Ölkə bloklama yolu tutur
01.04.2022 [10:20]
Ə.Amaşov: Bu məqam RJİ rəhbərliyinin diqqətinə çatdırılmalıdır və çatdırılacaq da
Ölkəmizdə fəaliyyət göstərən bəzi rusdilli saytların Rusiya ərazisində fəaliyyəti dayandırılıb. Bununla bağlı bir neçə gün bundan öncə Azərbaycan jurnalist təşkilatları Rusiyanın əlaqədar dövlət qurumlarına və beynəlxalq media ictimaiyyətinə müraciət ünvanlayıb. Bəyanatda qeyd edilib ki, “Roskomnadzor” rus dilində həqiqətləri yayan KİV-ləri, o cümlədən Azərbaycanın xəbər portallarını bloklamaqla söz azadlığını, plüralizm prinsiplərini pozur, demokratiyaya zidd hərəkətlər edir.
Azərbaycan Mətbuat Şurasının bəyanatına cavab özünü çox gözlətməyib. Rusiya Jurnalistlər İttifaqı MŞ sədri Əflatun Amaşova ittifaqın sədri Vladimir Solovyovun imzası ilə məktub göndərib. Məktubda deyilir ki, müxtəlif fikir, düşüncə və baxışların konstruktiv dialoqa və qarşılıqlı hörmət prinsipinə xələl gətirməməsinin vacibliyinin ittifaqa üzv təşkilatlar, Rusiyanın müxtəlif bölgələrindən olan jurnalistlər tərəfindən dəstəkləndiyi vurğulanıb və İttifaqın Şura ilə mövcud istiqamətdə dialoqa hazır olduğu önə çəkilib. RJİ bu prinsipə söykənərək Azərbaycan əhalisinin Ukraynada baş verən proseslərdən obyektiv şəkildə məlumatlandırılmasının vacibliyindən söz açıb.
Rusiya Jurnalistlər İttifaqının məktubunda, həmçinin qurum tərəfindən ən qısa zamanda Bakıya səfər təşkil etməyə, Rusiya Jurnalistlər İttifaqının üzvləri və rusiyalı ekspertlər tərəfindən vəziyyəti dəyərləndirmək üçün müzakirələr aparmağa hazırlıq ifadə olunub. “Əminik ki, biz birlikdə yaranmış müvəqqəti çətinlikləri aradan qaldıra, ənənəvi dostluq və əməkdaşlıq əlaqələrini davam etdirə biləcəyik”, - deyə məktubda vurğulanıb.
“Yeni Azərbaycan” olaraq məsələ ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşovun münasibətini öyrənməyə çalışdıq.
-RJİ-nin mövqeyi Azərbaycan Mətbuat Şurasını qane edirmi?
Qurum öz mövqeyini açıqlayıb. Biz bəyanatımızda Azərbaycan ictimaiyyətinin kütləvi informasiya vasitələrimizin Rusiya ərazisində yayımının məhdudlaşdırılmasından narahatlığını qəti şəkildə vurğulamışdıq. Müəyyən qədər sərt sayıla biləcək ritorikaya yol vermişdik. RJİ isə cavabında kifayət qədər təmkinlidir.
Digər tərəfdən, məsələyə konkret yanaşsaq, RJİ əslində tam anlamda bizim bəyanatımıza cavab vermiş sayıla bilməz. Qurumun məktubunun mətni diplomatik səciyyə daşıyır. Problem müəyyən mənada kənara qoyulur. Yəni Azərbaycan KİV-lərinin üzləşdikləri durumla əlaqədar fikir açıqlanmır. Ümumən söz və ifadə azadlığına dair məsələlərin onlar üçün də aktuallığı önə çəkilir. Belə görünür ki, təşkilat Rusiya tərəfindən Azərbaycan saytlarının bloklanmasına reaksiya vermək istəmir, yaxud ehtiyac duymur. Bu, haradasa anlaşılandır. Həm də ona görə anlaşılandır ki, Rusiyada 2012-ci ildən başlayaraq media qanunvericiliyinə, eləcə də digər qanunlara edilən dəyişikliklərdə KİV və jurnalist fəaliyyətinin müxtəlif formaları bu və ya digər şəkildə məhdudlaşdırmalara məruz qalır. Görünür, RJİ məsələyə mövcud prizmadan yanaşır. Yəni qanunun aliliyini əsas götürür. Ancaq qurumun cavabına ona görə diplomatik deyirəm ki, orada Rusiya qanunları baxımından əsaslandırmalar yoxdur. Fikrimcə, bu, ola bilərdi. Əlbəttə, o da mümkündür ki, həmin qanunlarda bizim qaldırdığımız konkret məsələ ilə əlaqədar məqamlar yer almadığından RJİ əsaslandırma apara bilməyib. Müxtəlif versiyalar irəli sürə bilərik.
