. Amma nəzərə alınmalıdır ki, AB-yə üzv olmaq üçün illərlə gözləyən dövlətlər var. Hətta Türkiyə də o sıradadır. Türkiyə rəsmi şəkildə AB üzvü olmağa namizəd dövlət kimi tanınır. Ukrayna isə nəinki hələlik namizəd statusu belə almayıb, həmin siyahıda bəlkə də sonuncudur. Bu baxımdan, Ukraynanın Aİ üzvlüyünə qəbulu şübhəlidir. Məlum səbəblərlə yanaşı, bu üzvlük üçün növbədə dayanan ölkələrin də razılığı nəzərə alınmalıdır. İnanmıram ki, Ukrayna bu qədər asan şəkildə Aİ üzvü olsun”, - deyən İ.Vəlizadə onu da əlavə edib ki, bu addım sanksiya siyasətinə də təsir göstərməyəcək.
Xəbər lenti
Hamısına baxGündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50

