BMT-nin Qətnaməsindən sonra Haaqa məhkəməsi də araşdırmalara start verdi
04.03.2022 [10:11]
Rusiyaya beynəlxalq təzyiq artır
P.İsmayılov
Ukraynada aparılan hərbi əməliyyatlar Rusiyaya qarşı beynəlxalq təzyiqin gündən-günə artmasını şərtləndirir. Artıq bir sıra beynəlxalq təşkilatlar və dövlətlər rəsmi Moskvaya qarşı sanksiyalaşdırılmış etirazlar etməkdədir. Dünyanın ən böyük siyasi təşkilatı sayılan BMT isə məsələ ilə bağlı mövqeyini növbəti dəfə açıqlayıb. Belə ki, qurumun Baş Assambleyasında keçirilən səsvermədə Rusiyanın Ukraynaya hücumunu pisləyən qətnamə layihəsi qəbul edilib. Qətnamənin lehinə 141, əleyhinə isə 5 ölkə səs verib, 35 dövlət bitərəf qalıb. Rusiya, Belarus, Suriya, Şimali Koreya və Eritreya qətnamə layihəsinə “yox” deyib.
Bu qətnamə hüquqi baxımdan məcburi olmasa da, yəni, tövsiyə xarakteri daşısa da, Rusiyaya qarşı qlobal siyasi təzyiqin növbəti təzahürüdür. Sənəddə bildirilir ki, Rusiya Federasiyasından bütün hərbi qüvvələrini beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukrayna ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarması xahiş olunur.
Səsvermədən əvvəl Baş Assambleyada çıxış edən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild sessiyanın 40 ildən sonra ilk belə sessiya olduğunu qeyd edib. O, Rusiya ordusunun Ukrayna xalqı üçün həyati əhəmiyyət kəsb edən infrastrukturu məhv etdiyini bildirib. İndiki mərhələdə Rusiyanın nəinki bu addımları dayandıracağına inanmadığını, hətta rəsmi Kremlin hərbi əməliyyatları sürətləndirməyə hazır göründüyünü qeyd edən Tomas-Qrinfild Ukraynada istifadə edilən və kütləvi ölümlərə səbəb olan silahlar məsələsinə də toxunub. O bildirib ki, Rusiya qüvvələrinin Ukraynada son dərəcə ölümcül silahlardan istifadə etdiyinə dair yayılan videoları dünya ictimaiyyəti izləyib: “Bura Cenevrə Konvensiyasına görə qadağan olunmuş kasetli sursatlar və vakuum bombaları da daxildir. O videolarda 40 mil uzunluğunda olan “ölümcül konvoyu” gördük. Rusiya nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib, Finlandiya və İsveçi işğal etməklə hədələyir. Rusiya hər addımda BMT-yə xəyanət etdi. Rusiyanın hərəkətləri bu təşkilatın müdafiə etdiyi dəyərlərə ziddir”.
Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa isə səsvermədən əvvəl açıqlama verərək, sözügedən səsvermənin dönüş nöqtəsi olduğunu ifadə edib. O, BMT-yə üzv ölkələri Rusiyanı dayandırmaq üçün addımlar atmağa çağırıb. Kislitsa öz fikirlərini “Gələcək nəsilləri xilas etmək indi bizim borcumuzdur”, - deyə ifadə edib. Rusiyanın Ukraynaya bu dövləti mövcud olmaq hüququndan məhrum etməyə gəldiyini qeyd edən Kislitsa, dünyanı “qətiyyətli və yekdil” cavab vermək üçün tələsməyə çağırıb.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya sözügedən səsvermədə üzv ölkələri qətnamə layihəsini qəbul etməməyə çağırıb və qərarın Rusiyanın hərbi fəaliyyətini dayandırmasına heç bir təsirinin olmayacağını bildirib. Sözügedən qərarın Ukraynadakı radikalları “cəsarətləndirəcəyini” deyən Nebenzya rəsmi Kiyevi təxribatda günahlandırıb və mülki yaşayış məntəqələrinə hərbi texnika yerləşdirdiyini iddia edib.
Görünən budur ki, 2014-cü ildə Rusiya ilə Ukrayna arasında yalnız ərazi məsələsi ilə başlanan, bu ilin fevralından isə hərbi əməliyyatlar mərhələsinə qədəm qoyan qarşıdurmalar artıq beynəlxalq problemə çevrilməkdədir. Dünyanın aparıcı beynəlxalq təşkilatlarının ard-arda məsələ ilə bağlı mövqe bildirməsi bu faktı təsdiqləyir. Bu arada Haaqa Məhkəməsi də Rusiyanın Ukraynaya hücumu ilə bağlı hərbi cinayətləri araşdırmağa başlayıb. Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan Rusiyanın törətdiyi mümkün hərbi cinayətlərlə bağlı araşdırmaya başlanıldığını deyib. O bildirib ki, Ukraynadakı vəziyyətin ilkin təhlilindən sonra məhkəmənin yurisdiksiyasına daxil olan cinayətlərin törədilə biləcəyini hesab etmək üçün kifayət qədər əsas mövcuddur. “Potensial olaraq belə hesab edilə bilən konkret hallar artıq müəyyən edilib və bu hallar araşdırmanın əsasını təşkil edəcək”, - deyə baş prokuror bildirib.
Kərim Xan bildirib ki, istintaqa başlamağa icazə almaq üçün məhkəmənin prezident şurasına müraciət etməsinə ehtiyac qalmayıb. 38 ölkənin tribunala müraciəti dərhal işə başlamağa əsas verib. Xatırladaq ki, Ukrayna Rusiya Federasiyasına qarşı Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsində iddia qaldırıb.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

