Beycan İlyas: Azərbaycan türk dünyasının çox önəmli dövlətlərindən biridir
12.05.2022 [10:45]
Mayın 11-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Makedoniya Türk Demokrat Partiyasının sədri, millət vəkili Beycan İlyas və Türk Demokrat Partiyasının sədr müavini, Şimali Makedoniyanın əmək və sosial siyasət nazirinin müavini Enver Hüseyin ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, qonaqlara Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını çatdıran Musa Quliyev Azərbaycan ilə Şimali Makedoniya arasındakı dost və qardaş münasibətlərdən danışıb. Makedoniya öz müstəqilliyini elan etdikdən qısa müddət sonra ölkələrimiz arasında diplomatik əlaqələrin yarandığından bəhs edən M.Quliyev bildirib ki, Azərbaycan ilə Makedoniya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq inkişaf edir.
Görüşdə qarşılıqlı səfərlərin və görüşlərin önəmi vurğulanıb. Qeyd edilib ki, iqtisadiyyat, ticarət, turizm sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün bir çox imkanlar mövcuddur. Eyni zamanda, sosial, humanitar sahələrdə də qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
İki ölkə arasında əlaqələrin genişləndirilməsində parlamentlərin xüsusi rolundan danışan komitə sədri Milli Məclisdə Şimali Makedoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun fəaliyyətindən danışıb. Deputatlarımızın həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığının əhəmiyyətli olduğunu bildirib. Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil etdiyini deyən M.Quliyev Makedoniya Türk Demokrat Partiyası ilə əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini bildirib.
Sonra komitə sədri 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən bəhs edib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı 30 illik erməni işğalından azad etdiyini, ərazi bütövlüyümüzü bərpa etdiyini vurğulayıb. Hazırda Qarabağda yenidənqurma və abadlıq işlərinin sürətlə həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu sahədə Makedoniya şirkətləri də yaxından iştirak edə bilərlər.
Makedoniya Türk Demokrat Partiyasının sədri, millət vəkili Beycan İlyas səmimi görüşə görə minnətdarlığını bildirərək, ölkəmizə ilk dəfə səfər etdiklərini və bu səfərin Yeni Azərbaycan Partiyası vasitəsilə baş tutduğunu bildirib. Qonaq iki partiya arasında əlaqələrin dövlətlərimiz arasında münasibətlərin möhkəmlənməsinə xidmət etdiyini, bu baxımdan imzalanan Əməkdaşlıq Memorandumunun önəmli olduğunu söyləyib.
Beycan İlyas Azərbaycanın türk dünyasının çox önəmli dövlətlərindən biri olduğunu və ölkələrimizin tarixi, mədəni, dil, din baxımından yaxın olduqlarını söyləyib. O, Şimali Makedoniyanın Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu və siyasi əlaqələrin möhkəmləndirilməsinin önəmini qeyd edib. Qonaq parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edib.
Səfər çərçivəsində keçirdikləri görüşlərdən danışan Beycan İlyas iki ölkə arasında iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Qonaq Azərbaycanın sürətli inkişafından məmnunluq duyduğunu söyləyib, Bakı ilə bağlı xoş təəssüratlarını bölüşüb. O, ölkəmizin Qarabağda əldə etdiyi Qələbə münasibətilə təbriklərini çatdırıb və bu Zəfərdən qürur duyduqlarını vurğulayıb.
Milli Məclisin deputatı Hikmət Məmmədov Azərbaycanın və Şimali Makedoniyanın multikultural ölkələr olduqlarını bildirib. Azərbaycanda multikultural dəyərlərə böyük önəm verildiyini, burada bir çox xalqların nümayəndələrinin firavan yaşadığını diqqətə çatdırıb. O, Şimali Makedoniyanın Balkan regionunda türk mədəniyyətinin inkişafı baxımından əhəmiyyətli rolundan danışıb.
Şimali Makedoniyanın əmək və sosial siyasət nazirinin müavini Enver Hüseyin çıxışında ölkəsinin Azərbaycanla ortaq dəyərləri paylaşdığını söyləyib, türklərin Makedoniyanın ictimai-siyasi həyatında fəal iştirak etdiklərini bildirib. O, türk dövlətləri arasında əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb. Qonaq Azərbaycanda gedən hərtərəfli inkişafdan söhbət açaraq, xüsusilə DOST mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olduğunu və bunu təqdir etdiyini söyləyib.
Görüşdə iştirak edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri, Milli Məclisin YAP Ərazi Partiya Təşkilatının sədri Adil Vəliyev ölkələrarası və parlamentlərarası əlaqələr, qanunvericilik sahəsində əməkdaşlıqla bağlı fikirlərini bölüşüb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

