"Qabil mənə dedi ki, əgər bunu bacarmasam, batacam"
30.09.2010 [09:24]
Dünən Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hakim Tamella Nəsrullayevanın sədrliyi ilə Mehralıyev Racu Şükrəli oğlu, Qurbanov Hüseyn Afət oğlu, Mirzəliyev Elnur Aydın oğlu, Ağayev Mirzə Rza oğlu və Məmmədrzayev Qabil Həsən oğlunun işi üzrə növbəti məhkəmə iclası keçirilib. Qeyd edək ki, Mehralıyev Racu Şükrəli oğlu, Qurbanov Hüseyn Afət oğlu, Mirzəliyev Elnur Aydın oğlu, Ağayev Mirzə Rza oğlu və Məmmədrzayev Qabil Həsən oğluna qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın), 181.2.3-cü (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb. Onlara qarşı ittiham aktında göstərilir ki, bu şəxslər 23 noyabr 2009-cu il tarixdə Məmmədova Ruqiyyə İsgəndər qızının yaşadığı Bakı şəhəri, Cavadxan küçəsi, ev 36-da yerləşən 52 saylı mənzilə basqın edərək quldurluq yolu ilə külli miqdarda əmlakı ələ keçiriblər. İbtidai istintaq zamanı məlum olub ki, sözügedən mənzildə külli miqdarda pulun olması barədə məlumatı oğrulara mənzil sahibinin sürücüsü işləyən Mirzə Ağayev verib. Mirzə Ağayev isə bu məlumatı dostu Qabil Məmmədrzayevə ötürüb.
Dünənki prosesdə Qabil Məmmədrzayev ifadə verib. O ibtidai istintaqa verdiyi ifadəsindən bəzi məqamları təkzib etsə də, dostu olan Mirzə Ağayevlə zərərçəkmiş şəxslər haqqında söhbət etdiyini etiraf edib: “Mirzə həm mənim dostumdur, həm də aramızda bir çox mövzularda söhbət olub. Bir dəfə də mən həmişə görüşdüyümüz çayxanada Mirzəyə dedim ki, bu varlı adamlar haqqında az söhbət elə. Bir gün gedib bunların evini yaracaqlar, sən də qalacaqsan ortalıqda”.
Dövlət ittihamçısının suallarını cavablandıran Qabil Məmmədrzayev bildirib ki, hadisə baş verən vaxt banka 24 000 manat borcu olub. Bu haqda Mirzə və digər dostlarının məlumatı olub. Daha sonra, hakim bütün təqsirləndirilən şəxslərin ifadələrinin üst-üstə düşdüyünü və Q.Məmmədrzayevin günahının bu ifadələrdə sübuta yetirildiyini söyləyib. “Sənin borcunun olması sübut olunub və özün də bunu etiraf edirsən. Digər təqsirləndirilən şəxs Racu Mehralıyevlə münasibətlərinin də olduğunu inkar etmirsən. Sizin bu hadisəyə qədər dəfələrlə görüşləriniz olub. Cinayət hadisəsi baş verən günün səhərisi Racu ilə yenə görüşmüsən. Səncə, bütün bunlar sadəcə təsadüfdür, yoxsa nəyisə ifadə edir” sualına cavabında Qabil bu halları öz mülahizələri ilə izah etməyə çalışıb. Dövlət ittihamçısı isə cavab olaraq, Mirzə Ağayevin ibtidai istintaqa verdiyi ifadəni elan edib: “Mənim bu cinayətdə əlim yoxdur. Bu cinayət işini Qabil təşkil edib, o törədib. O, mənə maşınını satanda banka borcu olduğunu və bu borcu qaytarmasa, evinin əlindən alınacağını söylədi. Dedi ki, müdürünün evini mənə göstər, onların evini yarım. Mən nə qədər onu bu fikrindən daşındırmağa çalışsam da, o bu işi törətməkdə israrlı idi. Mən zərərçəkmişlərin evini Qabilə göstərdim. Sonra da onlar haqqında bəzi məlumatlar soruşdu. Dedim ki, oğlu orta məktəbdə oxuyur. İki qızı isə universitetdə təhsil alır. Qabil mənə dedi ki, əgər bunu bacarmasam, batacam. Qabilə dedim ki, bu işə getmə. Sabah mən polisə getsəm, səni satacam. Sabahı görüşdük. O mənə dedi ki, evi artıq bir qız izləyir. Sonra da eşitdim ki, bu hadisə baş verib”.
Qeyd edək ki, digər təqsirləndirilən şəxs Racu Mehrəliyev də ibtidai istintaqa verdiyi ifadədə Qabil Məmmədrzayevin bu cinayət işində əli olduğunu söyləmişdi. O demişdi ki, Qabil Məmmədrzayevlə 2009-cu ilin noyabrında Nərimanov parkında görüşüblər. Görüş zamanı Q. Məmmədrzayev maddi vəziyyətinin çətin olduğunu və 70 min manat borcu olduğunu R.Mehrəliyevə söyləyib, çıxış yolu kimi 3-cü mikrorayonda yaşayan bir varlı şəxsin evini soymağı təklif edib. Q. Məmmədrzayev R.Mehrəliyevə həmin evdə 15 milyon manatın olduğunu və həmin pulun aralarında bölünəcəyini bildirib. R.Mehrəliyev ifadəsində həmin təkliflə razılaşdığını söyləyib.
Daha sonra, təqsirləndirilən şəxs Mirzə Ağayevin həyat yoldaşı Gülanə Ağayevə şahid qismində ifadə verib. O, törədilən cinayətdən xəbərdar olmadığını bildirib. Dünənki iclasda, həmçinin, təqsirləndirilən Elnur Mirzəliyevin vəkili vəsatətlə çıxış edib. O, vəsatətində zərərçəkmiş Ruqayə Məmmədovanın və onun keçmiş həyat yoldaşının məhkəməyə çağırılmasını istəyib. Prokuror vəsatətin təmin olunmamasını xahiş edib. Digər vəkillər vəsatətin təmin olunmasını istəyiblər. Məhkəmə yerində müşavirə edərək qərara gəlib ki, vəsatət açıq saxlanılsın.
Proses oktyabrın 11-də davam etdiriləcək.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19

