Əli Kərimlinin daha bir qeyri-qanuni əməli etiraf olundu
08.10.2010 [11:06]
Müxalifət liderlərinin rəhbərlik etdikləri siyasi təşkilatlarda diktatura rejimi yaratmaları, istər partiyalarının, istərsə də nəzarətlərində olan mətbu orqanların büdcələrindən pul mənimsəmələri ilə bağlı mətbuatda zaman-zaman fikirlər bildirilib, rəylər açıqlanıb. Məsələn, bir müddət öncə, Rusiyada yaşayan iş adamı Sakit Allahverdiyev AXCP sədri Əli Kərimlini analoji büdcə oğurluğunda ittiham etmişdi. S.Allahverdiyev “Azadlıq” qəzetinin problemlərinin həlli ilə bağlı verdiyi pulun son qəpiyinə qədər Ə.Kərimli tərəfindən mənimsənildiyini və qəzetin kollektivinə çatdırılmadığını bildirmişdi.
Bu dəfə isə oğurluq və mənimsəmə faktı ilə bağlı mətbuatda çıxış edən “Azadlıq” qəzetinin keçmiş əməkdaşı Sakit Zahidov (Mirzə Sakit) olub. S.Zahidovun hər kəsə bəlli olan, amma AXCP-çilər və “Azadlıq” qəzetinin kollektivi tərəfindən etiraf edilməyən faktların üstünü açmasına səbəb ona işlədiyi qəzetdən arayış verilməməsi olub. Diqqətə çatdıraq ki, S.Zahidov 2010-cu parlament seçkilərində namizəd olaraq iştirak etmək üçün qəzetdən arayış almaq istəyib, amma bu zaman bəlli olub ki, sən demə o, ümumiyyətlə bu qəzetin işçisi olmayıb, mətbu orqanla sadəcə əməkdaşlıq edirmiş: “Həbsdə olanda “Azadlıq” qəzetinin matah əməkdaşı idim. çünki bu rəhbərliyə sərf edirdi. Artıq hamıya məlumdur ki, mən həbsdən azad olunandan sonra “Azadlıq” qəzetindən uzaqlaşdırıldım. Yazılarımı vermədilər. Görünür, xarici təşkilatlardan qrant alıb yeməkdən ötrü qəzet rəhbərliyinə mənim həbsdə qalmağım daha çox sərf edirmiş. çünki həbsdən azad olunandan sonra məni işdən uzaqlaşdırdılar. Sənəd gərək olanda isə bəlli oldu ki, heç mən bu qəzetin işçisi olmamışam. O zaman qəzet rəhbərliyindən soruşuram, bəs niyə görə, həbsdə olanda məni qəzetinizin əməkdaşı adlandırırdınız, buna israr edirdiniz, yəni mənə verdiyiniz arayışdakı kimi təqdim etmirdiniz?”
Maraqlı sualdır. Həqiqətən də, S.Zahidov bir neçə il öncə narkotik məsələsi ilə əlaqədar həbs edilmişdi. Həmin vaxt AXCP rəhbərliyi onu ciddi-cəhdlə “siyasi məhbus” qismində təqdim etməklə öz məkrli siyasi oyununu aparır, ölkənin imicinə zərbə vurmaq istəyirdi. Bu gün isə AXCP-nin yalanları meydana çıxır. Demək, S.Zahidov heç “Azadlıq” qəzetinin əməkdaşı deyilmiş...
KİV-ə açıqlamasında S.Zahidov “Azadlıq” qəzetinin rəhbərliyinin, AXCP sədrinin ölkəmizin milli problemi olan Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı ilə bağlı yazılara fərqli münasibət sərgilədiyini də qeyd edib: “Almaniyanın mərkəzində Xocalı faciəsiylə bağlı imza toplama kampaniyası keçirtdik. 5 mindən çox imza topladıq. Hətta bütün bu kimi tədbirlərin də qəzetdə getməsinə qadağa qoyuldu. Mənimlə yanaşı, Almaniyada, eləcə də, dünyanın başqa ölkəsində yaşayan həmvətənlərim bu tədbirlərin “Azadlıq”da nədən işıqlandırılmamasıyla maraqlanırdılar. Hər gün orda yaşayan azərilər qəzetin internet saytında bu barədə xəbərləri axtarırdılar, amma tapmırdılar. Axı Xocalı bizim və insanlığın faciəsidir, heç olmasa, bu xəbəri verəydilər”...
Göründüyü kimi, artıq şərhə ehtiyac yoxdur.
Qəzet əməkdaşlarının yaranan bu acınacaqlı, qeyri-demokratik vəziyyətə etiraz edə bilməməsi isə onların işlərini itirmə təhlükəsi ilə bağlıdır. Bunu da S.Zahidov deyib. Daha doğrusu, sözügedən müsahibəsində o, bildirib ki, Ə.Kərimlinin qəzetdəki idarəçisi Rövşən Əhmədov hamını işdən qovulacağı ilə təhdid edib: “Azadlıq” qəzetinin rəhbərliyi elə bir şərait yaradıb ki, bir-iki nəfəri çıxmaq şərtilə işçilər maaşlarının kəsiləcəyindən və iş yerini itirəcəyindən qorxub səsini çıxarmır. Budurmu, demokratiya?”
