İsa Qəmbər və Əli Kərimlinin ətrafı...
22.10.2010 [11:47]
Heç kəsə sirr deyil ki, Azərbaycanın bir sıra müxalifət partiyaları xalqımızın maraqlarını qorumaq, seçicilərin etimadını qazanmaqdansa, bəzi maraqlı Qərb dairələrinin çirkin, ölkəmizin mənafeyinə zidd olan oyunlarında yer almağı daha üstün tuturlar. Bu partiyalar öz “mübarizəsini” yalnız qara piar, kampaniyalarının əsasında qurur. Hər addımda pafosun arxasında gizlənməyə çalışan, seçki dövründə “yerlə-göyü birləşdirəcəyini” vəd edib, yalan rəqəmlər səsləndirməklə divident qazanmağa çalışan belələri bəzən çəkinmədən xalqın adından danışır, özünü şişirtməyə çalışır. Təəssüf etmək gərəkir ki, belələri siyasi mübarizə anlayışını yalnız qeyri-sivil metodların arasında axtarır, əksər hallarda ölkənin qanunlarını pozmağı siyasi mubarizə ilə sinonimləşdirir. Hətta bir çox məqamlarda öz keçmişini, indisini, atdığı addımları, etdiyi səhvləri unudan, ölkənin, millətin düşmənləri ilə isti münasibətlər quraraq “dostluq sazişləri” belə bağlayanlar ölkənin inkişafının təminatı olan, demokratik cəmiyyətin qurulması uğrunda illərdir planlı iş aparan, hüquqi dövlət quruculuğu sahəsində əsaslı islahatlar həyata keçirən Azərbaycan hakimiyyətinə qara yaxmaqdan əl çəkmirlər.
Davam edən seçki prosesində müxalifətin bir sıra üzvlərinin haqsız ittihamlarının, yalan bəyanatlarının az şahidi olmamışıq. öz təbliğatını gördüyü və ya görəcəyi işlərlə deyil, hakimiyyətin üstünə böhtan atmaq “planı” üzərində quran isa qəmbərlər və ətrafı bir anlıq geriyə çevrilib öz ətraflarına diqqət salsalar, nəyin şahidi olacaqlarını yaxşı bilərlər. Amma onlar geriyə çevrilməkdən qorxurlar. çünki geridə 1992-93-cü illərdə xalqa etdikləri zülm, yaratdıqları vətəndaş müharibəsi, xalqın əmlakını talan etmə faktları və digər günahları onların gözünə görünə bilər...
Bəli, öz ətraflarındakı çirkinlikləri görə bilməyənlər ölkədə görülən işlərin üstündən qara xətt çəkməyə çalışırlar. Əlbəttə ki, bunu bacara bilməyən müxalifət rəhbərləri düşünmürlər ki, onların ətraflarının etdikləri istər partiyalarının, istər liderlərinin, istərsə də özlərinin üstlərindən artıq yekə bir qara xətt çəkib. Bu ölkəyə əxlaq dərsi keçməyə çalışan, siyasi əxlaqdan dəm vuran Əli Kərimlinin mətbu “ruporu” Azər Əhmədovun sosial şəbəkələrdə yayımlanan videokadrlarını görəsən, düşərgə təmsilçiləri necə qarşılayırlar? Adi insani əxlaqın pozulduğu yerdə hansı siyasi əxlaqa iddia edirlər? Hələ üç il öncə Q.Zahidin “3 palma” sərgüzəştlərini “qurama” adlandıran, Xocalı faciəsini bu cür “dərdlə” qeyd edən A.Əhmədov indi niyə çıxıb açıqlama verib bunu montaj adlandırmır? Budurmu, İsa Qəmbərin və özünə birləşdirməyə çalışdığı Əli Kərimlinin ətrafı?
Və ya elə A.Əhmədovu “3 palma” restoranında tək qoymağa ürək etməyən baş redaktor Qənimət Zahid yaddan çıxarıbmı o əhvalatı? Xocalı soyqırımını “özünəməxsus” şəkildə qeyd edən baş redaktor ətrafına çevrildiyi liderinə hansı “dividenti” bəxş etdiyi yəqin ki, bir tək özlərinə bəllidir...
Təbii ki, bu arada Ruslan Bəşirlini də unutmaq olmaz. Nə etsin, bu gün ermənilərlə dostluq sazişi bağlayan müttəfiqi İsa Qəmbərin atdığı addımı R.Bəşirli bir az başqa formada ortaya qoymuşdu. Düşmənlərlə iyrənc danışıq aparan, düşmən pulu ilə həyat qurmağa çalışan R.Bəşirlinin erməni casusları ilə “konyak içib konfet yeməsindən” yəqin ki, liderinin də xəbəri var. Pul bölüşdürməsindən də xəbərsiz olmazdı güman ki... çünki sonradan qəzetlərə müsahibə verən Mirzə Sakit və digərləri istər AXCP-yə, istərsə də “Azadlıq” qəzetinə gələn pulların qəpiyinə qədər Ə.Kərimli tərəfindən mənimsənildiyini deyirdilər...
O ki qaldı, Ə.Kərimlinin bu gün dəmir barmaqlıqlar arasında oğurluqda günahlandırılan müşavirinə... Bəli, AXCP sədrinin müşaviri oğurluqda günahlandırılır. Başqasının malına göz dikən, qanunu pozan və ən əsası cinayət törədən Qabil Məmmədrzayev kimin ətrafıdır? Ə.Kərimlinin və müttəfiqi İsa Qəmbərin ətrafı deyilmi? Q.Məmmədrzayevin oğurladığı pulların Sakit Allahverdiyevin “Azadlıq” qəzetinə hədiyyə etdiyi pulların aqibətini yaşamadığı kimə bəllidir?
Bəli, sizin ətrafınız öz seçdiyinə, yəni, sizlərə layiqdir. Bu misalları çoxaltmaq da olar. Dəvəquşunun misalındakı kimi elə bilməsinlər ki, heç kim onların etdiklərini görmür... Mübarizə məsələsinə gəldikdə isə onlar, ilk növbədə öz əxlaqlarını əsir götürmüş qara ləkələrlə mübarizə aparsalar yaxşıdır...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12

