Avropa İttifaqı geri çəkilir
12.05.2022 [10:55]
Türkiyə Ukrayna böhranının əsas tənzimləyicisinə çevrilir
P.İSMAYILOV
Rusiya - Ukrayna qarşıdurmasının sülh yolu ilə nizamlanması ümidi günü-gündən azalmaqdadır. Hərbi əməliyyatların daha da aktivləşməsi fonunda tərəflərin danışıqlar masası arxasında razılığa gəlməsi üçün mütləq şəkildə vasitəçilərə ehtiyac duyulur. Bu mənada, yalnız Türkiyənin addımları təqdiredici sayıla bilər. Bunu, Avropa İttifaqı (Aİ) da təsdiqləyir. Belə ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bildirib ki, Avropa İttifaqı Rusiya ilə Ukrayna arasında danışıqlarda vasitəçi ola bilməz. O, qeyd edib ki, danışıqların nəticəsini yalnız Ukrayna, Rusiya və vasitəçi müəyyən etməlidir. “Biz yox. Rusiyalıları biz qəbul etməyəcəyimiz kimi Rusiya da bunu qəbul etməyəcək”, - Borrel deyib. Eyni zamanda, o, əlavə edib ki, Çin də Rusiyaya meyil etdiyi üçün vasitəçi kimi uyğun deyil. “Türkiyə orada çox yaxşı işlər görür. Hər iki tərəflə yaxşı münasibətləri var”, - deyə Borrel vurğulayıb. Aİ rəsmisi bu işdə ən yaxşı vasitəçi BMT-nin ola biləcəyini də istisna etməyib.
Maraqlıdır ki, hər zaman münaqişələrin həllində daha aktiv görünən Avropa bu dəfə arxa planda dayanmaq niyyətindədir. Əvəzində isə, Türkiyənin prosesdəki rolunun daha da artmasını arzulayırlar. Bu nədən qaynaqlanır?
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq Yeganə Hacıyeva bildirib ki, Aİ-nin Ukrayna böhranında nizamlayıcı funksiyasından kənarda qalmasının bir sıra səbəbləri var. Onun sözlərinə görə, münaqişənin qlobal təhlükəsizlikdəki yerinə nəzər salmaq lazımdır. Ukraynanın istər su, istərsə də quru sərhədləri Avropa üçün tranzit xarakteri daşıyır: “Son üç ayda istər neytral, istərsə də Ukraynaya bağlı sulardakı daşınmalara nəzarət itib. Başqa sözlə, sosial əhəmiyyətli daşınmalarda vacib koridor sayılan Ukraynanın su və quru yolları bu gün üçün nəzarətsizdir. Bu nəzarətsiz yollar isə ya Avropaya gedir, ya da Avropadan gəlir. Yəni, Avropanın təhlükəsizliyi məsələsi ön plana çıxır. Digər tərəfdən, Aİ münaqişə ilə bağlı 2014-cü ildən ortaya mövqe qoyub. Xatırlayaq ki, ATƏT coğrafiyası çərçivəsində nizamlama formatı sayılan Minsk formatı bu məsələyə tətbiq olunsa da, özünü doğrultmadı. Çünki kənar təsirlərin və oyunçuların nizamlanma prosesinə cəlb olunması kənar maraqların cəlb olunması demək idi. Bu isə təbii ki, nə Ukraynanı, nə də Rusiyanı qane etmir. Borrelin səsləndirdiyi fikirlər də təsdiq edir ki, Aİ bu münaqişənin nizamlanmasında yetərincə iştirak edə bilmir”.
Y.Hacıyeva qeyd edib ki, mövcud narahatlıqların, müharibənin, dağıntıların fonunda Aİ Ukraynaya yalnız maliyyə və digər müstəvidə dəstək olur. Hətta Aİ bu gün üçün Ukraynaya üzvlüklə bağlı qəti cavab verməyib. Əksinə, bir neçə gün öncə Fransa prezidenti Makron bildirib ki, Ukrayna belə tezliklə Aİ-yə üzv ola bilməz. Təşkilatın münaqişə tərəflərinə təzyiq və ya təsir imkanları olduqca azdır. Borrelin Türkiyənin qlobal səviyyəli oyunçu kimi prosesdəki rolunu dəyərləndirməsi isə rəsmi Ankaraya göstərilən etimaddan xəbər verir. “Bu gün qlobal səviyyədə beynəlxalq nizam dəyişməkdədir. Nəzərə alınmalıdır ki, Aİ ilə Rusiya arasında mühüm ticarət əlaqələri mövcud idi. Rusiya Avropanın əsas enerji təchizatçısıdır. Hətta altıncı sanksiya paketində belə neft və enerji təminatından imtina ləğv edildi. Bu imtina Aİ daxilində qiymətlərin bahalaşmasına və sosial partlayışa səbəb olacaq. Bir sözlə, Aİ-nin Rusiyaya təzyiq imkanları məhduddur. Amma Türkiyənin istər Ukraynaya, istərsə də Rusiyaya təsir və təzyiq mexanizmləri mövcuddur. Türkiyə bu gün Yaxın Şərqdə Rusiyanın maraqlarını müəyyən mənada müdafiə etməkdədir. Ukraynaya gəldikdə isə, Krım səbəbli etnik bağlar və qarşılıqlı işgüzar biznes münasibətləri var. Türkiyə Ukraynanın təchizat bazarıdır. Borrel Türkiyənin rolunu bu baxımdan yüksək dəyərləndirir”, - deyə Y.Hacıyeva əlavə edib.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