Qəzetə gələn pullar isə partiya rəhbərliyi, şəxsən Ə.Kərimli tərəfindən mənimsənilir. S.Zahidov bildirib ki, Ə.Kərimli hətta xarici təşkilatların qəzetə etdiyi yardımları da son qəpiyinə qədər mənimsəyir, qəzetə vermir: “Son bir ildə izləmişəm, üst-üstə “Azadlıq” qəzetinə 100 mindən çox pul gəlib. Gerd Butserius Fondunun “Şərqi Avropada azad mətbuat” pul mükafatı, KİV-ə Dəstək fondu, Prezidentin yardımıyla birgə bu qədər məbləğin üstünə qəzet satışından da əldə edilən gəliri gələk. Hanı bu qədər pul? Hara axır? Qəzetin gəliri şəffaf olmadığından və şəffaflığa nəzarət mexanizmi olmadığından bu pulları işçilər görmür. Təsəvvür edin ki, ölkədə heç bir qəzetin redaksiyası “Azadlıq”ın redaksiyası qədər çirkli və antisanitar vəziyyətdə deyil. “Azadlıq”ın rəhbərliyi redaksiyada siçovulların, tarakanların işçilərin əl-ayağına dolaşmasına adi baxırlar. Hətta bu redaksiyanın adicə tualeti də yoxdur. Qapını açanda zibil vedrəsindən daşan zibil üstünə gəlir. çünki bu qədər gəlirlə 10 manatlıq zibil vedrəsini alıb redaksiyaya qoymurlar. Etiraz edən işçilərə isə qəzetin bütün rəhbərliyini əlinə alan Azər Əhmədov belə deyir: “Heç kimi məcbur saxlamırıq, kim qəbul etmirsə, çıxıb getsin”. Axı rəhbərlik niyə görə, bu pulların hara getdiyini açıqlamır”.
Əli Kərimlinin bu oyunlarda, mənimsəmələrdə rolu isə hər zaman olduğu kimi aşkardır. S.Zahidov bildirib ki, ona çatacaq pul məhz Ə.Kərimli tərəfindən mənimsənilib və bu günə qədər də verilmir: “Azadlıq” qəzetinə Gerd Butserius Fondunun “Şərqi Avropada azad mətbuat” pul mükafatı veriləndə mən həbsdə idim. Təşkilatın əməkdaşları bizim evdə olublar və o zaman bu mükafatın 10 min avrosunun mənə verildiyini bildiriblər. Telefon danışığı zamanı AXCP-nın sədri Əli Kərimli də mənə dedi ki, Norveçin verdiyi mükafatın on mini sənindir. Lakin sonralar Əli bəy bu sözünü dandı və dedi ki, mən bu pulu deməmişəm, başqa mükafatdan danışırdım. Amma nədənsə Əli Kərimli bu günə qədər söhbətin hansı puldan və mükafatdan getdiyini mənə deməyib. O zaman bu pulu cibinə basmaq istəyənlər öz adlarını mənə qoyub aləmə car çəkdilər ki, Mirzə Sakit pula göz dikib”.
Bəli, yenə də eyni motiv, yenə də eyni ittihamlar. Bu dəfə ittihamı səsləndirən isə Ə.Kərimliyə daha yaxın insandır. Demək, Ə.Kərimlinin yaratdığı despot vəziyyət elə bir hala gəlib çıxıb ki, S.Zahidov cana doyub bütün faktları açıqlayıb. Partiya sədrinin işçilərin puluna göz dikməsi, qəzetə gələn pulları oğurlaması, qəzetin büdcəsini talaması bir siyasətçiyə yaraşan əməllərdirmi? Qorxu rejimi yaratmaqla insanları özündən asılı vəziyyətə salmaq nə vaxtdan “demokratiya” adlanır. Budurmu, Ə.Kərimlinin partiyasındakı “demokratiya”? “Sem dayı”nın pullarını tək yeməyə adət etmiş Ə.Kərimli hakimiyyətə gəlib xalqı bu vəziyyətə salmaqmı istəyir? Qəribədir, bu gün ətrafındakı 5-10 adamın haqqını yeyən, öz siyasi ambisiyası üçün çirkin oyunlarında onlardan istifadə edən birisi nə üzlə bu xalqın qarşısına çıxır?
Görəsən, dünənə qədər ona qarşı irəli sürülən iddialara ciddi-cəhdlə etiraz edən Ə.Kərimli bu dəfə nə deyəcək? Axı bu dəfə onu ittiham edən ən yaxın dostu Mirzə Sakitdir...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 22:54
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50

