Leyla Əliyeva əlaçı tələbələrə RAGT-ın mükafatlarını təqdim edib
19.10.2010 [09:18]
Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının çoxşaxəli fəaliyyəti və müxtəlif sahələrdə planları barədə ətraflı məlumat verib. O, vurğulayıb ki, bu il mayın 22-də Moskvada RAGT-ın yaradılmasının 1-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. Tədbirə təkcə Moskva və Sankt-Peterburqdan deyil, İvanovodan, Tverdən, Vladivostoktdan, Yekaterinburqdan və Rusiyanın digər regionlarından yüzlərlə qonaq gəlmişdi. Leyla Əliyeva deyib: “Gördüyünüz kimi, RAGT-ın coğrafiyası daim genişlənir və bu, çox sevindirici haldır. Bu gün Azərbaycanın gənclər klubları Rusiyanın bir çox təhsil müəssisəsində fəaliyyət göstərir və gənclərimizin Vətənimizi müxtəlif ali məktəblərdə layiqincə təmsil etmək imkanı vardır”.
RAGT-ın fəaliyyətindən danışan L.Əliyeva bildirib ki, təşkilat müxtəlif sahələrdə mütəmadi olaraq çoxlu tədbirlər - konsertlər, seminarlar, konfranslar, fotosərgilər, Azərbaycan mədəniyyəti günləri və həftələri keçirir. Leyla Əliyeva deyib: “Təşkilatımızın fəaliyyətinin başlıca istiqamətlərindən biri Heydər Əliyev Fondu ilə birlikdə keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasıdır. Tədbirdə məqsəd Azərbaycanın bu şəhərində 1992-ci ildə baş vermiş faciəli hadisələr barədə bütün qitələrin sakinlərinə həqiqəti çatdırmaqdır. RAGT gənclərimizin iştirakı ilə keçirilən bütün idman tədbirlərini dəstəkləyir və sağlam həyat tərzini təbliğ edir. Bu həftə Seçenov adına Moskva Dövlət Tibb Universitetində İçV/QİçS probleminə həsr olunmuş konfrans keçirilmişdir. İndi fəallarımız müxtəlif regionlarda olacaq, ayrı-ayrı ali tədris müəssisələrində və məktəblərdə gənclərə bu virus barədə məlumat verəcəklər. Bildiyiniz kimi, artıq bir neçə ildir ki, RAGT-ın saytı fəaliyyət göstərir və onun istifadəçilərinin sayı daim artır. Yaxın gələcəkdə saytda RAGT-televiziya açılacaq. Burada fəallarımızın özlərinin çəkdiyi videosüjetlər yayımlanacaqdır. Bu il RAGT-ın jurnalının birinci nömrəsi çapdan çıxıb. Nəşrdə gənclərin həyatının müxtəlif sahələrini işıqlandırmağa çalışmışıq”.
Leyla Əliyeva qeyd edib ki, jurnalın yeni nömrəsi hazırlanır. O, maraqlı ideya və təklifləri jurnala göndərməyi təklif edib və onların arasından ən maraqlılarının dərc olunacağını vəd edib. Leyla Əliyeva bildirib ki, yaxın gələcəkdə Moskvadakı Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan zalı açılacaq. Burada Azərbaycan ədəbiyyatı geniş təmsil olunacaq. O, deyib: “RAGT orada konfranslar, seminarlar, Azərbaycan dili, tarixi dərsləri təşkil edəcəkdir. Əlbəttə, biz təkcə həmyerlilərimizi deyil, bütün dostlarımızı orada görməyə şad olarıq”.
RAGT-ın rəhbəri qeyd edib ki, 2009-cu ildə RAGT əlaçı tələbələr üçün mükafat təsis edib. Bundan əlavə, Heydər Əliyev Fondu aztəminatlı ailələrdən olan tələbələr üçün illik təqaüd ayırıb. O, deyib: “ümidvaram ki, bu, tələbələrimiz üçün əlavə stimul olacaq və təhsildə və bütün digər işlərində daha yüksək nəticələr əldə etməkdə onlara kömək edəcəkdir”.
Leyla Əliyeva bütün gəncləri RAGT ilə daha sıx əməkdaşlığa çağıraraq vurğulayıb ki, qarşıda çoxlu planlar, ideyalar və layihələr var. O, deyib: “Mən ölkəmizin, Vətənimizin rifahı naminə fəal işinizə və səylərinizə görə hamınıza təşəkkürümü bildirmək istəyirəm. RAGT-ın qapıları hamının üzünə açıqdır və biz bütün işlərinizdə sizə yardım etməyə və sizi dəstəkləməyə hazırıq”.
Sonra mükafatlar təqdim olunub. Leyla Əliyeva RAGT-ın “Əlaçı mükafatı”nı, habelə Heydər Əliyev Fondunun mükafatlarını təqdim edib. Təqdimat mərasimindən sonra Rusiya Humanitar Universitetinin 2-ci kurs tələbəsi Jalə Cavadova, Birinci Moskva Tibb Universitetinin 5-ci kurs tələbəsi, Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı xətti ilə təhsil alan Mirtapdıq Talıbov, habelə valideyn Mahirə Cəlilova çıxış ediblər. Onlar ölkə vətəndaşlarının Rusiyada təhsili üçün yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə, RAGT-a və üAK-a təşəkkürünü bildiriblər. üAK-ın təhsil komitəsinin sədri Tofiq Məlikov Konqres adından əlaçı tələbələri təbrik edib. O, xüsusi vurğulayıb ki, üAK-ın səyləri müsbət nəticələr verir və bu gün Rusiyanın ali məktəblərində 196 azərbaycanlı təhsil alır.
Görüşün sonunda üAK-ın prezidenti Məmməd Əliyev bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan vətəndaşlarının dünyanın ən yaxşı ali məktəblərində təhsil alması arzusu uğurla həyata keçirilir. Qeyd olunub ki, “Lukoyl” Xeyriyyə Fondu da aztəminatlı ailələrdən olan tələbələr üçün xüsusi təqaüdlər təsis edib. Bundan əlavə, üAK-ın prezidenti Məmməd Əliyev ali tibb məktəbində təhsil alan və maddi dəstəyə ehtiyacı olan iki tələbə üçün təqaüd ayırıb. Görüş tələbələrin iştirakı ilə maraqlı konsert proqramı ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42