Hər bir halda ümumən məktubda vurğulananları faydalı hesab etmək olar. Götürək, Rusiya jurnalistlərinin Bakıya səfərlərinin təşkilini və azərbaycanlı həmkarları ilə birgə müzakirələrin aparılmasını. Düşünürəm ki, bu, kifayət qədər vacibdir. Özü də yalnız indi yox, iki ölkənin media təmsilçiləri arasında təmaslar hər zaman aktualdır. Yeri gəlmişkən, Rusiya Jurnalistlər İttifaqı ilə Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu mövcuddur. Həmin sənəddə də qarşılıqlı jurnalist səfərləri nəzərdə tutulub. Yəni işə başlamaq üçün belə demək mümkünsə, hüquqi bazaya malikik.
-Mətbuat Şurası RJİ-nin məktubuna cavab göndərəcəkmi?
- Əlbəttə, Rusiya Jurnalistlər İttifaqının məktubuna cavab verməyi düşünürük. Burada bir vacib məqamı vurğulamaq istərdim. Əslində qeyd edəcəklərim, eyni zamanda, bizim RJİ-yə cavabımız kimi qiymətləndirilə bilər. Bilirsiniz və az əvvəl də qeyd etdim ki, Rusiyada media fəaliyyətinə məhdudiyyətlər çoxdur. Təbii, dövlət öz maraq və mənafelərini düşünə bilər. Amma nəzərə alaq ki, məhdudiyyətlər istər-istəməz bu və ya digər məsələ ilə əlaqədar alternativ fikrin yayımına maneçilik törədir. Plüralizm isə medianın təbiətindən irəli gələn xüsusiyyətdir. Yəni indiki Rusiya-Ukrayna müharibəsində Azərbaycanın media orqanları üçün istinad mənbələri çox vacibdir. Baxırıq ki, bizim KİV-lər əsasən Ukrayna mənbələrinə əsaslanırlar. Niyə? Çünki Ukrayna media fəaliyyətinə sərbəstlik verib. Baxmayaraq ki, müharibə onun ərazisində gedir. Yadınızdadırsa, Azərbaycan dövləti də 44 günlük müharibə gedişində hər hansı istər yerli, istərsə də xarici media orqanının fəaliyyətini əngəlləmədi. Təbii, ayrı-ayrı KİV-lərlə profilaktik söhbətlər aparmaq zərurəti yarandı. Yəni ümumən dövlətimiz plüralist fikrə meydan tanıdı. Halbuki müharibə Azərbaycan ərazisində aparılırdı və dövlətin ixtiyarı var idi ki, məhdudlaşdırmalara getsin. İndiki halda müharibə Rusiya ərazisində getmir. Ancaq ölkə bloklama yolu tutur. Həm əks mövqe yayan Rusiyanın özünün KİV-ləri, həm də xarici media orqanları əngəllənir. Belə olan halda nəinki Azərbaycan KİV-ləri, habelə digər ölkələrin KİV-ləri sadəcə məcburdurlar ki, informasiyanı Ukrayna mediasından alsınlar. Düşünürəm ki, bu məqam RJİ rəhbərliyinin diqqətinə çatdırılmalıdır və çatdırılacaq da.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15

