Rusiya mətbuatı Əli Kərimlinin xəyanətkar sövdələşməsi haqqında yazır
05.10.2010 [10:32]
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda da xarici qərəzli dairələrlə əməkdaşlıq etmək istəyən, yalnız şəxsi maraqlarını düşünən, dövlət, xalq, milli maraqlar, ali dəyərlər haqqında düşünməyən “siyasətçi” var. Onun Azərbaycan cəmiyyətində heç bir sosial dəstəyi yoxdur. Keçirilən bütün seçkilərdə o, yalnız məğlub olub. Bu səbəbdən də, partiya lideri hakimiyyətə gəlmək üçün xarici dairələrin dəstəyinə ümid bəsləyir. Həmin “siyasətçi” AXCP sədri Əli Kərimlidir.
Xatırladaq ki, KİV-in etibarlı mənbəyə istinadən yaydığı məlumata görə, Əli Kərimli Qərb dairələri ilə yaxından təmaslar qurmaq və dəstək almaq üçün ciddi-cəhdlə çalışır. Mənbə bildirir ki, o, hakimiyyətə gəlmək üçün dəstək göstərilməsi müqabilində ciddi vədlər də verib. Həmin dairələrin ölkəmizdə maraqlarının təmin olunacağını vəd edən Əli Kərimli Azərbaycanın Dağlıq Qarabağ məsələsində istənilən güzəştə gedəcəyi öhdəliyini də üzərinə götürüb. Göründüyü kimi, AXCP lideri hakimiyyət arzularının reallaşması üçün istənilən addıma, hətta, Azərbaycanın maraqlarını zərbə altına qoymağa belə hazırdır...
... Müxalifət qəzetləri isə yenidən müxtəlif saxta materiallar əsasında ictimaiyyəti aldatmağa çalışırlar. Əgər Ə.Kərimli haqqında yazılanlar həqiqət deyilsə, nə üçün müxalifət qəzetləri bu qədər canfəşanlıq nümayiş etdirirlər. Deyək ki, bu qəzetlər qərəzli dairələrlə xəyanətkar sövdələşməyə gedən liderlərini müxtəlif əsassız materiallarla müdafiə etdilər. Bəs görəsən onlar Rusiyada fəaliyyət göstərən mətbuat orqanlarının materiallarına nə deyəcəklər?
Qeyd edək ki, artıq Əli Kərimlinin Qərbin maraqlı siyasi qrupları ilə xəyanətkar sövdələşməyə getməsi haqqında Rusiya mətbuatı da yazmağa başlayıb. Məsələn, “Vestikavkaza.ru” saytında dərc edilən məqalədə bildirilir ki, 2010-cu ilin 7 noyabrında Azərbaycanda parlament seçkiləri keçiriləcək: “Bu gün Azərbaycan parlamentində 125 yerdən 64-nü hakim partiya seçkilərdə qazanıb. Amma 12 müxalifət partiyası hələ də birləşməyi bacarmayıb”.
Məqalədə, həmçinin, Azərbaycanın praqmatik xarici siyasətindən də söz açılır: “Azərbaycan digər dövlətlərdən fərqli olaraq, proqnozlaşdırıla bilən xarici siyasət yürüdür, siyasi proseslərə praqmatik baxışı mövcuddur və özünün geoiqtisadi layihələrini düşünülmüş şəkildə reallaşdırır. Azərbaycan üçün yeganə həll olunmayan problem Dağlıq Qarabağ məsələsidir. Rusiyanın da güclü səylərinə baxmayaraq, görünür bu məsələdə staqnasiya müşahidə olunmaqdadır. Digər tərəfdən, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq prosesinə start verərkən, Azərbaycanın mövqeyi o qədər açıq və müşahidə edilən oldu ki, Türkiyənin prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan bu ölkəyə gəlməli oldu”.
Sözügedən məqalədə yazılır ki, belə bir vəziyyətdə Azərbaycanda parlament seçkiləri yaxınlaşır: “Hakimiyyətə rəqib isə müxalifətçi partiya bloklarıdır. Müxalifət liderləri Əli Kərimli və İsa Qəmbər Azərbaycanda hakimiyyət uğrunda 17 ildir ki, mübarizə aparırlar. Azərbaycanın siyasi məkanındakı siyasi qüvvələr isə dəyişməz olaraq qalır. Müxalifətin aktivləşməsi Azərbaycanın daxili və xarici siyasətinin tənqid edilməsi üzərində həyata keçirilir. Eyni zamanda, heç kəsə sirr deyil ki, müxalifətin aktivləşməsində Qərbin siyasi dairələri də müəyyən rol oynayır”.
Yazıda o da qeyd edilir ki, son bir neçə ay ərzində Qərb mətbuatında Azərbaycana qarşı materiallar da dərc edilib: “Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən müstəqil mətbuat vasitələri də yazırlar ki, Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə, rəsmi Bakının sərhəd məsələsindən və Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ortaya qoyduğu mövqedən geri çəkiləcəyini vəd edib. Müxalifət dairələrindən olan adı çəkilməyən mənbələrin məlumatına görə, bu cür sövdələşmə mümkün ola bilər. Yəni, Prezident İlham Əliyevlə siyasi mübarizənin perspektivsiz olduğunu anlayan Əli Kərimli qərəzli xarici dairələrə üz tutur. Necə deyərlər, “məqsəd vasitələri əsaslandırar”.
Məqalədə bildirilir ki, Prezident İlham Əliyevin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinin qarşısına qırmızı xətt çəkməsi, Qərbdə Azərbaycan Prezidentinə olan münasibəti formalaşdırdı: “Həqiqətən, ABŞ Dövlət Departamentinin rəhbəri Hillari Klintonun, daha sonra ABŞ prezidenti Barak Obamanın səylərinə baxmayaraq, normallaşma prosesi məqsədinə çatmadı”.
Məqalədə bildirilir ki, son 17 il ərzində yalnız müxalifətdə yer almış Əli Kərimli məqsədinə çatmaq üçün hər şey etməyə hazırdır: “Açıq-aydın bəllidir ki, əgər Əli Kərimli hakimiyyətə gələrsə, onun Dağlıq Qarabağ münaqişəsində və sərhədlərin açılması məsələsində güzəştə getməsi perspektivləri daha genişdir”.
Son olaraq, məqalədə vurğulanır ki, əgər müxalifət hakimiyyətə gələrsə, Prezident İlham Əliyevin Azərbaycanın xarici siyasətindəki göstərilən istiqamətlərə münasibətdə prinsipiallıq nümayiş etdirməsi sonda xəyanətlə üzləşə və Qərbin ideyalarından doğan Kosovo ssenarisinə yaxınlaşma baş verə bilər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

