Dünyanın diqqəti Türkiyədə
10.03.2022 [10:56]
Antalya sülh ünvanına çevrilə biləcəkmi?
P.İSMAYILOV
Azərbaycan Prezidenti İlham Əliyevin martın 10-da Türkiyəyə səfəri nəzərdə tutulub. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. Türkiyə prezidentinin sözlərinə görə, İsrail dövlət başçısının səfərindən sonra İlham Əliyev Türkiyəyə səfər edəcək. Türkiyə lideri bildirib ki, martın 10-da keçirilməsi planlaşdırılan Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünün daimi sülhü təmin edəcəyinə inanır: “Azərbaycan Prezidenti İlham Əliyev, BMT baş katibi Antoni Quttares, Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya dövlət başçısı Vladimri Putinlə dəfələrlə danışmışam. Bu məsələnin diplomatik həllinə çalışmışam. Eyni zamanda müdafiə və xarici işlər nazirlərimiz də həmkarları ilə dəfələrlə danışıblar. Ölkəmizin bu məsələdəki neyratllığının nə qədər məqsədyönlü olduğu hər ötən gün daha çox ortaya çıxır”.
Ümumiyyətlə, Antalyada keçiriləcək diplomatiya forumu gündəmdə olan bir sıra məsələlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin forumda Ermənistanın, Ukrayna və Rusiyanın XİN rəhbərlərinin iştirakı tədbirə olan diqqəti xüsusilə artırır. Türkiyə KİV-i isə vasitəçilik missiyası təklif edən ölkələrin başçılarının da iştirakı ilə çoxtərəfli görüşlərin keçirilməsinin də nəzərdə tutulduğunu yazır. Azərbaycanın və Türkiyənin də hər zaman sülhün tərəfdarı qismində çıxış etməsi bu danışıqların effektivliyini artıra bilər.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq Tofiq Zülfüqarov bildirib ki, Azərbaycan Prezidentinin Türkiyəyə səfərində müzakirə olunacaq mühüm əhəmiyyətli mövzular mövcuddur. Politoloq səfər çərçivəsində Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin, əlaqələrin inkişafı ilə bağlı fikir mübadilələrinin aparılacağını bildirib. Onun fikrincə, bu müzakirələrdə ana xətt müttəfiqlik əlaqələrinin müxtəlif sahələr üzrə inkişafı haqqında olacaq: “Bundan başqa səfər çərçivəsində, dünyanı narahat edən mövzulara da mütləq toxunulacaq. Bu gün dünyanın siyasi gündəmi çox gərgindir. Antalya sammiti çərçivəsində Ukrayna ilə Rusiya arasındakı münaqişə ilə bağlı görüşlərin keçirilməsi də nəzərdə tutulur. Bu cür mötəbər bir tədbir çərçivəsində Azərbaycanın və Türkiyənin birgə mövqelərdən çıxış etməsi isə bizim müttəfiqlik əlaqələrimizə yeni təkan verəcək. Fikrimcə, həmin tədbirdə bizim xarici siyasətimizin praktiki koordinasiyasının tətbiq olunması gözlənilir. İnanıram ki, bu, müzakirə olunan məsələlərdə öz nəticəsini verəcək”.
T.Zülfüqarov onu da qeyd edib ki, keçirilməsi nəzərdə tutulan çoxtərəfli görüşlərdən hansısa fundamental mövzuların həllini gözləmək düzgün olmaz. Bununla belə, ilkin nəticələr olmalıdır. “Görüşlərdə Rusiya ilə Ukrayna arasında atəşkəs mövzusu ilə bağlı müzakirələr aparıla bilər. Bu cür müzakirələr mütləq olmalıdır. Eləcə də, atəşkəs rejiminə nəzarət məsələsinin də gündəmə gələ biləcəyini istisna etmirəm. Bu da olduqca vacib bir mövzudur. Amma Rusiyanın və ya Ukraynanın mövqelərində kəskin dəyişikliklər gözləmirəm. Ortada əsasən iki - Krım və Donetsk, Luqansk məsələləri var ki, burada da Ukraynanın mövqeyindən geri çəkiləcəyi inandırıcı deyil. Rusiya da bu mövzularda təzə mövqe sərgiləməyə hazır deyil. Bununla belə, artıq müharibənin əvvəlində səslənən fikirlər gündəmdən çıxır, Rusiya Ukraynada hakimiyyət dəyişikliyinə nail ola bilmədi”, - deyə T.Zülfüqarov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

